ABB yeni “İndi al, sonra ödə” xidmətini müştərilərə təqdim edib. Bu, ABB-nin “İndi al, sonra ödə” üzrə partnyoru olan mağazalarda elə yerindəcə kreditləşmə ilə məhsul alışına şərait yaradan yeni xidmət növüdür.
Məsələn, hansısa elektronika məhsulunu “İndi al, sonra ödə” xidməti ilə almaq istəyən müştəri mağaza əməkdaşlarına bu barədə məlumat verir. Satıcı bank tərəfindən təqdim olunan kabinet vasitəsilə müştərini ABB mobile tətbiqinə yönləndirir. Müştəri tələb olunan məlumatları daxil edir və alış prosesi tamamlanır. Məbləğin banka geri ödənilməsi üçün müştərilər 2 həftəlik və ya aylıq ödəmə planı seçərək hissəli şəkildə ödəmə imkanı əldə edirlər.
Beləliklə, müştəri ABB-nin “İndi al, sonra ödə” xidmətindən yararlanaraq istədiyi məhsulu indi alır, ödənişini isə hissəli şəkildə sonra ödəyir.
İstənilən bankdan əməkhaqqı və ya təqaüd alan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilər. Aktiv ABB debet kartı istifadəçiləri üçün isə rəsmi gəlir tələbi yoxdur.
“İndi al, sonra ödə” üzrə partnyor mağazaların siyahısı ilə ABB mobile tətbiqində tanış olmaq mümkündür.
Şərtlər:
• Məbləğ: 100 - 5000 AZN
• Müddət: 24 ayadək
• Zaminsiz və girovsuz
• İllik faiz dərəcəsi: müştəri üçün yoxdur
• FİFD: min. 0% - maks. 30.23%
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
