Xəbər

ABB Davos Forumu ilə tərəfdaşlığa başlayır

ABB Dünya İqtisadi Forumu (Davos Forumu) ilə tərəfdaşlığa başlayır. Belə bir tərəfdaşlıq ABB-nin beynəlxalq əlaqələrini daha da gücləndirəcək. Bank Forumun dünyanın müxtəlif ölkələrində keçirəcəyi tədbirlərdə iştirak edəcək, müzakirələrdə öz spikerləri ilə təmsil olunacaq, yeni tərəfdaşlarla, o cümlədən investorlarla işgüzar əlaqələr quracaq. Dünya İqtisadi Forumunun nümayəndələri Azərbaycana səfər çərçivəsində ABB-nin Baş ofisində də görüş keçiriblər. Onlara Bankın fəaliyyəti, strateji hədəfləri, son illər reallaşdırdığı uğurlu layihələr haqqında məlumat verilib. Gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. ABB-nin Forumla tərəfdaşlıqdan faydalanmaq imkanları, dünyadakı digər böyük bankların bu sahədə təcrübələri və s. mövzular ətrafında müzakirələr aparılıb. Görüş zamanı ABB-nin Dünya İqtisadi Forumu ilə tərəfdaşlığına dair sənəd də imzalanıb. Davos Forumu adı ilə məşhur olan Dünya İqtisadi Forumu 1971-ci ildən keçirilir. Onun əsas məqsədi dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, biznes qurumlarını, sahibkarları bir araya gətirmək, yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. Forum dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsir imkanlarına malikdir. Burada irəli sürülən yeni fikirlər, təşəbbüslər qlobal iqtisadiyyata istiqamət verir. Azərbaycan Dünya İqtisadi Forumunda 1995-ci ildən fəal şəkildə təmsil olunmaqdadır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı!

ABB müştərilərin ipoteka kreditlərindən istifadə imkanlarını daha da genişləndirib. İndi MİDA (Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi) tərəfindən tikilən mənzillərin ipoteka krediti ilə alışı üçün ilkin razılığın əldə olunması məqsədilə bank filialına gəlməyə gərək yoxdur. İlkin razılığı ABB Home platforması üzərindən onlayn əldə etmək olar. Müştəri bununla vaxtına qənaət edir, ipoteka kreditinin əldə olunması prosesi sürətlənir. Ölkəmizdə ipoteka bazarının lideri olan ABB-nin bu platformanı yaratmaqda məqsədi ipoteka ilə bağlı bütün xidmətləri bir platforma üzərindən çevik şəkildə təqdim etməkdir. ABB Home getdikcə təkmilləşdirilməklə beynəlxalq təcrübəyə uyğun olaraq ölkəmizdə rəqəmsal ipoteka ekosistemi kimi formalaşdırılmaqdadır. ABB Home-da ipoteka kreditləri ilə bağlı bütün suallara cavab tapmaq olar. Belə ki, müştərilər burada şəxsi məlumatlarını daxil edərək özlərinə düşə biləcək kredit məbləğini hesablaya, ipoteka krediti verən ABB filiallarının ünvanını öyrənə, ipoteka kabineti vasitəsilə sənədlərini onlayn şəkildə əldə edib ipoteka krediti üçün müraciət prosesini buradan apara bilərlər. Burada ipoteka krediti ilə mənzil almaq istəyənlər üçün süni intellekt modelləri əsasında çalışan “Əmlakın qiymətini öyrən” aləti də tətbiq olunur. Müştərilər platforma üzərindən Bakı şəhəri ərazisində yerləşən mənzillərin qiymətini asanlıqla öyrənirlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər

“ABB 2025-ci ilin 9 ayını 261 milyon manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəətimizdə 12%-ə yaxın artım var. İlin sonuna qədər mənfəətin daha da artacağı proqnozlaşdırılır. Bankın maliyyə nəticələri ABB səhmdarlarına bu ilin mənfəətindən də yüksək dividend ödənişinə imkan verir”. Bunu mediaya açıqlamasında ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib. Onun sözlərinə görə mövcud maliyyə göstəriciləri səhmdarlara cari ilin mənfəətindən təxminən 16%-ə yaxın dividend ödənişinə imkan yaradır. Əgər bu proqnoz özünü doğruldarsa, ABB səhmdarları növbəti ildə də rekord məbləğdə dividend gəliri əldə etmiş olacaqlar. Nəbi Əliyev bildirib ki, il başa çatdıqdan və ABB-nin 2025-ci il üzrə maliyyə hesabatına kənar auditor rəyindən sonra, Bank menecmenti Səhmdarların Ümumi Yığıncağında dividend ödənişi məsələsinə baxılması üçün təklif verəcək. Baş maliyyə inzibatçısının fikrincə, Bankın gəlirliliyindəki pozitiv dinamika səhmlərin qiymətinə də təsir göstərəcək və ABB səhmlərinin bahalaşacağı gözləniləndir. Ötən 1 il ərzində ölkənin kapital bazarında 14 milyon manatdan çox məbləğdə ABB səhmi ticarət edilib. Xatırladaq ki, son 7 ildə səhmdarlarına ardıcıl olaraq dividendlər ödəyən ABB 2024-cü il üzrə mənfəətindən səhmdarlarına 200 000 000 manat məbləğində dividend ödənişi edib. Beləliklə, Bankın hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə təxminən 16%-ə yüksəlib.

