Xəbər

“Global Finance” ABB-ni yenidən “İlin ən yaxşı bankı” elan etdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini elan edib. ABB Asiya və Sakit Okean regionunun ən yaxşı banklarından biri seçilib. “Global Finance” qalibləri müəyyənləşdirmək üçün dünyanın 150-dən çox ölkəsinə aid banklar arasından seçim edib. Aktivlərin böyüməsi, gəlirlilik, əlçatanlıq, strateji tərəfdaşlıq əlaqələri, biznesin inkişafı, məhsul və xidmətlərdə innovasiyaların tətbiqi bu ilin əsas seçim meyarları olub. Qiymətləndirmə zamanı bankların kredit reytinqləri, müstəqil analitiklərin təhlilləri, ekspert rəyləri də nəzərə alınıb. Beynəlxalq Valyuta Fondunun bu ilin oktyabrında Vaşinqtonda keçiriləcək illik toplantısında mükafatlar qalib bankların təmsilçilərinə təqdim olunacaq. “Global Finance”in müxtəlif regionlar üzrə “İlin ən yaxşı bankı” elan etdiyi maliyyə qurumları arasında Akbank, Türkiye Finans Katılım Bankasi A.Ş., Deutsche Bank, Bank of America, Raiffeisen Bank, Swedbank, Lloyds Bank və s. bu kimi tanınmış banklar da var. Qaliblərin tam siyahısı ilə buradan tanış olmaq mümkündür. “Global Finance” jurnalı 1987-ci ildən fəaliyyətdədir. Baş ofisi Nyu-Yorkda yerləşir. Jurnal 193 ölkədə 50 mindən çox oxucuya malikdir. Bu auditoriya, əsasən, iri şirkətlərin, o cümlədən beynəlxalq miqyaslı maliyyə qurumlarının qərarverici menecerlərini əhatə edir. Nəşrin hər il ayrı-ayrı banklara təqdim etdiyi mükafatlar maliyyə dünyasında etibarlılıq və üstünlük standartı kimi qəbul olunur. Bankların seçimi korporativ maliyyə qurumlarının rəhbərləri, bankirlər, texnologiyalar üzrə məsləhətçilər, dünyanın müxtəlif ölkələrindən olan maliyyə analitiklərinin rəyləri nəzərə alınmaqla aparılır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Ödənişləri mobil tətbiqlə et, 10% keşbek qazan!

ABB mobil tətbiqinin istifadəçiləri üçün sərfəli bir kampaniyaya start verib. Kampaniya dövründə ABB Mobile tətbiqi üzərindən ilk dəfə ödəniş edərək və məhz kommunal, stasionar telefon, TV və ya internet ödənişlərini həyata keçirən müştərilər bu ilk ödəniş üzrə bir dəfə 10% məbləğində keşbek qazanacaqlar. Bu imkandan kampaniyanın elan edildiyi gündən etibarən 45 gün ərzində faydalanmaq mümkündür. Kampaniyadan ABB Mobile tətbiqində qeydiyyatdan keçmiş hər kəs, o cümlədən Bankın müştərisi olmadan istifadə edən şəxslər də yararlana bilər. Keşbeklər hər istifadəçiyə maksimum 10 manatı keçməməklə verilir. Keşbek məbləğləri kampaniya bitdikdən sonra 3 (üç) iş günü ərzində müştərinin kart hesabına köçürüləcək. Kampaniya barədə daha ətraflı məlumatı buradan əldə etmək olar. ABB Mobile tətbiqi gündəlik bank əməliyyatlarını sadə və sürətli şəkildə aparmağa imkan verən rəqəmsal bank xidmətidir. Bu tətbiqdən istifadə edərək bir çox bank əməliyyatlarını cəmi bir toxunuşla aparmaq mümkündür. Tətbiqi buradan mobil telefonunuza yükləyib bir çox üstünlüklərindən yararlana bilərsiniz. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

