8 Marta özəl ikiqat mil kampaniyası

Ödənişlərdə 2 dəfə çox mil qazanmaq fürsətiniz var!

Bu 8 Martda sevdiklərinizi sevindirərkən mil balansınızı da artıra bilərsiniz.

06.03.2026 - 08.03.2026

6-8 mart 2026-cı il tarixlərində ABB-AZAL Miles kartı ilə seçilmiş kateqoriyalarda etdiyiniz ödənişlərdə 2 dəfə çox mil qazanmaq fürsətiniz var.

Necə iştirak etməli?


Sadəcə ABB-AZAL Miles kartı ilə kampaniyaya daxil olan MCC kateqoriyalarında ödəniş edin. Əlavə qeydiyyat tələb olunmur, millər avtomatik hesablanacaq.

Kampaniyaya daxil olan kateqoriyalar:

  • Restoranlar və fast food

  • Gül dükanları

  • Hədiyyə dükanları

  • Zinət əşyaları

  • Geyim və aksesuarlar

  • SPA və baxım xidmətləri

  • Kosmetika və parfümeriya

  • Onlayn alış-veriş və marketpleyslər (Trendyol, Azora və analoji platformalar)

Kampaniya şərtləri:

  • Kampaniya müddəti: 6, 7, 8 mart 2026;

  • Kampaniya yalnız mil hesablanan MCC kateqoriyaları üzrə əməliyyatlara şamil edilir;

  • Nağdlaşdırma, P2P köçürmələr, kredit ödənişləri, mərc oyunları və mil hesablanmayan digər əməliyyatlar kampaniyaya daxil deyil;

  • Qazanılan əlavə millər kampaniya bitdikdən sonra müştərinin balansına əlavə olunacaq;

  • Kampaniyada iştirak üçün əlavə müraciət tələb olunmur.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!