ABB “Fayda Max” loyallıq proqramının ən yüksək və eksklüziv mərhələsi olan “Prime”-ı təqdim edir! “Prime” mərhələsi ABB-nin loyal və imtiyazlı müştəriləri üçün yaradılıb. Bu mərhələni tamamlayan müştərilər sadəcə keşbek və bonuslardan deyil, eksklüziv xidmətlərdən və üstün təcrübələrdən də faydalanacaqlar:
- “OneRepublic” qrupunun konsertinə 2 bilet hədiyyə;
- Skybox biletləri ilə kinoteatrlarda VIP təcrübə;
- İstanbul və Dubay hava limanlarında xüsusi qarşılama xidməti;
- Xaricdə pulsuz roaminq;
- Özəl restoranlarda səhər və şam yeməyi;
- “Afternoon tea” və “premium brunch”lar;
- SPA və Wellness xidmətləri;
- Golf dərsləri və fərqli idman tədbirləri.
İmtiyazlar bununla bitmir. Sizi gözləyən başqa üstünlüklər də var:
- Filiallarda növbəsiz xidmət;
- Məlumat Mərkəzində növbəsiz xidmət;
- İnvestisiyalarda 30% keşbek;
- DigiDeposit gəlirinə 10% keşbek;
- 3x “Faydalı keşbek” - qazandığınız “Faydalı keşbek” məbləği 1.3 əmsalı ilə artırılır, daha çox gəlir əldə edirsiniz;
- Onlayn kredit ödənişi faizinə 10% keşbek;
- Ölkədaxili digər bankların debet kartlarına aylıq 30 000 AZN-ə qədər komissiyasız köçürmə imkanı;
- 2x “ƏDV geri al”.
"Prime” mərhələsi 1 martdan aktivdir. Bu mərhələyə keçmək üçün ya “Qızıl” mərhələni üç dəfə tamamlamalı, ya da ABB-nin imtiyazlı müştərilərindən olmalısınız. “Fayda Max” proqramı barədə ətraflı məlumatları buradan əldə etmək mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
