Xəbər

ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!

Noyabrın 25-də “Agile Azərbaycan” Beynəlxalq Sammiti başlanır. “Sabahı formalaşdırmaq: təsir üçün çeviklik, süni intellekt və data!” devizi altında keçiriləcək tədbirdə Azərbaycanın iş dünyasının liderləri, müxtəlif qurumların təmsilçiləri, Agile-a, süni intellektə və data texnologiyalarına maraq göstərən hər kəs bir araya gələcək. Agile metodologiyasını bir neçə ildir ki, uğurla tətbiq edən, eyni zamanda süni intellekt və data texnologiyalarından da geniş şəkildə faydalanan ABB sammitin əsas tərəfdaşıdır. Tədbirin məqsədi Azərbaycandakı müxtəlif qurumları Agile-ın üstünlükləri ilə tanış etmək, ölkəmizdə bu yeni iş mədəniyyətini yaymaq, həmçinin süni intellekt və data texnologiyaları ilə bağlı təcrübələri paylaşmaqdır. Belə bir sammit daha innovativ, çevik və dayanıqlı iş tərzini mənimsəmək üçün imkanlar yaradır. Xarici ölkələrdən dəvət edilmiş mütəxəssislər Agile, süni intellekt və data sahəsində ən son yeniliklər haqqında məlumat verəcək, beynəlxalq təcrübəni bölüşəcəklər. Tədbirdə ABB-nin son illər müvafiq sahələrdə əldə etdiyi təcrübə barədə də ətraflı məlumatlar təqdim olunacaq. Qeyd edək ki, ABB Agile metodologiyasının tətbiqinə 2020-ci ildə Bankın Rəqəmsal Laboratoriyasında başlayıb. Hazırda Bankda 800-dən çox əməkdaşın çalışdığı 23 Agile struktur fəaliyyət göstərir. Bank yeni məhsul və xidmətlərini Agile metodologiyası əsasında yaradaraq inkişaf etdirir. Son illərdə Bank bu metodologiya əsasında 100-dən çox rəqəmsal məhsul təqdim edib, 80-dən çox süni intellekt modelini işə salıb, bununla həm əməliyyat səmərəliliyinə, həm müştəri təcrübəsində əhəmiyyətli irəliləyişlərə nail olub. Hazırda Bankın yeni müştərilərinin 65%-dən çoxu məhz rəqəmsal kanallar vasitəsilə cəlb edilir, bu da rəqəmsal bankçılığa keçidin güclü göstəricisidir. Agile iş tərzinə keçiddən sonra Bank son 3 ildə məhsulun bazara çıxma müddətini 147 gündən 59 günə endirib. ABB-də müştəri məmnuniyyəti göstəricisi (NPS) 76.9-a, işçi məmnunluğu səviyyəsi 84.2-ə yüksəlib. Son 3 ildə ABB süni intellekt və data texnologiyaları istiqamətində də ciddi irəliləyişlərə nail olaraq 160-dan çox generativ və prediktiv modeli tətbiq edib, bu modellər Bank üçün 30 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaradıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-dən şagirdlər üçün Yay Riyaziyyat Düşərgəsi!

ABB-nin ABB Tech Akademiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlıq dəstəyi ilə 8-ci sinfi bitirmiş şagirdlər üçün Qubada 5 günlük Yay Riyaziyyat Düşərgəsi təşkil edib. Düşərgədə iştirak üçün müraciət etmiş 500-dən artıq şagird arasından onlayn test və müsahibə əsasında 17 şagird seçilib. 5 gün ərzində onlar müəllim və mentorların rəhbərliyi ilə riyaziyyat üzrə bilik və bacarıqlarını artırıblar. Düşərgə müddətində riyazi dərslərdən əlavə, şagirdlər müxtəlif interaktiv oyunlara cəlb olunublar. Yay Riyaziyyat Düşərgəsinin sonunda şagirdlər arasında imtahan keçirilib. Onların bilik və bacarıqları dəyərləndirilib. Nəticələrə əsasən, 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri seçilərək mükafatlandırılıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB mobile-da CONTACT-la təcili pulköçürmə

