Xəbər

ABB FICOSiron® proqramının tətbiqini başa çatdırdı

ABB çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində daha bir qabaqcıl yeniliyə imza atıb. Bank bu sahədə kompleks yanaşma imkanı verən FICOSiron® proqram təminatının tətbiqini başa çatdırıb. Bu proqram bir neçə modulu özündə birləşdirir və nəzarət orqanlarının, müxbir bankların tələblərinə tam uyğundur. Sistemə uğurla inteqrasiya nəticəsində müştəri hesablarının monitorinqi, köçürmələrin və ödənişlərin yoxlanılması, habelə müştəri risklərinin qiymətləndirilməsi proseslərinin real vaxt rejimində həyata keçirilməsi maksimum avtomatlaşdırılıb. Əməliyyatları həyata keçirən bank əməkdaşları qərarların real vaxt rejimində qəbulu üçün sistemin komponentlərinə çıxış imkanlarına malikdirlər. Belə bir sistemin köməyi ilə əvvəllər aparılmış əməliyyatları da təhlil etmək mümkündür. FICO bazasında həllər sayəsində komplayns riskləri minimallaşdırılır və inzibatçının bu sahə üzrə normativ tələbləri tam yerinə yetirilir. Komplayns proseslərinin avtomatlaşdırılması layihəsinə ABB hələ 2019-cu ildən start verib. Bankda Siron® həllərinin tətbiqi FICO-nun partnyoru olan RDTEX şirkətinin dəstəyi ilə yerinə yetirilib. ABB-nin Baş direktoru Fuad İslamov bildirib: “Maliyyə cinayətlərinə qarşı mübarizə geniş xarici müxbir şəbəkəsinə malik aparıcı bank kimi ABB üçün çox önəmlidir. FICO Siron® proqram təminatının tətbiqi banka bununla bağlı daxili və beynəlxalq qanunvericiliyin tələblərinə yüksək səviyyədə riayət etməyə, riskləri minimallaşdırmağa, bu sahədə xərcləri optimallaşdırmağa kömək göstərəcək. Bununla ABB-nin rəqabət mövqeyi daha da güclənmiş olacaq. Bankımız üçün belə effektiv həlləri təmin edən tərəfdaşlarımız FICO TONBELLER və RDTEX şirkətlərinə təşəkkürümüzü bildiririk”. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB ABA-nın 6 mükafatını qazandı!

ABB 2024-cü ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının 6 mükafatına layiq görülüb. Bank bu nominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb: “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”, “Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”. Xatırladaq ki, bankların rəqəmsal inkişaf səviyyəsinin müəyyənləşdirilməsi sahəsində dünyanın ən böyük araşdırması olan "Deloitte Digital Banking Maturity 2024" (DBM-2024) hesabatının nəticələrinə görə, ABB ötən il müxtəlif meyarlar əsasında ölkə üzrə lider mövqedə qərarlaşıb. ABB ötən il COP29 tədbirinin əsas bank tərəfdaşı olub. COP29-un “Yaşıl zonası”ndakı pavilyonunda dayanıqlılıq mövzusunda çoxsaylı tədbirlər keçirib. Bank həmçinin ötən il beynəlxalq standartlara uyğun hazırlanmış Dayanıqlı İnkişaf Hesabatını təqdim edib. ABB 2024-cü ildə real sektora dəstəyini daha da gücləndirib. O cümlədən kiçik və orta sahibkarlara yeni fürsətlər yaradıb. Kiçik sahibkarlar üçün nəzərdə tutulmuş və onlara geniş imkanlar yaradan ABB Biz tətbiqini bazara təqdim edib. Həmçinin rəqəmsal ödənişlər sahəsində innovativ layihələrini davam etdirərək “ABB – AZAL Miles” kartı kimi məhsullarını müştərilərin istifadəsinə verib. ABB korporativ sosial məsuliyyət proqramı çərçivəsində idmana, ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək layihələrini də il ərzində uğurla davam etdirib. Əhalinin maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici layihələr reallaşdırıb, o cümlədən ABB səhmlərinin kütləvi emissiyası kampaniyasını uğurla həyata keçirib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

“İlin bankı” ABB oldu!

