Bakı Metropolitenindən istifadə üçün ödənişi ABB-nin Tam Digicard ilə Google Pay və ya Apple Pay vasitəsilə icra edin, 5-ci gediş məbləğinin 100 %-ni keşbek olaraq qazanın!
Kampaniyanın şərtləri:
- Əməliyyatlar yalnız Tam DigiCard ilə icra edilməlidir. İstənilən valyutalı Tam DigiCard ola bilər.
- Əməliyyatlar yalnız Google Pay və ya Apple Pay ilə icra edilməlidir. Əks halda hesablamalar aparılmayacaq.
- Müştəri hər 5-ci əməliyyatına 100% keşbek əldə edəcək. Yəni müştəri 5-ci, 10-cu, 15-ci, 20-ci, 25-ci, 30-cu əməliyyatlarda həmin əməliyyatın məbləği olan 0.60 AZN-ı keşbek olaraq qazanacaq. Qeyd olunan əməliyyatlardan başqa digər əməliyyatlara keşbek hesablanmayacaq.
- Müştəri kampaniya müddətində 30-cu əməliyyatdan sonra edəcəyi əməliyyatlar üzrə keşbek qazanmayacaq.
- Bir müştəri kampaniyadan bütün Tam DigiCard-ları ilə 6 dəfə keşbek qazana bilər. Yəni müştəri kampaniyadan fərqli valyutalarda olan Tam DigiCard-larla əməliyyatlar etsə də, ümumi olaraq hesablanacaq.
- Müştərinin ABB mobile-ı olmalıdır ki, ona keşbek hesablansın.
- Müştəri balansında vəsait olmadan əməliyyatı icra edərsə, hesablanma icra olunmayacaq. Hesablanmanın icra olunması məbləğin müştərinin kartından çıxılmasından sonra baş tutacaq. Yəni müştəridən metro gedişi üzrə pul çıxılmazsa, əməliyyatlar sayılmayacaq və həmçinin də müvafiq əməliyyatda keşbek hesablanmayacaq.
- Kampaniya yalnız Bakı Metropoliteni stansiyalarındakı ödənişlər üçün nəzərdə tutulub.
- Kampaniya 14 noyabr (15:00-dan) – 10 dekabr 2025-ci il tarixlərini əhatə edəcək.
Qeyd: Hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür.
Tam DigiCard-ınız yoxdursa, indi sifariş edin – üstünlüklərdən siz də faydalanın!
