Xəbər

ABB-nin yeni müştərisi ol, pul hədiyyəsi və əlavə keşbek qazan!

ABB mobile tətbiqində qeydiyyatdan keçib tətbiqin imkanlarından istifadə etməyə başlayan yeni müştəriləri qazanc fürsətləri gözləyir. Bu müştərilər ABB-dən aşağıdakı hədiyyələri qazanacaqlar: 6 AZN hədiyyə; 20-dən çox kateqoriya üzrə 10%-dək keşbek; Ölkədə ilk dəfə dərhal qayıdan “2x ƏDV geri al” məbləği Qazanc fürsətləri bununla bitmir. Yeni müştərilər komissiyasız köçürmələrdən də yararlanacaqlar. Üstəlik, ABB mobile ilə bütün ödənişlərindən 2% keşbek qazanacaqlar. Əgər müştəri tətbiqdə avtoödəniş də yaradarsa, keşbeki 3% olacaq. Dərhal “2x ƏDV geri al” gün ərzində oxudulan maksimum 5 qəbzə aiddir. Hər qəbzdəki əməliyyatın 100 AZN-lik hissəsinə hesablanır. Bir yeni müştəri ay ərzində 50 AZN-ə qədər “2x ƏDV” geri qazanır. Daha ətraflı burada Hazırda ABB-nin hər hansı məhsulundan istifadə etməyən istənilən müştəri tətbiqdə Tam DigiCard sifariş verib bu fürsətlərdən faydalana bilər. Tam DigiCard ABB-nin həm rəqəmsal, həm real kart məhsuludur. Bu kart bir çox bank xidmətlərindən rahat, illik limit olmadan və müxtəlif imtiyazlarla istifadə imkanı yaradır. Kartı anında əldə edib, Apple Pay və Google Pay-lə dərhal yararlanmaq olar. Tam DigiCard tamamilə ödənişsizdir və ABB mobile tətbiqində anında aktivləşdirmək olur. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB “Teknofest”in tərəfdaşıdır

Mayın 26-29-da Azərbaycanda keçiriləcək “Teknofest” Festivalında ABB tərəfdaş qismində iştirak edəcək. Bank Festival çərçivəsində təşkil olunacaq “TAKE OFF BAKU” startap sammitinin təşkilatçılarındandır. ABB özünün İnnovasiya Mərkəzinin imkanlarından faydalanaraq qlobal bazarlara çıxış potensialına malik startapları cəlb edəcək. Yerli və əcnəbi mentorların iştirakına kömək göstərəcək. Həmçinin xarici ölkələrdən investorların və vençur fondların cəlbinə dəstək verəcək. “Teknofest” Festivalı 2018-ci ildən keçirilir. Festivalın təşkilatçıları Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfıdır (T3 Vakfı). Türkiyənin 60-dan çox dövlət qurumu, ali məktəbi, özəl şirkəti bu tədbirin tərəfdaşıdır. “Teknofest”in məqsədi gənclərə, tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər yaratmaqdır. Müsabiqədə ilk 3 yeri qazanan startaplar üçün 15.000 USD, 10.000 USD və 5.000 USD dəyərində maliyyə dəstəyi təqdim olunacaq. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz bu tədbirə ilk dəfədir ki, ev sahibliyi edir. Festival Baku Crystall Hall və Dənizkənarı Milli Parkda keçiriləcək. Yarışlarda yuxarı sinif şagirdləri, tələbələr, startaplar və sahibkarlar iştirak edə bilərlər. Festival haqqında daha ətraflı məlumatı buradan, “TAKE OFF BAKU” startap sammiti haqqında məlumatları isə buradan əldə etmək və müsabiqələrə qoşulmaq olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB səhmi sifariş et, 5000 manatadək qazan!

