Xəbər

ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir

ABB 27 aprel 2026-cı il tarixində istiqraz emissiyasının növbəti mərhələsinə başlayır. Bank ölkəmizin kapital bazarına bu dəfə hər biri 5 milyon manat olmaqla 2 istiqraz çıxarmağı planlaşdırır. İlkin plana əsasən, 1 illik istiqrazlar üzrə 9%, 2 illik istiqrazlar üzrə isə 10% illik gəlirlilik təklif ediləcək. Abunə yazılışı isə 2 həftə davam edəcək. ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyaları üzrə cədvəllə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan edildikcə dəqiq tarixlər səhifədə göstəriləcək. ABB-nin istiqraz emissiyasında məqsədi investorlar üçün mütəmadi və əlçatan investisiya imkanları yaratmaq, ölkəmizin kapital bazarlarında davamlı aktivliyi təmin etməkdir. Xatırladaq ki, Bankın martda həyata keçirdiyi ilk emissiya zamanı hər biri 5 milyon manat olmaqla 1 il və 2 il müddətinə istiqraz buraxılışları uğurla yerləşdirilib. Beləliklə, 10 milyon manat həcmində emissiya tam reallaşdırılıb. Yüksək investor marağı nəticəsində sifarişlərin həcmi təklif edilən məbləği təxminən 5 dəfə üstələyib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-nin kartları ilə, Google Pay-lə ödəniş et, 15 manat keşbek qazan!

Ölkəmizdə yenicə təqdim olunmuş Google Pay ödəniş sisteminin faydalarını göstərmək üçün ABB yeni kampaniyaya start verib. ABB-nin ödəniş kartları ilə, Google Pay sistemini dəstəkləyən mobil cihazlarla hər biri minimum 10 manatlıq, ən azı 5 ödəniş etmiş müştərilər 15 manat keşbek qazanacaqlar. Kampaniya 15 oktyabr 2022-ci il tarixinə qədər keçərlidir. ABB-nin bütün Visa və Mastercard kartları ilə aparılmış ödənişlərə şamil olunur. Bu şərtlərə uyğun gələn ilk 10 min müştəri qalib sayılacaq. Kampaniya yalnız elektron kommersiya kanallarında, eləcə də ticarət və xidmət məkanlarındakı POS terminallarda aparılmış ödənişlərə aiddir. Hər müştəri kampaniya ərzində 15 manatlıq keşbeki yalnız bir dəfə qazana bilər. Google Pay rahat və təhlükəsiz ödəniş həllidir. İstifadəçilərə Android sistemini dəstəkləyən bütün cihazlarla tam təmassız ödəniş aparmaq imkanı yaradır. Müştəri sadəcə mobil telefonunu ödəniş terminalına yaxınlaşdırıb anında ödənişlərini apara bilir. Google-un innovativ texnologiyaları bütün əməliyyatların təhlükəsizliyinə ən yüksək səviyyədə təminat verir. Kampaniya barədə daha ətraflı məlumatları ABB-nin internet səhifəsindən öyrənə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. Google Pay

Xəbər

NFC ilə daha çox qazanc!