Xəbər

ABB-dən “İndi al, sonra ödə” xidməti

ABB yeni “İndi al, sonra ödə” xidmətini müştərilərə təqdim edib. Bu, ABB-nin “İndi al, sonra ödə” üzrə partnyoru olan mağazalarda elə yerindəcə kreditləşmə ilə məhsul alışına şərait yaradan yeni xidmət növüdür. Məsələn, hansısa elektronika məhsulunu “İndi al, sonra ödə” xidməti ilə almaq istəyən müştəri mağaza əməkdaşlarına bu barədə məlumat verir. Satıcı bank tərəfindən təqdim olunan kabinet vasitəsilə müştərini ABB mobile tətbiqinə yönləndirir. Müştəri tələb olunan məlumatları daxil edir və alış prosesi tamamlanır. Məbləğin banka geri ödənilməsi üçün müştərilər 2 həftəlik və ya aylıq ödəmə planı seçərək hissəli şəkildə ödəmə imkanı əldə edirlər. Beləliklə, müştəri ABB-nin “İndi al, sonra ödə” xidmətindən yararlanaraq istədiyi məhsulu indi alır, ödənişini isə hissəli şəkildə sonra ödəyir. İstənilən bankdan əməkhaqqı və ya təqaüd alan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilər. Aktiv ABB debet kartı istifadəçiləri üçün isə rəsmi gəlir tələbi yoxdur. “İndi al, sonra ödə” üzrə partnyor mağazaların siyahısı ilə ABB mobile tətbiqində tanış olmaq mümkündür. Şərtlər: • Məbləğ: 100 - 5000 AZN• Müddət: 24 ayadək• Zaminsiz və girovsuz• İllik faiz dərəcəsi: müştəri üçün yoxdur• FİFD: min. 0% - maks. 30.23% ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB 5 mükafat qazandı

Azərbaycan Banklar Assosiasiyası ABB-nin ötən il həyata keçirdiyi bir sıra layihələri mükafatlandırıb. 2021-ci ilin nəticələrinə görə ABB “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Ən fəal təhsil dəstəkçisi”, “Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyaları üzrə ilin qaliblərindən seçilib. Xatırladaq ki, ötən il ABB korporativ sosial məsuliyyət proqramı çərçivəsində XXXII Tokio Yay Olimpiya və XVI Yay Paralimpiya oyunlarında milli komandalarımızın maliyyə tərəfdaşı olub. Massaçusets Texnologiyalar İnstitutunun (MIT) professoru Conatan Qruberin dünyanın aparıcı universitetlərində tədris olunan “Dövlət maliyyəsi və dövlət siyasəti” kitabını Azərbaycan dilində nəşr etdirərək universitetlərə, mərkəzi kitabxanalara hədiyyə edib. Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və KOBİA ilə tərəfdaşlıq əsasında regionlarda kiçik və orta sahibkarlar üçün maarifləndirici təlimlər keçirib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə 2-ci ABB Regional Hakatonunu uğurla reallaşdırıb. Həmçinin ABB Tech Akademiyasında və ABB İnnovasiya Mərkəzində təhsil və inkubasiya proqramları davam etdirilib. İl ərzində ABB ölkəmizdə nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı bir sıra önəmli addımlar atıb. O cümlədən tərəfdaşları ilə birgə ölkəmizdə ilk dəfə olaraq dəmiryolu nəqliyyatında bank kartları ilə təmassız ödənişlərin tətbiqinə başlayıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB “Teknofest”in tərəfdaşıdır

