Xəbər

ABB-nin bizneslər üçün xidmət paketləri 50%-dək endirimlə

Sahibkarların etibarlı tərəfdaşı olan ABB yay mövsümündə onlara yeni fürsətlər yaradır. Bank bizneslər üçün “Yay kampaniyası”na start verib. 30 iyuna qədər davam edəcək kampaniya dövründə fərdi sahibkarlar və hüquqi şəxslər ABB-nin bizneslər üçün xidmət paketlərini 50%-dək endirimlə əldə edə bilərlər. ABB xidmət paketlərini kiçik və orta sahibkarların işini asanlaşdırmaq, onların bank xərclərini azaltmaq məqsədilə hazırlayıb. Bura fərdi sahibkarların və hüquqi şəxslərin tez-tez istifadə etdikləri bir çox kompleks bank xidmətləri daxildir. Hər bir iş adamı bu imkandan faydalana bilər. Bu imkandan yararlanmaq üçün xidmət paketləri ABB Business İnternet Bank platforması üzərindən sifariş olunmalıdır. Xidmət paketlərinin 5 növü var: “Standart”, “Standart+”, “İmtiyazlı”, “Premium” və “Premium+”. Hər bir fərdi sahibkar və hüquqi şəxs xidmət paketlərinin uyğun növünü əldə etmək, eləcə də ətraflı məlumat almaq üçün Bankın saytına daxil ola bilər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB MDB və Qafqazın ən innovativ bankları sırasında

ABB kiçik və orta biznes sahəsində ən böyük beynəlxalq icmalardan olan SME Banking Club tərəfindən müəyyən edilmiş - MDB və Qafqaz ölkələri arasında kiçik və orta biznesə innovativ imkanlar yaradan 20 ən yaxşı bankın reytinqində öz yerini tutub. Ən innovativ banklar sırasında həmçinin Sberbank, AlfaBank, Rayffayzenbank (Rusiya), Priorbank (Belarus), Bank of Georgia (Gürcüstan), Halyk Bank (Qazaxıstan) və digər banklar təmsil olunur. Klubun ekspertləri bu seçimləri il ərzində bank sektorunda baş verən yeniliklərin təhlili, bankların tətbiq etdiyi innovativ texnologiyaların qiymətləndirilməsi əsasında aparıblar. Regionun ən innovativ bankları, əsasən, iki meyar üzrə müəyyənləşib. Bunlar Sahibkarlar üçün rəqəmsal həllər və biznesə fəal maliyyə dəstəyidir. Ötən il bank sektorunda özünü göstərən innovativ yeniliklər, əsas trendlər, ayrı-ayrı bankların effektiv təcrübələri ilə bağlı aprelin 23-də keçiriləcək “Digital Forum 2021” tədbirində ətraflı təqdimatlar olacaq. Hesabat barədə daha ətraflı buradan məlumat əldə etmək olar. Qeyd edək ki, innovativlik, müştərilər üçün ən yaxşı rəqəmsal təcrübələrin yaradılması, eləcə də kiçik və orta biznesin maliyyələşdirilməsi ABB-nin strateji hədəflərində əsas yer tutur. Bank ötən il sahibkarlar üçün bir sıra innovativ imkanlar yaradıb. Eyni zamanda, onların işinə fayda verəcək FinTech texnologiyalarının inkişafı üçün ABB Innovasiya Mərkəzini təşkil edib. Bu mərkəzdə startap layihələrinin akselerasiya və inkubasiyası həyata keçirilir. ABB sahibkarların işgüzar platforması olan Sahibkarlar Klubunu da yaradıb. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Banka gəlmədən əməliyyatlarını başqasına həvalə etmək olar

ABB mobile tətbiqində yeni bir funksiya istifadəçilərə təqdim olunub. Bu, ABB müştərilərinin rahatlığı üçün yaradılmış “Həvalə et” funksiyasıdır. Tətbiq istifadəçiləri bu funksiyadan faydalanmaqla ABB filiallarında bəzi bank əməliyyatlarını onların adından həyata keçirmək üçün başqa şəxslərə etibarnamə verə bilərlər. Bu halda müştərinin özünün filiala getməsinə ehtiyac qalmır. İstifadəçi rəsmiləşdirməni SİMA imzası vasitəsilə həyata keçirir. Bank əməliyyatlarını başqasına həvalə etmiş müştəri tətbiqdə aktiv etibarnaməsinin detallarını görə, etibarnaməni istədiyi zaman ləğv edə bilir. Bank əməliyyatları həvalə edilmiş şəxs tətbiq istifadəçisi olduqda, ona da bu barədə bildiriş göndərilir! ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəmizin ilk bank missiyasının ABŞ-yə işgüzar səfəri başa çatır. Missiyada ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da iştirak edib. Səfər zamanı ABŞ Dövlət Departamentində, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasında, eləcə də ABŞ-nin aidiyyəti dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. Bank sektorundakı qlobal trendlərə, müasir çağırışlara diqqət yönəlib. Yaşıl enerji, kənd təsərrüfatı və aviasiya sahələrində mövcud imkanlar və iri layihələrin birgə maliyyələşməsi imkanları, müxbir əlaqələr, risklərin idarə edilməsi, komplayns, süni intellektin bank əməliyyatlarında tətbiqi və s. mövzularda müzakirələr aparılıb. ABŞ-nin maliyyə institutları ilə Azərbaycan bankları, o cümlədən sektorun aparıcı bankı kimi ABB arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları dəyərləndirilib. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov “Exim Bank”da, ABŞ Ticarət Nazirliyinin Beynəlxalq Ticarət Administrasiyasında keçirilən görüşlərdə müvafiq mövzularda təqdimatlarla çıxış edib. Missiya iştirakçıları Honeyvell Texnologiya və Təcrübə Mərkəzinə də baş çəkiblər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB sahibkarlığın maliyyələşdirilməsi sahəsində Mərkəzi Asiyanın ən yaxşı banklarındandır!

