Xəbər

ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!

Moody’s Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Stabil proqnozla Ba2-dən Ba1-ə yüksəldib. Bu, Moody’s-in indiyə qədər ABB-yə verdiyi ən yüksək reytinqdir. Bankın Əsas kredit qiymətləndirməsi reytinqi (BCA) ba3-dən ba2-ə, Uzunmüddətli xarici və yerli valyutada qarşı tərəf risk reytinqi (CRRs) Ba1-dən Baa3-ə, Qarşı tərəf risk qiymətləndirməsi reytinqi (CR Assessment) Ba1-dən Baa3-ə qədər artırılıb. ABB-nin reytinqlərinin yüksəldilməsi Bankın davamlı şəkildə artan mənfəətliliyi, aktivlərinin yüksək keyfiyyəti, güclü kapital mövqeyi, yüksək likvidliyi və s. bu kimi amillərlə bağlıdır. Agentliyin rəyinə görə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlar ABB-nin aktivlərinin keyfiyyətini, gəlirliliyini dəstəkləyəcək. ABB-nin uzunmüddətli depozit reytinqlərinə Stabil proqnozunun verilməsi Bankın növbəti 12-18 ay ərzində sağlam maliyyə əsaslarını qoruyacağına dair Moodys-in gözləntilərini əks etdirir. Agentlik Bankın gəlirliliyinin son illərdə artdığını və növbəti 12-18 ay ərzində də güclü olacağını bildirir. ABB-nin kapital mövqeyinin onun əsas kredit gücü olaraq qaldığını vurğulayır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB tərəfindən Bank “BTB” ASC-nin aktivlərinin alınmasına dair məlumat

Bank “BTB” ASC tərəfindən aktivlərinin satılması və öhdəliklərinin də ABB-yə ötürülməsi təşəbbüsü çərçivəsində 02.03.2026-cı il tarixində Bank “BTB” ASC ilə ABB arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanmışdır. Qeyd olunan bankın aktivlərinin alınması ABB-nin strateji inkişaf hədəflərinə, böyümə niyyətlərinə, o cümlədən müştəri bazasını və portfelini genişləndirmək məqsədlərinə uyğundur. Proses çərçivəsində Bank “BTB” ASC-nin aktivləri ABB-nin balansına keçəcək, eyni zamanda öhdəlikləri də ABB tərəfindən qarşılanacaq. Bank “BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslər öz istəklərinə əsasən, 10 mart 2026-cı il tarixindən etibarən müvafiq razılıq əsasında depozitlərini mövcud müqavilə şərtləri ilə ABB-yə keçirə, yaxud depozit müqavilələrinə xitam verərək həmin tarixə hesablanmış faizlərlə birlikdə öz vəsaitlərini ABB-nin istənilən filial və ya şöbəsindən geri götürə bilərlər. Bank “BTB” ASC-yə kredit borcu olan müştərilərin kreditləri də mövcud müqavilə şərtləri ilə ABB-yə ötürüləcək və ödənişlərin ABB tərəfindən qəbulu həmin şərtlərlə davam etdiriləcək. Müştərilər kredit ödənişlərinin edilməsi və müvafiq sənədləşmə işləri üçün ABB-nin istənilən filial və ya şöbəsinə yaxınlaşa bilərlər. Qeyd olunan məsələlərlə bağlı ABB-nin Məlumat Mərkəzinə (937) müraciət etməklə əlavə məlumat əldə oluna bilər.

Xəbər

İndi əməkhaqlarını ödəmək daha rahat olacaq

Kiçik və orta sahibkarların etibarlı tərəfdaşı olan ABB iş adamlarının fəaliyyət imkanlarını genişləndirmək üçün məhsul şərtlərini dəyişib. Bank özünün “Əmək haqqı layihəsinə dəstək” kredit məhsulunu yeni şərtlərlə müştərilərə təqdim edib. Bu məhsul kiçik və orta sahibkarların əmək haqqı xərclərinin maliyyələşdirilməsini nəzərdə tutur. Belə ki, işçilərinin əmək haqlarının ödənişi üçün təcili vəsaitə ehtiyacı yaranan sahibkarlar bu vəsaiti qısa zamanda ABB-dən əldə edə bilərlər. Kreditin özəllikləri: Məbləğ: 5000 AZN-dən 350000 AZN-dək; Müddət: 12 ayadək; İllik faiz dərəcəsi: 12%-dən başlayaraq; Təminatsız. Bu kredit məhsulunun daha bir üstünlüyü ondan ibarətdir ki, kreditin əldə edilməsi üçün əlavə maliyyə təhlilinə ehtiyac yoxdur. Kredit müştərinin son 6 aylıq ardıcıl əmək haqqı fondunun müvafiq göstəriciləri nəzərə alınmaqla ayrılır. Müştəri ödəniş qrafikini özü müəyyənləşdirir. “Əmək haqqı layihəsinə dəstək” krediti haqqında daha ətraflı məlumatları buradan əldə etmək olar. Bu imkandan hər bir kiçik və orta sahibkar faydalana bilər. Digər bankların əməkhaqqı layihəsinə qoşulmuş müştərilərin də bu kreditdən faydalanmasına şərait yaradılır. “Əmək haqqı layihəsinə dəstək” krediti üçün ABB-nin bütün filiallarına müraciət etmək mümkündür. Müasir dövlət bankı olan ABB-nin faydalı və universal məhsul və xidmətləri, həmçinin Sahibkarlar Klubunun imtiyazlı üzvlüyü barədə məlumatları bankın 41 filial və 35 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-də nağd kreditə 6%-dək endirim!