İndi aviabiletlər də ABB Business-də alınır

Qeyri-bank xidməti həllərini inkişaf etdirən ABB bu sahədə daha bir yeniliyini müştərilərə təqdim edib. Bankın uğurla reallaşdırdığı “FlyDesk” layihəsi sayəsində korporativ müştərilər artıq səfərlərini də ABB Business platforması üzərindən planlaşdıra bilərlər. Müştərilərə, o cümlədən biznes sahiblərinə, mühasiblərə, şirkətlərin insan resursları sahəsində çalışan əməkdaşlarına və b. ABB Business platformasından çıxmadan aviabiletlər axtarmaq, uçuş qiymətlərinin müqayisəsini aparmaq, bilet alışı prosesini onlayn şəkildə tamamlamaq imkanı yaradılıb. Bu yeniliyi Azərbaycanda ilk dəfə məhz ABB tətbiq edib. “FlyDesk” qlobal aviabilet sistemləri ilə inteqrasiya əsasında çalışır. Xidmətdən yararlanmaq üçün müştəri ABB Business İnternet Bank platformasına daxil olaraq “FlyDesk” bölməsində istiqamət və tarixləri qeyd edir, uyğun uçuşu seçir və ödənişi bank platformasında həyata keçirir. Səfərlər üçün aviabilet alışının əlavə platformalara keçmədən birbaşa ABB Business üzərindən tam rəqəmsal təcrübə ilə tamamlanması, prosesin son dərəcə sürətli və təhlükəsiz olması bu yeniliyin yaratdığı əsas üstünlüklərdir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB 30 yaşını qeyd edir!

Regionun aparıcı banklarından olan ABB bu gün 30 yaşını qeyd edir. 1992-ci ilin 10 yanvarında fəaliyyətə başlamış Bank bu illərdə geniş inkişaf yolu keçərək Cənubi Qafqazın ən böyük maliyyə qurumlarından birinə çevrilib. ABB ölkənin müxtəlif regionlarını əhatə edən 59 filialı, 19 şöbəsi ilə hazırda 13 minə yaxın korporativ, 2.3 milyondan çox fərdi müştəriyə universal bank xidmətləri göstərir. Bugünkü gündə ABB-də çalışan əməkdaşların sayı 2800 nəfər təşkil edir. 30 illik fəaliyyəti ərzində Bank tətbiq etdiyi yeniliklərlə, Azərbaycana gətirdiyi bankçılıq texnologiyaları ilə sektorda bir sıra mühüm ənənələr formalaşdırıb. Bu gün fəaliyyətini yeni brend kimliyi ilə davam etdirən Bank ABB adında 30 illik tarixi təcrübəsini və gələcək strateji hədəflərini bir araya gətirir. ABB genişmiqyaslı transformasiya layihələri ilə yenilənir, rəqəmsallaşma, müştəri xidmətinin təkmilləşdirilməsi, texnologiyaların inkişafı, istedadların cəlbi və yetişdirilməsi istiqamətində mühüm nəticələr əldə edir. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov 30 il ərzində ABB-nin inkişafına dəstək verən bütün müştərilərə və tərəfdaşlara təşəkkürünü bildirib: “Bu 30 il çətin sınaqların, addım-addım qazanılmış nailiyyətlərin, zəngin bankçılıq təcrübəsinin tarixidir. 30 yaşımızın hər anı bizim üçün müştərilərimizin ABB-yə olan inamı ilə dəyərlidir. Bu inamla da strateji hədəflərimizə doğru irəliləyirik. Ənənələrimiz bizə müasir çağırışlara çevik şəkildə cavab vermək imkanı yaradır. Texnoloji baxımdan sürətlə dəyişən bazar trendlərinə uyğunlaşaraq müştərilərimiz üçün yeni təcrübələr formalaşdırmaqdan, universal bankçılıq həllərimizlə ölkəmizin iqtisadi inkişafına töhfə verməkdən, cəmiyyətimizə faydalı olmaqdan qürurluyuq”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən “Təhsil Kartı”

