Xəbər

ABB-nin dəstəyi ilə “Şuşa baharı” başlandı!

Mədəniyyət paytaxtımız olan Şuşada Novruz tədbirlərinə start verilib. “Şuşa baharı” Novruz tədbirləri 26 mart tarixinə qədər davam edəcək. ABB tədbirin baş bank sponsorudur. Tədbirlər çərçivəsində Şuşanın “Güllü bağ” deyilən ərazisində əl işlərinin, qida məsullarının satışa çıxarıldığı yarmarka təşkil ediləcək, musiqili çıxışlar olacaq. Şəhərin mərkəzi meydanında konsert keçiriləcək. Bundan başqa, Şuşanın “Tut bağı” adlanan məkanında milli geyimlər, kəlağayılar nümayiş etdiriləcək, Qarabağ şirniyyatları satılacaq. 1 saylı Şuşa tam orta məktəbində teatr tamaşasının nümayişi də nəzərdə tutulub. Belə tədbirlərin təşkilində məqsəd zəngin tarixi-mənəvi irsə, təbii resurslara malik Şuşanın turizm imkanlarından istifadə, şəhərə turist axınının dəstəklənməsidir. ABB bu cür layihələrdə fəal iştirak etməklə Qarabağın dirçəlişinə öz töhfələrini verir. ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Qarabağ Universiteti ilə əməkdaşlığa başladı - 30 xanım tələbəyə təqaüd veriləcək

Ölkəmizdə fəaliyyət göstərən universitetlərlə tərəfdaşlığı genişləndirərək universitet-biznes münasibətlərinə töhfə verən ABB bu istiqamətdə daha bir addım atıb. Bank Qarabağ Universiteti ilə də əməkdaşlığa başlayıb. ABB və Qarabağ Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Qarabağ Universitetində keçirilən tədbirdə sənədi ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov imzalayıb. Razılaşma sənədi müxtəlif istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur. Belə ki, ABB Universitetin ən yüksək təhsil nailiyyətləri olan 30 xanım tələbəsinə təqaüd verəcək. Qarabağda təhsilin və mədəniyyətin inkişafına böyük töhfələri olmuş görkəmli şairə Xurşidbanu Natəvanın şərəfinə təqaüd “Natəvan təqaüdü” adlandırılıb. Yay tətili dövründə Qarabağ Universitetinin tələbələri üçün ABB-nin Xankəndi filialında və digər filiallarında, eyni zamanda, Bankın Baş ofisində təcrübə proqramları təşkil olunacaq. Bank əməkdaşları tərəfindən Universitetdə xüsusi təlimlərin təşkili, həmçinin ABB-nin Xankəndi filialının əməkdaşları üçün Universitetdə müvafiq təlim proqramlarının keçirilməsi də əməkdaşlıq planlarına daxildir. Bundan başqa, ABB-nin dəstəyi ilə Qarabağ Universitetində karyera günlərinin keçirilməsi, burada ABB-nin tədris auditoriyasının yaradılması, birlikdə elmi konfransların və digər tədbirlərin təşkili, müştərək elmi-tədqiqat layihələrinin reallaşdırılması, qarşılıqlı ekspert-məsləhət dəstəyi də nəzərdə tutulur. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “ABB olaraq ölkəmizdəki bir çox universitetlərlə sıx əlaqələrimiz var. Məmnunuq ki, artıq Qarabağ Universitetinin də ilk tərəfdaşıyıq. Son illərdə təhsilə dəstək, biznes-universitet əməkdaşlığı sahəsində kifayət qədər təcrübə toplamışıq. Bu təcrübə gələcək layihələrimiz üçün faydalı olacaq. ABB-nin təsis etdiyi “Natəvan” təqaüdü də, ümid edirik ki, Qarabağ Universitetinin xanım tələbələri üçün böyük mənəvi dəyər və motivasiya yaradacaq, onlarda liderlik bacarıqlarının inkişafını dəstəkləyəcək. Qarabağı, Şərqi Zəngəzuru elm-təhsil, innovasiyalar məkanına çevirmək hamımızın birgə missiyamızdır”. Qarabağ Universitetinin rektoru Şahin Bayramov Universitetə qəbul olunan tələbələrin, həmçinin burada çalışan akademik və inzibati heyətin göstəricilərinin yüksək olduğunu qeyd edib. Universitetdə təhsil səviyyəsinin yüksək olmasına xüsusi diqqət göstərildiyini vurğulayıb: “Dövlət rəhbərimiz Qarabağ Universiteti qarşında böyük strateji vəzifələr müəyyənləşdirib. Bu vəzifələri uğurla yerinə yetirmək üçün belə tərəfdaşlıqlar bizim üçün zəruridir. ABB ilə imzaladığımız bu memorandum faydalı bir təcrübə formalaşdıracaq, həm tələbə və müəllimlərimiz, həm ABB əməkdaşları üçün yeni imkanlar yaradacaq”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB sahibkarları “Azerbaijan Russian Desk” platformasında bir araya gətirir