“SME Banking Agency” təşkilatının təşəbbüsü ilə Vyanada Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal Bankçılıq Forumu (Global SME Banking Forum) keçirilib. Forumda ABB də təmsil olunub. Bankın son illərdə ölkəmizdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində həyata keçirdiyi layihələr haqqında iştirakçılara məlumat verilib. ABB-nin rəqəmsal maliyyələşmə məhsulları olan, tam rəqəmsal "Ani kredit", "Ticarət zəncirinin maliyyələşdirilməsi", "Təcili qarantiya" məhsulları təqdim edilib. Forumun “TOP20 SME Banks Award Ceremony” hissəsində regionlar üzrə maliyyə qurumlarının qiymətləndirilməsi aparılıb. ABB kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində Mərkəzi Asiyanın 20 ən yaxşı bankından biri və ölkə üzrə ən yaxşı rəqəmsal maliyyə alətləri təqdim edən bank seçilib. Forumda ABB-yə “Biznes bankçılıq” (kiçik və orta sahibkarlıq seqmenti müştərilərinə ən yaxşı ənənəvi maliyyə xidmətləri göstərən bank), “Rəqəmsal bankçılıq” (kiçik və orta sahibkarlıq seqmenti müştərilərinə ən yaxşı rəqəmsal maliyyə xidmətləri göstərən bank), “Rəqəmsal biznes maliyyələşdirməsi” (kiçik və orta sahibkarlıq seqmenti müştərilərinə ən yaxşı rəqəmsal kreditlər təklif edən bank) və "Beyond bankinq” nominasiyaları üzrə 4 mükafat da təqdim olunub. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

AniPay-in qalib istifadəçilərinin 27%-i ABB-nin müştəriləridir

Ani Ödəniş Sisteminə marağın artırılması məqsədilə Mərkəzi Bankın noyabrda keçirdiyi lotereyanın qalibləri müəyyənləşib. “AniPay ilə ödə və qazan” lotereyasında ən çox ABB-nin müştəriləri qalib olub. Belə ki, ölkə üzrə 400 qalib müştərinin 108-i məhz ABB-nin müştərisidir. Onların hər birinin bank hesabına 100 manat məbləğində vəsait köçürülüb. Xatırladaq ki, şərtlərə görə, noyabr ayı ərzində Ani Ödəniş Sistemi vasitəsilə minimum 5 manat məbləğində köçürmə əməliyyatı aparmış hər bir şəxs avtomatik şəkildə lotereyada iştirak hüququ əldə edirdi. Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatlara aid idi. Lotereya Ani Ödəniş Sisteminin "AniPay" tətbiqində, bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” bölməsində, eyni zamanda filiallarda Ani Ödəniş Sistemi vasitəsilə həyata keçirilən bütün əməliyyatlara şamil olunurdu. “Ani Pay” sistemi müştərilərin bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını genişləndirir. Belə ki, Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslərə ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-mail) aparılmasına və pulun dərhal vəsait alanın bank hesabına daxil olmasına imkan yaradır. ABB bu sistemə qoşulan ilk banklardan olub. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB korporativ müştərilər üçün ABB business mobil tətbiqini təqdim etdi

Biznesin etibarlı tərəfdaşı olan ABB korporativ müştərilərin işinin rahatlığı məqsədilə daha bir yeniliyini təqdim edib. Bank ABB business mobil tətbiqini istifadəyə verib. Bizneslərə lazım olan bir çox bank xidmətlərindən ABB-nin filial və şöbələrinə gəlmədən, eləcə də İnternet Bank sisteminə daxil olmadan istənilən yerdən bu tətbiqlə 24/7 rejimində faydalanmaq mümkündür. Tətbiqin geniş imkanlarından həm böyük korporativ müştərilər, həm kiçik və orta sahibkarlar, o cümlədən sahibkar fiziki şəxslər yararlana bilər. ABB business mobil tətbiqindən istifadə edərək cəmi bir neçə toxunuşla bu əməliyyatları anında yerinə yetirmək olar: Hesabdan çıxarışlar almaq; Müxtəlif valyutalarda olan hesablara nəzarət; Vergi və gömrük ödənişləri etmək; Ödənişləri təsdiqləmək, yaxud imtina etmək. Üstəlik, birdən çox şirkət idarə edən istifadəçilər üçün tətbiqdə şirkət seçimi imkanı yaradılıb. İstifadəçilər tətbiqə ASAN İmza ilə yanaşı, xüsusi eyniləşdirmə kodu vasitəsilə də daxil ola bilərlər. Hər bir korporativ müştəri ABB business mobil tətbiqini yükləməklə onun imkanlarından faydalana bilər. ABB müştərilərin ehtiyaclarına uyğun olaraq tətbiqi daha da təkmilləşdirəcək. Bura yeni funksionallıqlar əlavə olunacaq. Növbəti inkişaf dövründə tətbiqə bank fəaliyyətindən kənar bir çox xidmətlər də inteqrasiya ediləcək. ABB business mobil tətbiqini buradan yükləyə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Ani Ödəniş Sisteminə qoşulan ilk banklardan oldu