Gənclərin təhsilinə, müasir çağırışlara uyğun bilik və bacarıqlara yiyələnməsinə dəstək olan ABB bu sahədə daha bir layihənin icrasına başlayıb. Bank “Təhsil Kartı” adlı yeni məhsulunu təqdim edib. Yeni kart məhsulu tələbələrin təhsil zamanı ehtiyac duyduqları bank xidmətlərinin yüksək səviyyədə təmin olunmasına imkan yaradır. Belə ki, ABB-nin “Təhsil Kartı” vasitəsilə tələbələr öz təqaüdlərini alacaq, ölkə daxilində, xaricdə, bankın mobil tətbiqi vasitəsilə istənilən ödənişlərini həyata keçirəcəklər. Təhsil kartının ön hissəsində tələbə haqqında məlumatlar, arxa hissəsində isə ödəniş kartının məlumatları əks olunur. Beləliklə, tələbələr bu kartdan universitetə, universitet kitabxanasına, oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. “Təhsil Kartı” 5 il müddətinə təqdim olunacaq. ABB-nin “QayğıCash” layihəsi çərçivəsində Bankla tərəfdaş məkanlarda bu kartla aparılan ödənişlər zamanı tələbələr keşbek qazanacaqlar. Yəni, bu kartla etdikləri ödənişlərin müəyyən faizləri onların kart hesabına geri qayıdacaq. Yaxın gələcəkdə “Təhsil Kartı”nın istifadə dairəsi daha da genişləndiriləcək. Tələbələr üçün xüsusi endirim kampaniyaları tətbiq olunacaq. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı ilə Bank arasında “Təhsil Kartı” layihəsi üzrə müqavilə imzalanıb və tələbələrə kartların təqdim edilməsinə başlanılıb. ABB bu layihəni “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Mərkəzi Bank, Təhsil Nazirliyi, MasterCard beynəlxalq ödəniş sistemi ilə birgə əməkdaşlıq üzrə həyata keçirib. ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib ki, bu kartlar tələbələrin rahatlığına xidmət edəcək: “Təhsil Kartı” gənc nəsil arasında nağdsız ödəniş ənənələrinin geniş yayılmasına da kömək göstərəcək. Keşbek proqramlarımız, keçirdiyimiz kampaniyalar tələbə gənclərimizi ödənişlərini nağdsız aparmağa həvəsləndirəcək. Onlarda innovativ bank xidmətlərindən istifadə ilə bağlı faydalı təcrübələr formalaşacaq”. MasterCard şirkətinin ölkə üzrə müdiri Erdem Çakar bildirib: “Bu kartlarla hər bir tələbə nağdsız ödəniş vasitəsinə sahib olacaq. Gələcəkdə tələbələr bu kartlarla bir çox əlavə xidmətlərdən də faydalana biləcəklər. Bu kartlarla kafe, dəftərxana xidmətlərindən istifadə, elektron ticarət, internet üzərindən bir çox ödənişlər aparmaq mümkün olacaq. Tələbə kartları bir tərəfdən gənc nəslin nağdsız ödəniş ənənələrini mənimsəməsinə, başqa tərəfdən universitetlərin birbaşa təhsil funksiyası ilə bağlı olmayan əlavə qayğılarının azalmasına kömək edəcək”. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Kafe-restoran sahiblərinə ABB-dən dəstək

ABB xüsusi fəaliyyət sahələri ilə məşğul olan sahibkarlar üçün mütəmadi kampaniyaları davam etdirir. Bank bu dəfə də iaşə sektorunda fəaliyyət göstərən sahibkarlar üçün güzəşt kampaniyasına start verib. Kampaniya çərçivəsində kafe-restoran sahiblərinə ABB geniş çeşidli kredit paketi təqdim edir. Sahibkarlar bankın “Tərəfdaşlara anında dəstək”, “İnvoysların maliyyələşdirilməsi”, “Əmək haqqı layihəsinə dəstək”, “Dövriyyə krediti”, “İnvestisiya krediti”, “Biznes refinans” kredit məhsulunun, E-POS və E-COM kredit xəttinin üstünlüklərindən faydalana bilərlər. Hər bir məhsul üzrə 1 milyon manatadək krediti aşağı faizlərlə, heç bir xidmət haqqı ödəmədən əldə etmək olar. Müvafiq sahələrdə fəaliyyət göstərən hər bir iş adamı bu fürsətdən yararlanaraq biznesini inkişaf etdirə bilər. Kredit üçün Bankın bütün filiallarına müraciət etmək mümkündür. Qeyd edək ki, ABB sahibkarlara məsafədən bank hesabı açmaq imkanı da yaradıb. ASAN İmzaya sahib olan hər bir hüquqi şəxs və ya fərdi sahibkar buradan bank hesabı açaraq maliyyə əməliyyatlarını apara bilər. Bundan başqa, iş adamları Bankın təqdim etdiyi ABB Link xidmətindən faydalanaraq virtual POS-terminal əldə edib elektron kommersiya sistemlərini qurmaqla onlayn satışlar həyata keçirə bilərlər. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!