VISA ilə tərəfdaşlıq çərçivəsində NFC texnologiyasını ilk dəfə ölkəmizə gətirmiş ABB bu texnologiya vasitəsilə nağdsız ödənişlərin stimullaşdırılması üçün daha bir addım atıb. Bankın VISA ilə birgə start verdiyi yeni kampaniya NFC istifadəçilərinə xərclərindən qazandıracaq. 10 avqust 2020-ci il tarixinə qədər davam edəcək kampaniya çərçivəsində öz mobil telefonları ilə NFC texnologiyası üzərindən hər biri minimum 5 manatlıq 10 ödəniş edən müştərilər 25 manat dəyərində keşbek qazanacaqlar. Kampaniya dövründə hər bir VISA kartı ilə ayda 1 dəfə keşbek qazanmaq olar. Qeyd edək ki, ABB-nin hələ ötən ilin sentyabrından yerli bazara təqdim etdiyi bu yeni ödəniş üsulu müştərilərə plastik karta ehtiyac olmadan POS terminallarda öz mobil telefonları vasitəsilə təmassız ödəniş imkanı yaradır. Ödənişi həyata keçirməkdən ötrü sadəcə telefonda müvafiq funksiyanı aktivləşdirmək və telefonu POS terminala yaxınlaşdırmaq kifayətdir. Bundan ötrü mobil telefon android platformasında çalışmalı və NFC texnologiyasını dəstəkləməlidir. Bu barədə ətraflı məlumatı buradan əldə etmək olar. Mobil telefonla təmassız ödənişlər zamanı beynəlxalq kart təşkilatlarının təhlükəsizlik tələblərinə tam riayət olunur. ABB-nin “Qayğıkeş” proqramı çərçivəsində bankla tərəfdaş məkanlarda aparılan ödənişlərə görə müştərilər əlavə keşbek faizləri də qazanırlar. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!

ABB Mastercard beynəlxalq ödəniş sistemi ilə birlikdə möhtəşəm hədiyyə kampaniyasına start verib. 7 dekabrdan 10 yanvara qədər Bankın Mastercard kartları ilə minimal 10 manat olmaqla ən çox “NFC Token” (Apple Pay, Google Pay, ABB mobile, Garmin Pay) təmassız ödənişləri etmiş müştərilər qiymətli hədiyyələr qazanacaqlar. Kampaniyanın hədiyyələri bunlardır: İlk 3 yer: iPhone 13 4 – 8-ci yerlər: Apple Watch Series 7 9 – 15-ci yerlər: Samsung Watch Active 2 16 – 30-cu yerlər: Samsung Galaxy Buds Pro 31 – 50-ci yerlər: Xiaomi Mi Band Bu imkan ABB-nin bütün Mastercard sahiblərinə aiddir. Kampaniyadan faydalanmaq üçün https://gift.abb-bank.az/ saytında mobil nömrə və FİN-lə qeydiyyatdan keçmək lazımdır. Bir ticarət obyekti üzrə gün ərzində maksimal ilk 3 uğurlu əməliyyat nəzərə alınır. Eyni iştirakçı bir dəfə qalib ola bilər. Kampaniya ərzində ABB-nin Mastercard kartları ilə aparılan əməliyyatların sayı cəmlənəcək və qaliblərin seçimi zamanı müştərilərin əməliyyat sayı eyni olduqda ən çox dövriyyə etmiş müştərinin nəticəsinə üstünlük veriləcək. Kampaniya şərtləri ləğv edilmiş əməliyyatlara və biznes kartları ilə aparılan ödənişlərə aid edilmir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB “Fayda Max”ın ən üstün - “Prime” mərhələsini təqdim etdi!

ABB “Fayda Max” loyallıq proqramının ən yüksək və eksklüziv mərhələsi olan “Prime”-ı təqdim edir! “Prime” mərhələsi ABB-nin loyal və imtiyazlı müştəriləri üçün yaradılıb. Bu mərhələni tamamlayan müştərilər sadəcə keşbek və bonuslardan deyil, eksklüziv xidmətlərdən və üstün təcrübələrdən də faydalanacaqlar: “OneRepublic” qrupunun konsertinə 2 bilet hədiyyə; Skybox biletləri ilə kinoteatrlarda VIP təcrübə; İstanbul və Dubay hava limanlarında xüsusi qarşılama xidməti; Xaricdə pulsuz roaminq; Özəl restoranlarda səhər və şam yeməyi; “Afternoon tea” və “premium brunch”lar; SPA və Wellness xidmətləri; Golf dərsləri və fərqli idman tədbirləri. İmtiyazlar bununla bitmir. Sizi gözləyən başqa üstünlüklər də var: Filiallarda növbəsiz xidmət; Məlumat Mərkəzində növbəsiz xidmət; İnvestisiyalarda 30% keşbek; DigiDeposit gəlirinə 10% keşbek; 3x “Faydalı keşbek” - qazandığınız “Faydalı keşbek” məbləği 1.3 əmsalı ilə artırılır, daha çox gəlir əldə edirsiniz; Onlayn kredit ödənişi faizinə 10% keşbek; Ölkədaxili digər bankların debet kartlarına aylıq 30 000 AZN-ə qədər komissiyasız köçürmə imkanı; 2x “ƏDV geri al”. "Prime” mərhələsi 1 martdan aktivdir. Bu mərhələyə keçmək üçün ya “Qızıl” mərhələni üç dəfə tamamlamalı, ya da ABB-nin imtiyazlı müştərilərindən olmalısınız. “Fayda Max” proqramı barədə ətraflı məlumatları buradan əldə etmək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Bu yarışmada artıq 5 mindən çox şagird qeydiyyatdan keçib