Mayın 26-29-da Azərbaycanda keçiriləcək “Teknofest” Festivalında ABB tərəfdaş qismində iştirak edəcək. Bank Festival çərçivəsində təşkil olunacaq “TAKE OFF BAKU” startap sammitinin təşkilatçılarındandır. ABB özünün İnnovasiya Mərkəzinin imkanlarından faydalanaraq qlobal bazarlara çıxış potensialına malik startapları cəlb edəcək. Yerli və əcnəbi mentorların iştirakına kömək göstərəcək. Həmçinin xarici ölkələrdən investorların və vençur fondların cəlbinə dəstək verəcək. “Teknofest” Festivalı 2018-ci ildən keçirilir. Festivalın təşkilatçıları Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfıdır (T3 Vakfı). Türkiyənin 60-dan çox dövlət qurumu, ali məktəbi, özəl şirkəti bu tədbirin tərəfdaşıdır. “Teknofest”in məqsədi gənclərə, tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər yaratmaqdır. Müsabiqədə ilk 3 yeri qazanan startaplar üçün 15.000 USD, 10.000 USD və 5.000 USD dəyərində maliyyə dəstəyi təqdim olunacaq. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz bu tədbirə ilk dəfədir ki, ev sahibliyi edir. Festival Baku Crystall Hall və Dənizkənarı Milli Parkda keçiriləcək. Yarışlarda yuxarı sinif şagirdləri, tələbələr, startaplar və sahibkarlar iştirak edə bilərlər. Festival haqqında daha ətraflı məlumatı buradan, “TAKE OFF BAKU” startap sammiti haqqında məlumatları isə buradan əldə etmək və müsabiqələrə qoşulmaq olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB və KPMG-Azərbaycanın təşkilatçılığı ilə “Rəqəmsal Ödənişlər Dialoqu” keçirildi

Ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin inkişafına töhfə verən ABB-nin və KPMG Azərbaycan şirkətinin birgə təşkilatçılığı ilə Rəqəmsal Ödənişlər Dialoqu keçirilib. Tədbirin əsas mövzusu ödəniş sistemləri ilə bağlı yeniliklərə, o cümlədən bu yeniliklərin hüquqi tənzimlənməsi məsələlərinə həsr edilib. Rəqəmsal Ödənişlər Dialoqunda müxtəlif dövlət və özəl qurumların, məhkəmələrin təmsilçiləri, ABB-nin korporativ müştərilərindən bir qrupu, ayrı-ayrı bankların nümayəndələri, eləcə də xarici ölkələrdən gəlmiş ekspertlər iştirak ediblər. Tədbirdə ödəniş sistemləri ilə bağlı yerli və xarici təcrübəyə diqqət yönəlib. Ödəniş xidmətlərində yeni tənzimləmələr, onların maliyyə institutlarına təsiri, elektron pulun tənzimlənməsinin hüquqi aspektləri ilə bağlı ətraflı məlumatlar verilib. Elektron ödənişlərdə lisenziyalaşdırma və nəzarət, məsafədən bank və ödəniş xidmətləri, rəqəmsal ödəniş ekosistemində rəqabət və inkişaf məsələlərinə nəzər yetirilib. Rəqəmsal Ödənişlər Dialoqunda Türkiyənin fintek sektoru ilə bağlı da təcrübə mübadiləsi aparılıb. Açıq Bankçılıq dövründə ödəniş bazarı, postsovet məkanında ödəniş tendensiyaları təhlil edilib. Müxtəlif suallar ətrafında polemikalar aparılıb. Belə dialoqlarda məqsəd sahənin mütəxəssislərini bir araya gətirmək, rəqəmsal ödənişlərlə bağlı yenilikləri bölüşmək, gələcək üçün faydalı tərəfdaşlıqlar qurmaqdır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. KPMG Azərbaycanın təklif etdiyi xidmətlər barədə məlumatları https://kpmg.com/az/en/ rəsmi internet səhifəsindən və ya (012) 404 89 10 nömrəsi ilə əlaqə saxlayaraq, həmçinin rəsmi Facebook, Instagram və LinkedIn səhifələrindən əldə edə bilərsiniz.

Xəbər

ABB daha bir maraqlı hesabat yaydı

ABB daha bir faydalı araşdırma-hesabatını ictimaiyyətə təqdim edib. Araşdırma ölkəmizin turizm sektoru ilə bağlıdır. “Rəqəmlərlə turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi” adlı hesabat 2022-2023-cü illərə aid məlumatları əhatə edir. Burada xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının, eləcə də ölkəmizə səfər edən əcnəbi turistlərin müxtəlif kateqoriyalar üzrə bölgüsü, əsas xərclərinin təhlili aparılıb. Vətəndaşlarımızın ən çox səfər etdikləri ölkələr, həmçinin Azərbaycana ən çox səfər edən ölkələrin vətəndaşları ilə bağlı əsas tendensiyalar izlənib. Hesabatda daxili turizm, Azərbaycana səfər edən xarici turistlərin ən çox getdikləri regionlarımız, ölkəmizdəki otel və bu tipli obyektlərin fəaliyyəti haqqında da maraqlı məlumatlar təqdim olunur. Araşdırma turizm sektorunda baş verən əsas dəyişikliklərin, onların səbəblərinin izlənməsinə, gələcəkdə baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılmasına kömək göstərir. Araşdırma-hesabatı ABB-nin Risk ofisi hazırlayıb. Maraqlı tərəflər üçün faydalı olan bu cür ətraflı araşdırmaların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Belə ki, Bank bu ilin aprelində “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili”, həmçinin “Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr” adlı iki hesabatını bölüşüb. ABB belə araşdırmaları davam etdirəcək. Hesabatlarla buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən biznes sahibləri üçün “Çevik” fürsət