ABB Yeni il münasibətilə nağd pul kreditlərində xüsusi kampaniyaya start verib. Bu kampaniya ABB-dən kredit alarkən müştərilərə illik faiz dərəcəsində 6%-dək endirim qazandıracaq. Belə ki, ABB-dən kredit əldə edərək digər bank kreditlərini bağlayan müştərilər faiz dərəcəsinə 4%-dək endirim əldə edəcəklər. ABB-dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə isə illik faiz dərəcəsinə əlavə 2%-dək endirim ediləcək. Rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan hər bir müştəri bu sərfəli fürsətdən yararlana bilər. Üstəlik, rəqəmsal kanallardan 31 dekabra qədər krediti komissiyasız əldə edə bilərsiniz. Kredit müraciəti və məbləğin əldə olunması prosesi tamamilə onlayn həyata keçirilir. Kreditin şərtləri: Məbləğ – 50 000 manatadək Müddət – 60 ayadək Minimal illik faiz dərəcəsi – 10.9% Zaminsiz Komissiyasız Kampaniya 18 dekabr 2025-ci ildən – 31 yanvar 2026-cı ilədək keçərlidir. Güzəştli şərtlərlə 50 000 AZN-dək nağd pul kreditini bank filiallarına getmədən, tam onlayn olaraq ABB mobile tətbiqindən və ya nagdkredit.az saytından sifariş etmək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə İtaliyada ölkə rekordu qırıldı

ABB-nin Müştəri xidmətləri departamentinin direktor müavini Teymur Fərəcov bu günlərdə İtaliyanın Cervia şəhərində triatlon idman növündə keçirilmiş “İronman” status turnirində Azərbaycan üzrə rekord qazanıb. O, verilmiş tapşırığı 10 saat 12 dəqiqə 8 saniyəyə yerinə yetirib. Teymur Fərəcovla bu rekordu və ümumən turnir haqqında danışdıq. - “İronman” status turnirinin əsas özəllikləri nədir? - Bu turnir tratlion idman növünün ən çətin yarışlarından sayılır. Biz finişə qədər dayanmadan 3.8 km üzməli, sonra velosipedlə 180 km məsafə qət etməli, ardınca 42.2 km qaçmalı idik. Azərbaycandan olan 14 iştirakçı arasında bu tapşırığı ən qısa müddətdə yerinə yetirə bildim. - Ölkəmizin bundan əvvəlki rekodu nə qədər müddət idi? - Azərbaycandan olan idmançılar arasında bu “dəmir məsafə” indiyə qədər ən yaxşı nəticə kimi 10 saat 28 dəqiqəyə başa vurulmuşdu. -Triatlionla nə vaxtdan məşğulsunuz? - İki il əvvəl başlamışam. Buna qədər idmanın müxtəlif növləri ilə məşğul olurdum. - İndiyə qədər bu idman növü üzrə hansı yarışlarda iştirak etmisiniz? - İştirak etdiyim yarışların sayı 10-dan çoxdur. Sonuncu dəfə iyulun 3-də Bakıda, Pirallahı adasında keçirilən IronWind 70.3 Triterra yarışında iştirak edib öz yaş kateqoriyam üzrə – yəni, 40-44 yaşlı iştirakçılar arasında bürünc medal qazanmışam. 2022-ci ilin fevralında keçirilən “IronWind Winter Aquathlon” yarışında isə 2-ci yeri tutumuşam. 2021-ci ildə Minskdə, Tallində keçirilən yarışlarda da iştirak etmişəm. Minskdəki yarışda, normativlər əsasən, olimpik məsafə üzrə idi: cəmi 1500 metr üzmək, 45 km velosipedlə hərəkət etmək, 10 km qaçmaq lazım gəlirdi. Tallindəki isə yarım “İronman” məsafəsi idi. İtaliyadakı turnir bu baxımdan indiyə qədərki ən gərgin yarışım oldu. Özümə hədəf qoymuşdum ki, finişə, təxminən 11 saat ərzində çatım. Bu hədəfə daha tez müddətdə çata bilməyimə sevinirəm. - Niyə məhz triatlon? - Bu idman növü çox güclü iradə, dəmir intizam tələb edir. Fiziki hazırlıqdan başqa adamı mənəvi-psixoloji cəhətdən də möhkəmləndirir. Triatlonla məşğul olanda imkanlarını sanki yenidən kəşf edirsən, özünəinamın artır. Bundan başqa, məşqlərdə, yarışlarda çoxlu yeni dostlar da qazanırsan. - Məşqlərə, yarışlara kifayət qədər zamanınız olurmu? - Elə bir biznes qurumunda çalışıram ki, burada iş həyatımızla şəxsi həyatımız arasında balans yarada bilirik. Ona görə işdən sonra məşqlərə yetərincə zamanım qalır. Yarışlarda iştirakıma da lazımı şərait yaradılır. ABB hər bir əməkdaşının bank fəaliyyətindən kənar bu cür faydalı maraqlarını dəstəkləyir və bizə öz imkanlarımızı reallaşdırmaq üçün mümkün köməyi göstərir. İtaliyadakı yarışda da doğma bankımın dəstəyini hiss etmək mənə əlavə ruh verirdi.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!