Müsahibimiz ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı Zaur Ələkbərovdur -ABB bir neçə gün əvvəl Riyaziyyat Yarışmasına qeydiyyat elan etdi. Bu layihədə məqsəd nədir? -Bütün ölkəboyu riyaziyyat sahəsində xüsusi istedadı olan gənclərimizi üzə çıxarıb onların inkişafına dəstək vermək istəyirik. Əsas məqsəd budur. Bilirsiniz ki, artıq bir neçə ildir, Bankımızın ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi fəaliyyətdədir. Müxtəlif təhsil proqramlarımızla, hər il keçirdiyimiz ənənəvi hakatonlarla, universitetlərlə genişlənən tərəfdaşlıq əlaqələrimizlə talantları cəlb edirik. Onların sırasından həm əmək bazarı üçün bacarıqlı kadrlar yetişir, həm də ABB İnnovasiya Mərkəzində müəyyən startap ideyalarını reallaşdıran komandalar formalaşır. Biz istedadları indiyə qədər, əsasən, universitetlərdən və əmək bazarına yenicə daxil olmuş məzunlar arasından axtarırdıq. Hiss edirdik ki, artıq lap erkən yaş dövrlərindən başlamaq lazımdır. ABB Riyaziyyat Yarışması ideyası belə yarandı. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu təşəbbüsümüzə dəstək verdi. Onu da deyim ki, yarışmanın təşkilinə beynəlxalq olimpiadalarda təcrübəyə malik yerli və xarici mütəxəssislər cəlb olunub. -Bu yarışmada kimlər iştirak edə bilər? -Orta məktəblərin 9-cu, 10-cu və 11-ci siniflərində təhsil alan, riyazi biliklərinə güvənən hər bir gəncimiz ABB Riyaziyyat Yarışmasına qatıla bilər. Artıq bu yarışmada 5 mindən çox şagird qeydiyyatdan keçib. Onların 53%-i Bakı və Sumqayıt, 47%-i region məktəblərindəndir. Layihəyə bu qədər böyük maraq istedadlar arasından ən istedadlıları seçməyə imkan verəcək. -Seçim necə aparılacaq? -Yanvarın 10-da qeydiyyat tamamlanır. Ondan sonra bir neçə mərhələlik seçim prosesi başlanacaq. Yanvarın 12-də ilk onlayn test olacaq. Bu mərhələdən keçənlər 17-19 yanvar tarixlərində xüsusi müşahidə platformasının tətbiqi ilə daha bir test imtahanı verəcəklər. Bu mərhələnin qalibləri isə 23-25 yanvar tarixlərində müsahibə mərhələsinə dəvət olunacaqlar. -Müsahibə hansı formada təşkil ediləcək? -Real ünsiyyət rejimində olacaq. Bütün mərhələlərdən uğurla keçmiş 30 nəfər seçiləcək. Onların hər biri yarışmanın qalibləri sayılacaq və bu 30 nəfər üçün Bakıda 10 günlük intensiv riyaziyyat təlimləri təşkil ediləcək. Regionlardan gəlmiş iştirakçıların Bakıdakı təlimlərə qatılmaq xərcləri qarşılanacaq. Təlimlərin sonuncu günü final yarışı təşkil edəcəyik. 1-ci, 2-ci və 3-cü yerin qaliblərinə əlavə olaraq pul mükafatları təqdim ediləcək. 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat mükafat veriləcək. Digər qaliblər nailiyyət sertifikatları alacaqlar. Bir sözlə, qeydiyyatdan keçmiş bütün gənclərimizi qarşıda çox maraqlı və faydalı bilik yarışı gözləyir. Bu yarış iştirakçıların biliklərini və problem həlletmə qabiliyyətlərini inkişaf etdirəcək. Onlar gənc riyaziyyatçılar icmasının bir üzvünə çevriləcəklər. Riyaziyyat elminin köməyi ilə yeni sahələr kəşf edəcəklər. Əminik ki, ABB Riyaziyyat Yarışması onların həyatında xoş bir başlanğıc olacaq.