ABB bizneslər üçün yeni “Çevik” xidmət paketini müştərilərin istifadəsinə verib. “Çevik” paketi biznes sahiblərinə ehtiyaclarına uyğun əməliyyatları seçərək öz paketlərini yaratmağa imkan verir. Bu paketdən faydalanaraq müştərilər gündəlik maliyyə əməliyyatlarını daha sərfəli idarə edə bilərlər. Yaradılan “Çevik” paketi limitləri daxilində yerli və beynəlxalq ödənişlər, əməkhaqqı köçürmələri, nağd vəsaitlərlə əməliyyatlar tam komissiyasızdır. Bu paketlə biznes sahibləri aşağıdakı xidmətlərdən pulsuz faydalana bilərlər: Bank hesablarının açılması; *Digər bankdaxili köçürmələr; *Ölkədaxili köçürmə; *Respublikadan kənara köçürmə; *Hesabdan nağd vəsaitin verilməsi (AZN və ya valyuta); Hesaba nağd vəsaitin qəbulu bankın kassaları vasitəsilə (AZN və ya valyuta); Müştərinin digər filialdakı/şöbədəki hesabına nağd vəsaitin qəbulu (AZN və ya valyuta); *Müştərinin bir filialda/şöbədə olan hesablarına köçürmə (AZN və ya valyuta); *Müştərinin digər filialda/şöbədə olan hesabına köçürmə (AZN və ya valyuta); *Əmək haqqı vəsaitinin əmək haqqı kartlarına köçürülməsi; Bankın alış/satış məzənnəsi ilə aparılan konvertasiya əməliyyatları; Hesab üzrə çıxarışların verilməsi; İnternetBank xidmətinə qoşulma; İnternetBank parol kalkulyator (açarlarının) əldə edilməsi (açarların sayı bir və ya iki olduqda) Korporativ və ya biznes kartının verilməsi. *Müştərinin yaratdığı "Çevik" xidmət paketi limitləri daxilində. Üstəlik, “Çevik” xidmət paketinə indi qoşulan müştərilər 1 iyun 2025-ci il tarixinədək onu 60% endirimlə əldə edəcəklər. Məhsulu buradan sifariş vermək olar. ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB səhmləri üzrə dividendlərin ödənilməsi ilə bağlı elan

ABB-nin (“Azərbaycan Beynəlxalq Bankı” ASC) 2024-cü maliyyə ili üzrə əldə etdiyi xalis mənfəətdən dividendlərin ödənilməsi ABB Səhmdarlarının 7 may 2025-ci il tarixinə nəzərdə tutulmuş Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən həyata keçiriləcək. Dividendlərin ödənilməsi barədə Səhmdarların Ümumi Yığıncağı tərəfindən verilən qərar “bir səhm – bir səs” prinsipi nəzərə alınmaqla keçirilmiş səsvermə əsasında qəbul ediləcək. Yığıncaqda səs çoxluğu ilə dividendlərin ödənilməsi barədə qərar qəbul edildikdə, dividendlərin ödənilməsi, qərarın qəbul edilmə tarixindən etibarən ən geci 30 (otuz) təqvim günü ərzində ABB-yə ödəniş agenti xidməti göstərən Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən hər bir səhmdara nağdsız qaydada olmaqla onun bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək. Səhmləri hansı tarixdə əldə etməsindən və hansı müddət ərzində öz mülkiyyətində saxlamasından asılı olmayaraq, dividendləri almaq hüququ olan səhmdarlar Səhmdarların Ümumi Yığıncağının keçirildiyi tarixdən bir iş günü əvvələ təsadüf edən iş günü, saat 18:00-da MDM tərəfindən formalaşdırılmış səhmdarların reyestrinə əsasən müəyyən ediləcəklər. ABB səhmlərinin kütləvi ticarətinin “Bakı Fond Birjası” QSC-də həyata keçirildiyi və bağlanmış əqdlər üzrə hesablaşmaların əqdin bağlandığı gündən növbəti iş günü başa çatdığını nəzərə alaraq, Səhmdarların Ümumi Yığıncağının tarixindən 2 iş günü (5 may 2025-ci il) əvvəl alınmış səhmlər üzrə dividend ödəniləcək. Səhmdarların Ümumi Yığıncağı tarixindən 1 iş günü əvvəl (6 may 2025-ci il) səhmləri əldə etmiş şəxslər MDM tərəfindən formalaşdırılmış səhmdarların reyestrində öz əksini tapmayacaqlar və qeyd edilən səbəbdən bu səhmlər üzrə dividend ödənişi həyata keçirilməyəcək.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!