ABB yeni lotereya kampaniyasına start verib. "ABB səhmdarı ol, şanslarını artır!" lotereyasının müddəti 10 sentyabr 2024-cü il tarixinə qədərdir. Bu müddətdə ABB səhmlərini sifariş etmiş investorlar 5000 AZN-dək pul mükafatı qazanmaq şansı əldə edəcəklər. Tirajların tarixləri: 1-ci tiraj: 01.08.2024 – 10.08.2024 (15.08.2024-cü il, saat 17:00-da oynanılacaq); 2-ci tiraj: 11.08.2024 – 20.08.2024 (23.08.2024-cü il, saat 17:00-da oynanılacaq); 3-cü tiraj: 21.08.2024 – 31.08.2024 (05.09.2024-cü il, saat 17:00-da oynanılacaq); 4-cü tiraj 01.09.2024 – 10.09.2024 (15.09.2024-cü il, saat 17:00-da oynanılacaq). Lotereyanın şərtlərinə görə, hər səhm sifarişi müştərilərə 1 şans qazandırır. Müştərilər minimum 100, maksimum 400 000 səhm ala bilərlər. Qazanılan şanslar hər tiraj müddətinin yekununda cəmlənəcək və lotereyada həmin say qədər iştirak şansı olacaq. Müştəri hər tirajda 1 dəfə qalib ola bilər. Tirajlar ABB-nin korporativ Facebook səhifəsi üzərindən canlı yayımda oynanılacaq. Qaliblər proqram təminatının köməyi ilə təsadüfi qaydada seçiləcək və uduşlar pul şəklində müştərilərin ABB-dəki aktiv debet kartı və ya “Faydalı keşbek” hesablarına köçürüləcək. Hədiyyələr hər tiraj üçün eynidir: - 1 nəfər – 5000 AZN - 1 nəfər – 3000 AZN - 1 nəfər – 2000 AZN - 47 nəfər – 100 AZN ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üzrə “İlin ən yaxşı bankı” seçilib. ABB bu mükafata mənfəətliliyinə, əhatə dairəsinə, qurduğu strateji tərəfdaşlıqlara, son illərdə əldə etdiyi inkişaf nailiyyətlərinə, məhsul və xidmətlərində tətbiq etdiyi innovasiyalara, o cümlədən süni intellekt həllərinə görə layiq görülüb. Qiymətləndirmə zamanı ABB-nin fəaliyyəti haqqında səhm, kredit reytinqi analitiklərinin, digər bank ekspertlərinin rəyləri də nəzərə alınıb. “Global Finance”in müxtəlif regionlar üzrə “İlin ən yaxşı bankı” elan etdiyi maliyyə qurumları arasında Akbank, HSBC, Commerzbank, Citibank, Raiffeisen Bank, OTP Bank və s. bu kimi tanınmış banklar da var. “Global Finance” jurnalı 1987-ci ildən fəaliyyətdədir. Baş ofisi Nyu-Yorkda yerləşir. Jurnal 193 ölkədə 50 mindən çox oxucuya malikdir. Bu auditoriya, əsasən, iri şirkətlərin, o cümlədən beynəlxalq miqyaslı maliyyə qurumlarının qərarverici menecerlərini əhatə edir. Nəşrin hər il ayrı-ayrı banklara təqdim etdiyi mükafatlar maliyyə dünyasında etibarlılıq və üstünlük standartı kimi qəbul olunur. Bankların seçimi korporativ maliyyə qurumlarının rəhbərləri, bankirlər, texnologiyalar üzrə məsləhətçilər, dünyanın müxtəlif ölkələrindən olan maliyyə analitiklərinin rəyləri nəzərə alınmaqla aparılır. Qaliblərin adları ilə buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