Xəbər

ABB-nin müştərisi “Mastercard Bravo alış-verişinizə şans qatır” adlı tirajlı stimullaşdırıcı lotereyanın qaliblərindən oldu

ABB-nin müştərisi, təmassız Mastercard ödəniş kartı sahibi olan Bəhruz Tarıverdiyev “Mastercard Bravo alış-verişinizə şans qatır” adlı tirajlı stimullaşdırıcı lotereyanın qaliblərindən oldu. Ödənişini Bankımızın kartı ilə aparan müştərimiz iyulun 22-də keçirilən tirajda “Lexus UX” avtomobili qazanıb. Biz də şanslı müştərimizə Bankımızın yeni məhsulu olan İBAMiles premium kartını hədiyyə etdik. Mastercardın keçirdiyi lotereya hələ yanvarın 17-ə qədər qədər davam edəcək. Mağazada Mastercard kartları ilə hər ödəniş bir şansdır. Təmassız ödənişlərdə isə uduş şansı 10 qat artır. ABB-nin təmassız Mastercard kartlarını buradan onlayn sifariş verə bilərsiniz: https://ibar.az/az/individual/plastic-cards/ Siz də Bankımızdan ödəniş kartları sifariş edin, şansınız hər zaman bol olsun.

Xəbər

Qəbul başlandı – namizədlər 6 dekabradək ərizə göndərə bilər

ABB-nin yaratdığı ABB Tech Akademiyasına bu gündən növbəti qəbul elan edilib. Ölkəmizdə informasiya texnologiyaları üzrə peşəkar mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq yeni proqramda “DevOps mühəndisliyi”, “Machine Learning” və “QA Automation” ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək. Müraciət edən namizədlər arasından 3 istiqamət üzrə 75 tələbə seçiləcək. 25 namizədə “DevOps mühəndisliyi”, 25 namizədə “Machine Learning”, 25 namizədə isə “QA Automation” sahəsində intensiv (bootcamp) kurslarda təhsil almaq imkanı yaradılacaq. Qəbul zamanı hər istiqamət üzrə ən yüksək bal toplamış 10 namizəd (cəmi 30 namizəd) ABB-nin, 10 namizəd (cəmi 30 namizəd) bp və onun tərəfdaşları (SOCAR, TPAO, PETRONAS, MOL, LUKOIL, NICO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL və Eni) ilə birgə təqaüdü ilə Akademiyada ödənişsiz təhsil alacaq. Akademiyaya qəbul olunmaq istəyən şəxslər dekabrın 6-dək Akademiyanın rəsmi Facebook və internet səhifəsindən onlayn ərizə göndərə bilərlər: https://ibatech.az Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi 4 mərhələdə aparılacaq: motivasiya məktubu, sahə üzrə test, məntiq testi və fərdi müsahibə. Təlimlər dekabrın 15-dən başlanacaq və 3 ay davam edəcək. ABB Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Tələbələrin rahat gəliş-gedişi üçün nəqliyyat vasitəsi təmin ediləcək. Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparır. ABB Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək edir. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək verilir. Belə ki, indiyə qədər ABB Tech Akademiyası məzunlarının 70%-dən çoxu müxtəlif aparıcı şirkətlərdə işlə təmin olunub. Belə bir Akademiyanın yaradılmasında ABB-nin məqsədi ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar İT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları Bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Tam istədiyiniz ulduz, Tam DigiCard-la!

