Sevgililər Günü restoranda şam yeməyi, gül və hədiyyələr, zinət əşyaları, alış-veriş, SPA və ya romantik istirahət üçün ən ideal zamandır. Bu günlərdə etdiyiniz xərclər sizə daha çox mil qazandırır, növbəti səyahəti daha yaxın edir.
Kimlər iştirak edə bilər?
ABB-AZAL Miles kartlarının bütün sahibləri (Visa və Mastercard üzrə bütün Miles kart növləri daxil olmaqla).
Kampaniya hansı əməliyyatlara şamil olunur?
- Aşağıdakı seçilmiş kateqoriyalarda edilən ödənişlər kampaniyaya daxildir:
- Restoranlar və kafe məkanları;
- Gül və hədiyyə mağazaları;
- Zərgərlik və zinət əşyaları mağazaları;
- Geyim və aksesuar mağazaları;
- Kosmetika və parfümeriya mağazaları;
- SPA və wellness mərkəzləri;
- Seçilmiş onlayn alış-veriş kateqoriyaları
(marketpleyslər, onlayn geyim, aksesuar və kosmetika mağazaları).
Necə işləyir?
- ABB-AZAL Miles kartınızla kampaniyada iştirak edən kateqoriyalar üzrə POS terminal və ya onlayn (e-commerce) ödəniş edin;
- Kampaniya müddətində həmin əməliyyatlar üzrə millər 2 qat hesablanacaq;
- Qazanılmış millər dərhal balansınıza əlavə olunacaq və 14 günlük gözləmə müddətini tamamladıqdan sonra istifadəyə yararlı olacaq;
- ABB mobile və digər ödəniş tətbiqləri vasitəsilə edilən ödənişlər uyğun MCC olsa belə, kampaniyaya daxil deyil.
Vacib məlumat:
Əgər ticarət subyekti əməliyyatı yanlış MCC kodu ilə təqdim edərsə, həmin əməliyyata 2 qat mil hesablanmaya bilər. Bank ticarət subyektləri tərəfindən təqdim edilən MCC kodlarına görə məsuliyyət daşımır.
Kart sifariş etmək istəyənlər üçün
ABB-AZAL Miles kartınızı elə indi ABB mobile tətbiqindən, abb-bank.az saytından və ya istənilən ABB filialından sifariş edə bilərsiniz.