"ABB" ASC-nin Səhmdarlarının Ümumi Yığıncağında onlayn qaydada iştirak edin

Hörmətli səhmdar! “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - “ABB” ASC) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 07.05.2026-cı il tarixində Bankın səhmdarlarının növbəti ümumi yığıncağı (bundan sonra – Ümumi Yığıncaq) keçiriləcəkdir. Bununla yanaşı bildiririk ki, “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir: 1. “ABB” ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2025-ci ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi; 2. 2025-ci ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi;3. “ABB” ASC-nin aktivlərin idarə edilməsi üzrə törəmə şirkətinin yaradılması;4. Xarici bankda iştirak payının (nəzarət səhm paketinin) alınması;5. “ABB” ASC-nin Müşahidə Şurasının tərkibinə dəyişiklik edilməsi Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə müvafiq materiallar vəsəsvermə bülleteni 15.04.2026-cı il tarixindən hər bir səhmdar üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdiriləcəkdir (invp.e-mdm.gov.az). Gündəlikdə olan məsələlərə dair münasibətinizi şəxsi kabinet vasitəsilə 15.04.2026-cı il tarixindən 06.05.2026-cı il tarixinədək elektron qaydada bildirməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz. Yuxarıda qeyd olunan şəkildə elektron qaydada verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir. “Azərbaycan Beynəlxalq Bankı” ASC-ninİdarə Heyəti

Xəbər

ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı!

Bakıda, İçərişəhər ərazisində Beynəlxalq Xalça Festivalı başlayıb. Festivalın əsas məqsədi Azərbaycanın qədim xalçaçılıq sənətini dünyada tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir. Milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına daim dəstək verən ABB də Beynəlxalq Xalça Festivalının eksklüziv tərəfdaşıdır. Festival “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilir. Festivalda Azərbaycanla yanaşı, bir sıra ölkələrdən xalçaçılar, istehsalçılar, sənət adamları və mütəxəssislər iştirak edirlər. Festival çərçivəsində Mərakeş, Nepal, Türkiyə, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən gələn qonaqlar öz təcrübələrini bölüşəcək, xalça sənətinin beynəlxalq bazara çıxışı, eləcə də əl sənətlərinin qlobal iqtisadi sistemə inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparacaqlar. Belə tədbirlər ölkəmizdə xalça sənayesinin müasir dövrün tələblərinə uyğun inkişafına, beynəlxalq əməkdaşlığın, satış bazarlarının genişləndirilməsinə, bu sahədə kiçik və orta sahibkarlığın inkişafına da mühüm töhfələr verir. Mayın 3-dək davam edəcək festivalın proqramı zəngindir. Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər təşkil olunacaq. Ziyarətçilər festival məkanında təşkil edilmiş ABB meydanında (Qız qalasının yanı) Bankın məhsul və xidmətləri ilə tanış ola, müsabiqədə iştirak edərək ABB-dən hədiyyələr qazana bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

Pandemiyadan zərər çəkmiş sahibkarlara ABB-dən güzəştli kredit

COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına ziyanlı təsirlərinin minimallaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirlərində ABB da yaxından iştirak edir. Bank Sahibkarlığın İnkişafı Fondu ilə birgə sahibkarlara güzəştli kreditlərin verilməsinə başlayıb. İş adamları indi biznes kreditlərini Azərbaycan Beynəlxalq Bankından daha aşağı faizlərlə əldə edə bilərlər. Belə ki, 36 ayadək verilən kreditlərin faizi 7.5%-ə endirilib. Bu kreditlər sahibkarlara subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə verilir. Biznesə dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara sürətli və ənənəvi olmaqla iki növ kredit təklif edilir. Sürətli kreditin məbləği 200 min manata, ənənəvi kreditin məbləği isə 3 milyon manata qədərdir. Dövlət zəmanəti ilə verilən krediti əldə etmək istəyən sahibkar Elektron Kredit Platformasına zəruri məlumatları daxil edərək müvəkkil bankı seçir. Biznes-planına uyğun şəkildə kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Sürətli kredit üçün müraciət etmiş sahibkarın müraciətinə Bankda maksimum 7 iş günü, ənənəvi kredit üzrə müraciətlərə isə 10 iş günü ərzində baxılır. Subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə verilən kreditlərin məqsədinə uyğun olaraq bu kreditlərdən yalnız pandemiyadan ziyan çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar faydalana bilərlər. Bu kreditlərdən istifadə qaydalarının sahibkarlara ətraflı izahı üçün avqustun 7-də, ABB-nin Sahibkarlar Klubunun üzvləri üçün vebinar keçirilib. Vebinarda Bankın və Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri bununla bağlı sahibkarları maraqlandıran məqamlara aydınlıq gətiriblər. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin baş sponsorluğu ilə “Karyera sərgisi”!