ABB Azərbaycanla ixrac-idxal əməliyyatlarına maraq göstərən Rusiya sahibkarlarının ölkəmizdəki iş adamları ilə əlaqələrinin inkişafına dəstək verir. Bu məqsədlə Bank “Azerbaijan Russian Desk” platformasının imkanlarından istifadə edərək Rusiyadakı törəmə bankı ABB Moskva ilə birgə yeni layihəyə başlayıb. ABB hər iki ölkədən tərəfdaşlıqda maraqlı olan sahibkarları “Azerbaijan Russian Desk” platforması vasitəsilə bir-biri ilə əlaqələndirir. Bu platforma biznes tərəfdaşı axtarışında olan şirkətlərin cəmləşdiyi vahid məlumat bazasıdır. Platformanın yaratdığı imkanlardan istifadə etməklə sahibkarların işgüzar təkliflərinin qarşılıqlı təqdimatına dəstək verilir. Beləliklə, layihə sahibkarların satış şəbəkəsinin genişləndirilməsinə kömək göstərir. ABB ilə tərəfdaşlıq edən iş adamlarına “Azerbaijan Russian Desk” platformasından istifadə zamanı xüsusi güzəştlər də tətbiq olunur. Sahibkarlar bununla bağlı ətraflı məlumat üçün suallarını [email protected] ünvanına göndərə bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB menecerləri Koç Universitetində təhsil alacaqlar

ABB öz menecerlərinin davamlı inkişafı məqsədilə Türkiyənin ən nüfuzlu ali təhsil müəssisələri arasında olan Koç Universiteti ilə tərəfdaşlığa başlayıb. Bank dünya universitetlərinin yüksək reytinqində yer alan bu universitetlə birgə “Executive Mini-MBA” proqramını icra edəcək. Proqram ABB menecerləri üçün xüsusi hazırlanmış tədris planı əsasında həyata keçiriləcək. 21 nəfər ABB meneceri proqramın seçim mərhələlərindən uğurla keçərək Koç Universitetində təhsil almaq hüququ qazanıb. Menecerlər strateji marketinq, strateji düşünmə və planlaşdırma, rəhbərlər üçün maliyyə, rəqəmsal transformasiya və texnoloji trendlər, data əsaslı qərarvermə, effektiv danışıq aparmaq, təşkilati davranış və korporativ mədəniyyət, təsirli ünsiyyət və faydalı rəy mövzuları üzrə praktik bilik və bacarıqlar əldə edəcəklər. 6 aylıq proqram çərçivəsində dərslər Koç Universitetinin professorları tərəfindən həm Bakıda, həm də İstanbulda tədris ediləcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Mastercard-ın 2 mükafatını qazandı

Beynəlxalq ödəniş sistemi Mastercard ABB-ni 2 nominasiya üzrə mükafatlandırıb. Bankın Tam DigiCard debet kartı uğurlu məhsul buraxılışı nominasiyası üzrə mükafata layiq görülüb. ABB Mastercard-la uğurlu əməkdaşlıq nominasiyası üzrə də təltif olunub. Xatırladaq ki, ötən ilin sentyabrında təqdim olunmuş rəqəmsal Tam DigiCard debet kartı ilə bir çox bank əməliyyatlarını rahat, sürətli və illik limitsiz həyata keçirmək mümkündür. Kartı saniyələr içində ABB mobile tətbiqindən əldə edib, Apple Pay və Google Pay vasitəsilə dərhal istifadə etmək olar. Mastercard ödəniş sistemi ilə sıx əməkdaşlıq əsasında mütəmadi layihə və kampaniyalar həyata keçirən ABB müştərilərinə dünyanın hər yerində sərhədsiz üstünlüklər təqdim edir. Ümumilikdə, ABB ən çox sayda beynəlxalq ödəniş sistemi ilə tərəfdaşlıq edən Azərbaycan bankıdır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB Visa ilə birgə müştərilər üçün daha bir rəqəmsal imkan yaratdı

Yeni rəqəmsal təcrübələrlə müştərilərin işini asanlaşdıran ABB daha bir maraqlı xidməti təqdim edib. Bank özünün partnyor şəbəkəsinə aid olan e-ticarət saytlarında və mobil tətbiqlərdə tokenlə (Apple Pay/Google Pay) ödəniş imkanı yaradıb. Belə ki, indi müştərilər ABB partnyorunun saytına və ya mobil tətbiqinə daxil olduqda ödənişi elektron pulqabındakı istənilən kartla dərhal ödəyə bilirlər. Müştərinin hər hansı kart məlumatlarını daxil etməsinə, əlavə eyniləşdirmə üsullarına ehtiyac qalmır. ABB layihəni Visa ilə tərəfdaşlıq əsasında reallaşdırıb. ABB-nin e-ticarət tərəfdaşları üçün yaratdığı bu imkan onlara məxsus sayt və mobil tətbiqlər üzərindən daha rahat, sürətli və təhlükəsiz ödənişləri təmin edəcək. Partnyorlar ABB-yə müraciət edərək müştərilər üçün “Apple Pay” və “Google Pay” ilə onlayn ödənişlərin qəbulunu aktivləşdirə bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!

ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Bankın Yasamal filialında da yenilənmə aparılıb. Yasamal filialı artıq özünün əvvəlki ünvanında – Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 14-də müştərilərin xidmətindədir. Filialın binası ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılıb. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb. Ən mühüm yeniliklərdən biri filial ofisində özünəxidmət rəqəmsal zonasının təşkilidir. Müştəri bu zonaya daxil olub bank əməkdaşının dəstəyinə ehtiyac qalmadan lazımi xidmətlərdən istifadə edə bilər. ABB-nin Yasamal filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalanmaq mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!

İstedadların inkişafına kömək göstərən ABB ənənələrinə sadiq qalaraq gənc şahmatçı Xaqan Əhmədə də dəstək verməyə başlayıb. Azərbaycan Şahmat Federasiyası ilə tərəfdaşlıq çərçivəsində Bank Xaqan Əhmədin fərdi məşqçilərlə hazırlığına, beynəlxalq yarışlarda iştirakına yardım edəcək. 14 yaşlı şahmatçımız Xaqan Əhməd ötən ilin noyabrında Monteneqroda keçirilmiş Avropa çempionatında qızıl medal qazanaraq çempion olub. Bundan əvvəl isə o, iyunda Londonda keçirilmiş komandalararası rapid üzrə dünya çempionatında ABŞ-dan olan məşhur qrossmeyster, dünya reytinqində ikinci yerin sahibi Hikaru Nakamuranı məğlub etməsi ilə yadda qalıb. İstedadlı şahmatçının qarşısında böyük hədəfləri var, ABB-nin dəstəyi ona hədəflərinə çatmaqda kömək göstərəcək. Bankın tərəfdaşlığı ilə Xaqan Əhmədin ilk yarışları fevralda kişilər arasında keçiriləcək Azərbaycan çempionatı və apreldə Polşada keçiriləcək Avropa birinciliyi olacaq. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB səhmdarlarına dividendlərin ödənilməsi barədə elan

ABB Səhmdarlarının Ümumi Yığıncağının (SÜY) 7 may 2026-cı il tarixinə təyin edilmiş qərarından asılı olaraq, ABB-nin 2025-ci maliyyə ili üzrə xalis mənfəətindən səhmdarlara dividendin ödənilməsi nəzərdə tutulur. Bununla bağlı müsbət qərar qəbul edilərsə, dividend məbləği, qərarın qəbul edilmə tarixindən etibarən ən geci 30 (otuz) təqvim günü ərzində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən hər bir səhmdarın bank hesabına köçürüləcəkdir. Səhmləri hansı tarixdə əldə etməsindən və hansı müddət ərzində öz mülkiyyətində saxlamasından asılı olmayaraq, dividend almaq hüququna malik səhmdarlar MDM tərəfindən formalaşdırılmış 06 may 2026-cı il, saat 18:00 tarixli müvafiq reyestrə əsasən müəyyənləşdiriləcəklər. Beləliklə, ABB səhmlərinin kütləvi ticarətinin “Bakı Fond Birjası” QSC-də həyata keçirildiyini və bağlanmış əqdlər üzrə hesablaşmaların əqdin bağlandığı gündən etibarən növbəti iş günü başa çatdığını nəzərə alaraq, SÜY-ün keçiriləcəyi tarixdən 2 iş günü əvvəl (5 may 2026-cı il tarixində) alınmış səhmlər üzrə dividend ödəniləcəkdir.

Xəbər

ABB-dən 35 ali məktəbə hədiyyə

ABB-nin korporativ sosial məsuliyyət layihəsi çərçivəsində nəşr etdirdiyi “Dövlət maliyyəsi və dövlət siyasəti” dərsliyi cəmiyyətdə böyük maraqla qarşılanıb. Bank Massaçusets Texnologiyalar İnstitutunun professoru Conatan Qruberin müəllifi olduğu və hazırda dünyanın aparıcı universitetlərində istifadə edilən kitabın nüsxələrini ölkəmizdəki ali məktəblərə və aparıcı kitabxanalara hədiyyə edib. Kitabın müvafiq sayda nüsxələri artıq 35 ali məktəbə, 2 kitabxanaya, 1 təlim mərkəzinə hədiyyə edilib. Yaxın günlərdə kitabdan başqa təhsil müəssisələrinə və kitabxanalara da bağışlanacaq. Belə bir məşhur dərsliyin ana dilimizdə nəşri ABB-nin ölkəmizdə təhsilə, innovasiyalara, cəmiyyətdə maliyyə savadlılığının artırılmasına dəstək tədbirlərinin davamıdır. ABB kimi böyük biznes qurumunun bu faydalı təşəbbüsü ölkəmizdə dərslik bazasının sürətlə yenilənməsinə, yeni peşəkarlar nəslinin yetişməsinə, beynəlxalq təcrübənin cəmiyyətimiz üçün daha da əlçatan olmasına xidmət edir. Dövlət dilimizdə bu cür bilik resurslarının formalaşdırılması qloballaşma şəraitində Azərbaycan dilinin qorunması və inkişafı işinə də əhəmiyyətli dəstəkdir. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!