Xəbər

ABB-də bizneslər üçün onlayn investisiya imkanları!

Bizneslərin universal maliyyə tərəfdaşı olan ABB onlayn investisiya imkanlarını onlara təqdim edir. Bankın korporativ müştəriləri ABB Biznes İnternet Bank platforması vasitəsilə yerli və xarici bazarlarda investisiya imkanlarını artıra bilərlər. Bank bu xidməti özünün törəmə şirkəti olan "ABB-İnvest"in dəstəyi ilə təqdim edir. Bankın korporativ müştəriləri artıq gündəlik bank əməliyyatları ilə yanaşı, İnternet Bank platformasında investisiya xidmətləri haqqında ətraflı məlumat əldə edə, bazar faiz dərəcələrinin təhlilini apara, müvafiq alətlərlə gəlirlərini hesablayaraq müraciət edə bilərlər. İxtisaslaşmış maliyyə məsləhətçiləri müraciətdən dərhal sonra investisiya fəaliyyəti ilə bağlı kömək üçün dərhal müştəri ilə əlaqə saxlayırlar. Qeyd edək ki, bu günlərdə Bank investisiya imkanlarını ABB mobile tətbiqində də istifadəçilər üçün əlçatan edib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Sentyabrın 29-da Almaniyanın Frankfurt şəhərində SIBOS 2025 beynəlxalq konfransı başlanıb. Builki konfrans “Qlobal maliyyənin yeni sərhədləri” mövzusuna həsr edilib. Beynəlxalq maliyyə dünyasının ən böyük və mühüm kommunikasiya platformalarından olan tədbirdə ABB də öz stendi ilə təmsil olunur. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbir müddətində iştirakçılara ABB-nin fəaliyyəti haqqında məlumat verəcək, bir sıra mühüm görüşlər keçiriləcək, əməkdaşlıq perspektivləri müzakirə olunacaq. ABB nümayəndə heyətinin Citibank, The Bank of New York Mellon, JP Morgan, Commerzbank, Raiffeisen Bank, Zürcher Kantonalbank, Intesa Sanpaolo Bank, ABN AMRO Bank, Türkiye İş Bankası, AktivBank, Ziraat Bank, Abu Dhabi Commercial Bank, Sumitomo Mitsui Banking Corporation və digər maliyyə qurumlarının təmsilçiləri ilə görüşləri planlaşdırılıb. ABB nümayəndələri maliyyə texnologiyaları, süni intellekt, data, maliyyə inklüzivliyi və s. ilə bağlı müxtəlif tədbirlərdə də iştirak edərək ölkə bankçılığında tətbiq etmək üçün yeni, faydalı təcrübələrlə tanış olacaqlar. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “SIBOS beynəlxalq konfransı dünyanın ən böyük bankları ilə ən böyük texnologiya şirkətlərini bir araya gətirən maraqlı platformadır. ABB olaraq bu il burada iştirakımız bizə yeni imkanlar açacaq. Texnoloji inkişaf trendlərini daha yaxından təqib etmək, beynəlxalq tərəfdaşlıq əlaqələrimizi möhkəmləndirmək üçün yaxşı fürsətlərimiz olacaq. Bir sözlə, SIBOS 2025 bizim üçün yeni fürsətlər, yeni imkanlardır”. Ənənəvi SIBOS konfransının təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT). Tədbir hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirir, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradır, işgüzar əlaqələrin qurulmasına kömək göstərir. SIBOS 2025 oktyabrın 2-dək davam edəcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən iş adamları üçün daha bir imkan

Hər zaman müştərilərin yanında olan ABB qarantiyalarından faydalanan müştərilərin seçim imkanlarının artırılması, onların valyuta risklərindən sığortalanması üçün daha bir addım atıb. Bank xarici valyuta hesabında vəsaiti olan iş adamlarına həmin vəsaitin müvafiq ekvivalentinin bloklaşdırılması hesabına manatla qarantiya əldə etmək imkanı yaradıb. Qeyd edək ki, indiyə qədər milli valyutada qarantiya əldə etməkdən ötrü iş adamları müvafiq məbləğdə xarici valyutanı manata çevirməli idilər. İndi isə ABB-də xarici valyutası olan müştərilərin manat qarantiyası əldə etmək üçün belə bir konvertasiya əməliyyatı həyata keçirmələrinə ehtiyac yoxdur. Bank qarantiyası iş adamlarının tərəfdaşlıq imkanlarını genişləndirən, bu sahədə riskləri azaldan çox faydalı məhsuldur. Bütün dünyada biznes münasibətlərində bank qarantiyası xidmətindən geniş istifadə edilir. Bank tərəflərin bağlanmış əqd üzrə öhdəliklərini yerinə yetirəcəklərinə əvvəlcədən yazılı təminat verir. Beləliklə, biznes razılaşmalarının əldə olunması sürətlənir. Risklər aradan qalxmış olur. ABB iş adamları üçün həm yerli səviyyədə, həm də xarici müxbir əlaqələri hesabına beynəlxalq miqyasda ən geniş qarantiya imkanları təqdim edən banklardandır. Bu sahədə zəngin təcrübəsi ilə bank sahibkarların biznesinə yaxından dəstək olur. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

Bakı Taksi Xidmətinin London taksilərində gediş haqqını təmassız ödə!

Ölkəmizin nəqliyyat sistemində nağdsız ödənişlərin genişləndirilməsinə ardıcıl dəstək verən ABB bu istiqamətdə daha bir addım atıb. Bank Bakı Taksi Xidmətinin London taksilərində özünün təmassız POS terminallarını quraşdırıb. Taksi sürücüsü bu POS terminalları məsaf ədən idarə edə bilir. Beləliklə, sərnişinə əyləşdiyi salondan gediş haqqını bank kartı, ödəniş üzüyü, yaxud NFC sistemini dəstəkləyən mobil telefonu ilə ödəmək üçün şərait yaradılır. Bu POS terminallarda ödəniş əməliyyatını istənilən bankın kartı ilə aparmaq mümkündür. Xatırladaq ki, ABB Azərbaycan Dəmir Yolları, Mərkəzi Bank, Visa beynəlxalq ödəniş təşkilatı ilə birgə ölkəmizdə ilk dəfə olaraq Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında sərnişinlərə gediş haqlarını bank kartları ilə təmassız ödəmək imkanı da yaradıb. Belə layihələrin əsas məqsədi ölkəmizdə nağdsız ödəniş infrastrukturunun inkişafını dəstəkləmək, əhali arasında nağdsız ödəniş ənənələrinin yayılmasına nail olmaqdır. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!