19-21 mart 2026-cı il tarixlərində ABB-AZAL Miles kartınızla etdiyiniz ödənişlərə görə ikiqat mil qazana bilərsiniz. Gündəlik alış-verişlərinizdən daha çox mil toplayın və topladığınız milləri AZAL aviabiletlərinə çevirin.
Kampaniyanın şərtləri:
-
Kampaniya 19, 20, 21 mart 2026-cı il tarixlərini əhatə edir;
-
Kampaniya yalnız mil hesablanan seçilmiş MCC-lər üzrə aparılan nağdsız əməliyyatlara şamil edilir;
-
Nağdlaşdırma, bütün növ köçürmələr, kredit ödənişləri, qumar/lotereya və digər mil hesablanmayan əməliyyatlara şamil edilmir;
-
Qazanılan ikiqat millər kampaniya bitdikdən sonra mövcud hesablama qaydasına uyğun olaraq müştərinin balansına əlavə ediləcək;
-
Müştəri tərəfindən əlavə müraciət tələb olunmur, millər avtomatik hesablanır.
Etdiyiniz əməliyyatlar aşağıdakı MCC-lərdən birində olmalıdır:
5811 – Ketrinq xidmətləri
5812 – Restoranlar və yemək məkanları
5813 – Barlar, lounge və içki məkanları
5814 – Fast-food obyektləri
5411 – Supermarketlər və iri ərzaq mağazaları
5422 – Ət və ət məhsulları mağazaları
5441 – Şirniyyat və qənnadı mağazaları
5451 – Süd məhsulları mağazaları
5462 – Çörək və bakery mağazaları
5499 – Digər ərzaq və ixtisaslaşmış qida mağazaları
7832 – Kinoteatrlar
7911 – Rəqs zalları və studiyalar
7922 – Teatr və konsert biletləri
7929 – Digər canlı əyləncə xidmətləri
7933 – Boulinq zalları
7941 – İdman obyektləri və idman fəaliyyətləri
7991 – Turizm və rekreasiya xidmətləri
7993 – Video oyun və əyləncə mərkəzləri
7994 – Əyləncə aparatları və oyun avtomatları
7996 – Əyləncə parkları və attraksionlar
7997 – Üzvlük əsaslı klublar və əyləncə məkanları
7998 – Akvariumlar, zooparklar və oxşar əyləncə məkanları
7999 – Digər əyləncə və rekreasiya xidmətləri
Vacib məlumat:
Əgər ticarət subyekti əməliyyatı yanlış MCC kodu ilə təqdim edərsə, həmin əməliyyata 2 qat mil hesablanmaya bilər. Bank ticarət subyektləri tərəfindən təqdim edilən MCC kodlarına görə məsuliyyət daşımır.