ABB-nin baş sponsorluğu ilə ADA Universitetində “Karyera həftəsi”nin yekun tədbiri və “Karyera sərgisi” keçirilib. “Karyera həftəsi” ərzində müxtəlif biznes qurumlarının, o cümlədən ABB-nin təmsilçiləri tələbə və məzunlar üçün təqdimatlar ediblər. Gənclərdə əmək bazarı, bu bazarın mövcud tələbləri barədə təsəvvür yaradılıb. “Karyera həftəsi” zamanı xüsusi prosedurlar əsasında 3 tələbə seçilib. Onlar ABB-nin Təcrübə proqramına cəlb olunub. Həmin gənclər ABB-nin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. “Karyera sərgisi”ndə isə tələbə və məzunlar tərəfdaş qurumların insan resursları üzrə təmsilçiləri ilə ünsiyyətdə olaraq mövcud vakansiyalar haqqında məlumatlar əldə ediblər. Onlara müraciət və işəqəbul prosedurları barədə ətraflı məlumat verilib. ABB-nin Baş direktoru Aynur Süleymanlı “Karyera sərgisi”ndə çıxışı zamanı Bankın istedadlı gənclərə dəstək üçün bir sıra proqramlar həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, ABB müəyyən bilik və bacarıqlara malik, amma iş təcrübəsi olmayan gənclərə də imkanlar yaradır. Onlara təcrübə qazanmaqda dəstək verir. “Bank sektorunun ən yaxşı işəgötürəni olmaq bizim əsas hədəflərimizdən biridir. Bu məqsədlə ABB ölkəmizdəki aparıcı ali məktəblərlə əməkdaşlığı, bu cür karyera tədbirlərinə tərəfdaşlığı da fəaliyyətində xoş bir ənənəyə çevirib” – deyə o vurğulayıb. Aynur Süleymanlı tələbə və məzunları bu cür imkanlardan faydalanmağa çağırıb. Karyera tədbirlərinə verdiyi baş sponsorluq dəstəyinə görə ABB-yə ADA-nın mükafatı təqdim olunub. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Miles-dan 5 qat əlavə mil hədiyyə!

Ödənişlərindən millər toplayıb pulsuz səyahət etmək istəyənlər üçün ABB-də gözəl bir fürsət var. Bankın start verdiyi yeni kampaniya çərçivəsində ABB Miles və ABB Miles Premium kart sahibləri 5 qat mil hədiyyə qazanacaqlar. Belə ki, bu kartlarla toplam, yaxud birdəfəlik 100 AZN-lik, mil hesablanan ödəniş edənlərə 5 qat əlavə mil veriləcək. Bu imkandan yararlanaraq maksimum 3 000 mil qazanmaq mümkündür. Kampaniya iyunun 9-dan iyulun 9-a qədər davam edəcək. ABB Miles və ABB Miles Premium kart sahibləri ABB mobile tətbiqində “Qoşul” düyməsini seçməklə kampaniyaya qoşula bilərlər. ABB Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət imkanlarından istifadə edə bilərlər. ABB Miles kartları müştəriyə nağdsız ödənişlərdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onlardan istədiyi formada istifadə edə bilər. Millərin hesablanması qaydaları və şərtləri ilə https://abbmiles.az/ səhifəsindən tanış olmaq mümkündür. Sifariş edilmiş ABB Miles Premium kartlarını seçimindən asılı olaraq Bank müştərinin ünvanına çatdırır. ABB Miles Premium kart sahibləri Chatbot Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən də yararlana bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!