Hörmətli səhmdar!
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər
tutaraq, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - “ABB” ASC) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 07.05.2026-cı il tarixində Bankın
səhmdarlarının növbəti ümumi yığıncağı (bundan sonra – Ümumi Yığıncaq) keçiriləcəkdir.
Bununla yanaşı bildiririk ki, “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən
səsvermənin qiyabi şəkildə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən
İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:
1. “ABB” ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2025-ci ilin maliyyə hesabatları
və idarəetmə hesabatının təsdiq edilməsi;
2. 2025-ci ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin
ödənilməsi;
3. “ABB” ASC-nin aktivlərin idarə edilməsi üzrə törəmə şirkətinin yaradılması;
4. Xarici bankda iştirak payının (nəzarət səhm paketinin) alınması;
5. “ABB” ASC-nin Müşahidə Şurasının tərkibinə dəyişiklik edilməsi
Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə müvafiq materiallar və
səsvermə bülleteni 15.04.2026-cı il tarixindən hər bir səhmdar üçün Azərbaycan
Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi
kabinetində yerləşdiriləcəkdir (invp.e-mdm.gov.az).
Gündəlikdə olan məsələlərə dair münasibətinizi şəxsi kabinet vasitəsilə 15.04.2026-cı il
tarixindən 06.05.2026-cı il tarixinədək elektron qaydada bildirməklə səsvermədə qiyabi
iştirak edə bilərsiniz.
Yuxarıda qeyd olunan şəkildə elektron qaydada verilmiş səslərin sayılması ümumi
yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin
İdarə Heyəti