İmkanları getdikcə daha da genişlənən ABB mobile tətbiqində növbəti xidmət təqdim olunub. İndi istifadəçilər ABB mobile-da CONTACT təcili pulköçürmə xidmətindən də faydalana bilərlər. Banka gəlmədən cəmi bir neçə toxunuşla başqa ölkələrə pul köçürmək, yaxud göndərilmiş vəsaitləri almaq olar. Bu imkandan istifadə çox sadə və rahatdır. Üstəlik, ilk 3 ay ərzində köçürmə komissiyası tutulmur. Xidmətin digər özəllikləri: -Köçürmə limiti: günlük 1000 USD, aylıq 10.000 USD -Vəsait qəbulu limiti: günlük 15.000 AZN, aylıq 50.000 AZN -Əməliyyat tamamlanarkən istifadəçiyə həm tətbiq bildirişi, həm SMS vasitəsilə köçürmə kodu təqdim olunur. -Vəsaitin qəbulu zamanı hər hansı texniki problem yaranarsa, vəsait avtomatik geri qaytarılır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB və AZAL-dan təyyarə biletlərində sərfəli təklif

ABB AZAL-la birgə səyahətsevərlər üçün maraqlı yenilik təqdim edib. AZAL-ın təyyarə biletlərini indi TamKartla alıb ödənişi hissə-hissə həyata keçirmək olar. Bu imkan yalnız AZAL-ın rəsmi internet səhifəsindən və mobil tətbiqindən elektron qaydada alınmış biletlərə aiddir. Müştəri istəyindən asılı olaraq ödənişi TamKartla 3 ayadək faizsiz taksitlə ödəyə bilər. Bu fürsətdən AZAL-ın bütün istiqamətlər üzrə təşkil etdiyi uçuşlarda faydalanmaq mümkündür. Bunun üçün müştəri AZAL-ın internet səhifəsində və ya tətbiqində bileti seçib ödəniş mərhələsinə keçməli, ödəniş üsulu kimi TamKartı seçməlidir. TamKartı buradan, AZAL-ın təyyarə biletlərini isə buradan onlayn əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-dən gənclər üçün “FaydaMania” ilə qazanc fürsəti!

Bütün müştəri seqmentlərinin universal bankı olan ABB gənc müştəriləri üçün də qazandıran imkan yaradıb. Bank “FaydaMania” loyallıq proqramını gənclərin istifadəsinə verib. ABB mobile tətbiqinin 18-29 yaş aralığında olan istifadəçiləri tətbiqdə “FaydaMania” funksionallığını aktivləşdirərək lazımi hədəflərə çatıb müxtəlif mükafatlar qazana bilərlər. Mükafatlara ayrı-ayrı kateqoriyalar üzrə artırılmış keşbek məbləğləri, promokodlar, kinoya, başqa əyləncəli tədbirlərə biletlər və digər hədiyyələr daxildir. Bu imkandan yararlanmaq üçün 3 sadə addım kifayətdir: ABB mobile tətbiqinin "Sənə özəl" bölməsindən “FaydaMania” funksionallığını aktivləşdirmək; "Bütün təkliflərin" bölməsinə keçərək hədəflərlə tanış olmaq; lazımi dövriyyə hədəfinə çatandan sonra qazanılmış mükafatı qəbul etmək. Gənc müştəri eyni anda aktiv olan bütün hədəflərə çata bilər. ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

"ABB" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib

23 iyun 2021-ci il tarixində ABB-nin Bakı şəhəri, Nizami küçəsi - 67 ünvanında yerləşən Baş ofisində “ABB” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Pandemiya şəraitində səhmdarların sağlamlığının qorunması məqsədilə səsvermə qiyabi olub. Toplantıda “ABB” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2020-ci il üzrə maliyyə hesabatı təsdiqlənib. Bankın yeni inkişaf strategiyasının icrası nəticəsində son illərdə kapital mövqeyi, maliyyə dayanıqlılığı və mənfəətliliyi təmin edilib. 2020-ci ilin maliyyə nəticələrinə əsasən, bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə baxılıb və ötən ilin mənfəətindən 127 milyon manat dividendin ödənilməsinə qərar verilib. Eyni zamanda Abbas Məmmədəli oğlu İbrahimov növbəti 3 il müddətinə yenidən “ABB” ASC-nin İdarə Heyətinin sədri təyin edilib. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən ədliyyə işçilərinə sərfəli kredit təklifi!

ABB 22 Noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Gününə özəl olaraq yeni kredit kampaniyası elan edib. Kampaniya çərçivəsində ədliyyə işçiləri 3 dekabr tarixinədək nağd pul kreditini ABB-dən sərfəli şərtlərlə əldə edə bilərlər. Kreditin şərtləri: Məbləğ - 35 000 manatadək Müddət - 60 ayadək Komissiya - 0% Sığorta haqqı - 0% İllik faiz dərəcəsi – 12,9%-dən başlayaraq Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın istənilən filialına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. Krediti Banka gəlmədən ABB mobile tətbiqindən, yaxud Bankın saytından onlayn şəkildə də sifariş verib əldə etmək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!