Müştərilərə böyük faydalar yaradan təmassız ödənişlərə marağı artırmaq üçün ABB Mastercard beynəlxalq ödəniş şirkəti ilə birgə yeni kampaniyaya start verib. Kampaniyanın əsas reklam siması məşhur futbol ulduzu Lionel Messidir. Kampaniyada ABB-nin həm rəqəmsal, həm real Tam DigiCard kartlarının sahibləri iştirak edə bilər. Bunun üçün kart sahibi əvvəlcə https://gift.abb-bank.az/ səhifəsində qeydiyyatdan keçməlidir. Kampaniyaya qoşulmuş müştəri 4 dekabrdan 31 yanvara qədər Tam DigiCard-ı ilə apardığı 10 manatdan çox hər təmassız ödənişinə görə 1 şans qazanacaq. Bir neçə Tam DigiCard-ı olan müştərinin kampaniya müddətində bu kartları ilə apardığı bütün əməliyyatların sayı cəmlənərək nəzərə alınacaq. Qaliblər məşhur futbol ulduzu Lionel Messinin orijinal imzası ilə köynəklərin, futbolla bağlı başqa maraqlı hədiyyələrin daxil olduğu Messibox-lar və digər qiymətli hədiyyələr qazanacaqlar: 1-3 yerlər : Messibox + iPhone 15 256 Gb 4-6 yerlər : Messibox + iPhone 13 256 Gb 7-9 yerlər : Messibox + Apple Watch Series 9 10-15 yerlər : Messibox + Apple Watch Series 7 16-38 yerlər : Samsung Watch 39-50 yerlər : Samsung Galaxy Buds Pro Nəticələr kampaniya bitdikdən 20 iş günü sonra https://gift.abb-bank.az/ saytında elan ediləcək. Qaliblərin qeydiyyat zamanı daxil etdikləri mobil nömrəyə qalib olmaları barədə SMS gələcək. Onlar 30 iş günü ərzində şəxsiyyəti təsdiq edən sənədlə hədiyyələrini ABB-nin baş ofisindən alacaqlar. Hər bir iştirakçı qazandığı şans sayını və iştirakçı reytinqini https://gift.abb-bank.az/ saytında izləyə bilər. Kampaniya müddətində bir ticarət və xidmət məkanında gün ərzində maksimum ilk 3 uğurlu əməliyyat nəzərə alınacaq. Müxtəlif ticarət obyektləri üzrə isə əməliyyat sayı limitsizdir. 1 iştirakçı kampaniyada 1 dəfə qalib ola bilər. Ləğv edilmiş əməliyyatlar nəzərə alınmayacaq. ABB əməkdaşları və onların birinci dərəcəli qohumları kampaniyada iştirak etmir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

48 aylıq kredit indi 16%-lə

Müştərilərə sərfəli şərtlərlə kredit təklif edən ABB-dən kreditin əldə olunması prosedurları indi daha rahatdır. Belə ki, ABB-nin əməkhaqqı kart sahibləri krediti Banka gəlmədən onlayn şəkildə də əldə edə bilərlər. Kredit üçün müraciət, kreditin rəsmiləşdirilməsi və əldə edilməsi Banka gəlmədən tam onlayn baş verir. Müştərinin sifariş etdiyi məbləğ birbaşa onun maaş kartı hesabına köçür. Bu imkandan yararlanmaq istəyən müştəri ABB mobil tətbiqinə daxil olaraq onlayn kredit sifariş verməlidir. Kreditin şərtləri Məbləğ - 10 000 manatadək Müddət - 48 ayadək İllik faiz dərəcəsi – kreditin müddətindən asılı olmayaraq - 16% Zaminsiz Komissiyasız ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!