Yeni il alış-verişi bu dəfə daha sərfəlidir, çünki hər ödəniş sizi növbəti səyahətinizə bir addım daha yaxınlaşdırır.
Kimlər iştirak edə bilər?
ABB-AZAL Miles kartına sahib olan bütün müştərilər
(Visa və Mastercard üzrə bütün Miles növləri daxil olmaqla).
Necə işləyir?
- ABB-AZAL Miles kartınızla mil hesablanan MCC-lər üzrə POS və ya onlayn ödəniş edin;
- Bu əməliyyatlara görə 2 qat mil qazanacaqsınız;
- Qazanılmış millər bu kampaniya bitdikdən sonra qaydalara uyğun olaraq balansınıza əlavə olunacaq;
- Heç bir müraciət tələb olunmur, millər avtomatik hesablanır.
Hansı ödənişlər kampaniyaya daxil deyil?
- Nağdlaşdırma;
- P2P köçürmələri;
- Kredit ödənişləri;
- Qumar/lotereya ödənişləri;
- Mil hesablanmayan digər əməliyyatlar;
- ABB mobile və digər ödəniş tətbiqləri üzərindən edilən əməliyyatlar (uyğun MCC olsa belə kampaniya daxilində deyil).
Qeyd edək ki, əgər ticarət subyekti yanlış MCC ilə fəaliyyət göstərirsə, həmin əməliyyata 2 qat mil hesablanmır. Bank yanlış MCC kodlarına görə məsuliyyət daşımır.
Kartınızı elə indi ABB mobile tətbiqindən və ya istənilən ABB filialından sifariş edə bilərsiniz.