ABB Mərkəzi Bankın yenicə istifadəyə verdiyi Ani Ödəniş Sisteminə qoşulub. Bu sistem müştərilərin bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını genişləndirir. Belə ki, Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslərə ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-mail) aparılmasına və pulun dərhal vəsait alanın bank hesabına daxil olmasına imkan yaradır. Artıq ABB-nin mobil tətbiqi vasitəsilə AÖS üzərindən fiziki şəxslərə FİN kod, mobil nömrə və e-mail vasitəsilə pul göndərmək olar. Bu imkandan faydalanmaq üçün sadəcə Bankın mobil tətbiqini yükləmək lazımdır. AÖS üzrə xidmətlərdən istifadəyə görə fiziki şəxslərdən komissiya haqqı tutulmur (fərdi sahibkarlar istisnadır). Yaxın günlərdə isə ABB-nin mobil tətbiqində və internet bankçılıq sistemində AÖS-ün digər funksiyaları da müştərilərin istifadəsinə veriləcək. Fiziki və hüquqi şəxs müştərilər bi sistemdən faydalanmaqla hesab əməliyyatlarını sürətləndirəcək (AniPay köçürmə), vergi ödənişlərini anında həyata keçirəcək (AniPay Vergi, Anipay ƏDV), əməliyyat xərclərini azaldacaqlar. Çünki bu sistemlə komissiya haqları aşağıdır. Bundan başqa, müştərilər ödənişləri anında qəbul edərək maliyyə axınlarını gücləndirə biləcəklər. Ödəniş əməliyyatları aparmaqdan ötrü iş günlərini gözləmək lazım gəlməyəcək. Bu sistem rəqəmsal bank xidmətlərinin effektivliyini də yüksəldəcək. Müştərilərə məsafədən xidmət imkanlarını və xidmətin çeşidlərini genişləndirəcək. Hesablar üzərindən rəqəmsal ödəniş həllərinin inkişafına təkan verəcək. Müasir dövlət bankı olan ABB-nin məsafədən xidmət imkanları barədə ətraflı məlumatları bankın www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

Sahibkarlar indi özlərinə uyğun xidmət paketini seçə bilərlər

Kiçik və orta sahibkarların fəaliyyətinə ardıcıl dəstək verən ABB onların işini asanlaşdırmaq və bank xərclərini azaltmaq üçün xüsusi xidmət paketləri hazırlayıb. Bura fərdi sahibkarların və hüquqi şəxslərin tez-tez istifadə etdikləri bir çox kompleks bank xidmətləri daxildir. Hər bir iş adamı bank xidmətləri ilə bağlı mütəmadi ehtiyaclarının yüksək səviyyədə və daha sərfəli şəkildə təmin olunması üçün bu imkandan geniş faydalana bilər. Təqdim edilən xidmətlərin bir çoxu ödənişsizdir. Belə ki, müəyyən dövr ərzində davamlı qaydada ABB-də müxtəlif növ əməliyyatlar həyata keçirən müştərilər bu xidmət paketlərini əldə etməklə hesabdan nağd vəsaitin verilməsi, ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı layihəsi çərçivəsində kartların sifarişi və kartlara vəsaitin köçürülməsi, bir sıra korporativ və biznes kartlarının sifarişi, POS-terminallar üçün aylıq xidmət haqqı və bu kimi digər xidmətlərdən tamamilə pulsuz istifadə edə bilərlər. Digər xidmətlərdən isə güzəştli şərtlərlə faydalanmaq olar. Xidmət paketləri müştərilərə bankda həyata keçirdikləri əməliyyatların ümumi dövriyyəsi, illik nağdlaşdırma məbləği, ölkədən kənara illik köçürmə sayı, ölkədən kənar köçürmə məbləği və s. bu kimi göstəricilər əsasında təqdim olunur. Bunu nəzərə alaraq xidmət paketlərinin 5 növü müəyyənləşib: “Standart”, “Standart+”, “İmtiyazlı”, “Premium” və “Premium+”. Bank xidmətlərindən daha sərfəli qaydada yararlanmaq istəyən hər bir fərdi sahibkar və hüquqi şəxs xidmət paketlərinin uyğun növünü əldə etmək, eləcə də ətraflı məlumat almaq üçün Bankın saytına daxil ola, yaxud filiallarımıza müraciət edə bilər. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!