ABB Səhmdarlarının Ümumi Yığıncağının (SÜY) 7 may 2026-cı il tarixinə təyin edilmiş qərarından asılı olaraq, ABB-nin 2025-ci maliyyə ili üzrə xalis mənfəətindən səhmdarlara dividendin ödənilməsi nəzərdə tutulur.
Bununla bağlı müsbət qərar qəbul edilərsə, dividend məbləği, qərarın qəbul edilmə tarixindən etibarən ən geci 30 (otuz) təqvim günü ərzində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən hər bir səhmdarın bank hesabına köçürüləcəkdir.
Səhmləri hansı tarixdə əldə etməsindən və hansı müddət ərzində öz mülkiyyətində saxlamasından asılı olmayaraq, dividend almaq hüququna malik səhmdarlar MDM tərəfindən formalaşdırılmış 06 may 2026-cı il, saat 18:00 tarixli müvafiq reyestrə əsasən müəyyənləşdiriləcəklər.
Beləliklə, ABB səhmlərinin kütləvi ticarətinin “Bakı Fond Birjası” QSC-də həyata keçirildiyini və bağlanmış əqdlər üzrə hesablaşmaların əqdin bağlandığı gündən etibarən növbəti iş günü başa çatdığını nəzərə alaraq, SÜY-ün keçiriləcəyi tarixdən 2 iş günü əvvəl (5 may 2026-cı il tarixində) alınmış səhmlər üzrə dividend ödəniləcəkdir.