Qlobal maliyyə dünyasının ən nüfuzlu nəşrlərindən olan “The Banker” jurnalı 2025-ci ilin nəticələrinə görə "İlin bankı” mükafatının qaliblərini elan edib. Azərbaycan üzrə “İlin bankı” mükafatını ABB qazanıb. Londonda keçirilən təntənəli mərasimdə mükafat ABB-yə təqdim olunub. “The Banker” jurnalı 2021-ci ildən bəri ardıcıl olaraq 5 ildir ki, Azərbaycan üzrə “İlin bankı” məhz ABB-ni seçir. Bank bu mükafatı ümumi fəaliyyət göstəricilərinə, eləcə də əməliyyatlarının effektivliyinə, aktivlərinin keyfiyyətinə, dayanıqlı maliyyə mövqeyinə, risk menecmenti standartlarına, likvidliyinə, rəqəmsal bankçılıqdan yüksək istifadə səviyyəsinə görə qazanıb. 2025-cü il üzrə “İlin bankı” mükafatına layiq görülmüş banklar sırasında Commerzbank, HSBC, OTP Bank, UniCredit Bank, HSBC, VakıfBank və başqa nüfuzlu banklar da yer alıb. Daha ətraflı məlumatlarla buradan tanış olmaq mümkündür. “The Financial Times” qəzetinə aid olan “The Banker” jurnalı 1926-cı ildən nəşr edilir. Jurnalın 2000-ci ildən təqdim etməyə başladığı “İlin bankı” mükafatı bankçılıqda mükəmməllik standartına çevrilib. Bu mükafatı beynəxalq nüfuzuna görə “Bankçılıq sektorunun Oskarı” kimi də qəbul edirlər. “İlin bankı” mükafatı hər il dünyanın 120-dən çox ölkəsini əhatə edir. Seçim regional və sektor ekspertlərinin, eləcə də redaktorlar heyətinin birgə qərarı ilə aparılır. Mükafatın təqdimatı tədbirində hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı bankların rəhbər şəxsləri iştirak edir. Bu baxımdan, “The Banker” jurnalının “İlin bankı” mükafatının təqdimatı tədbiri qlobal səviyyədə maliyyə sektorunun ən böyük toplantılarındandır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Fitch Agentliyi ABB-nin proqnozunu Stabildən Pozitivə qaldırdı

Fitch Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın reytinq proqnozunu Stabildən Pozitivə dəyişib. ABB-nin Dayanıqlılıq reytinqi və Emitentin uzunmüddətli defolt reytinqi “BB-” səviyyəsində təsdiqlənib. Agentliyin rəyində qeyd edilir ki, ABB-nin reytinqlərinə Pozitiv proqnozun verilməsi Bankın daxili kredit gücü ilə bağlıdır. Mövcud reytinqləri ABB-nin etibarlı balans strukturunu, sağlam maliyyə göstəricilərini və yerli bazardakı güclü mövqeyini əks etdirir. ABB Azərbaycanın ən böyük bankıdır. 2023-cü ilin birinci yarısında sektordakı aktivlərin 26%-i, ölkədəki ümumi bank kreditlərinin 20%-i ABB-yə aid olub. Balans strukturu ABB aktivlərinin üstün keyfiyyətinə və Bankın dayanıqlı gəlirliliyinə əsas yaradır, еləcə də Bank üçün güclü kapital və likvidlik buferinə çevrilir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Tech Akademiyasında "Karyera Həftəsi" baş tutdu

ABB Tech Akademiyasının təşkilatçılığı ilə Akademiyanın tələbə və məzunları üçün "Karyera Həftəsi" keçirilib. Tədbirdə ABB, Azərikard, Azercell, Azerconnect, Azintelecom, Unibank, Bank of Baku, Rabitəbank, Bank Respublika, Caspian İnnovation Center, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri də iştirak edib. Tədbirin əsas məqsədi ABB Tech Akademiyasının tələbə və məzunlarını ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etmək olub. Tələbə və məzunlar işəgötürənlərin təqdimatlarını dinləyib, şirkətlərdəki aktiv vakansiyalar, təcrübə proqramları barədə ətraflı məlumat əldə ediblər. Stendlərdə qurumların təmsilçilərindən suallarına cavab alıblar. ABB Tech Akademiyası öz məzun və tələbələrinin işlə təmin olunmasına daim dəstək verir. Hazırda Akademiyanın məzunlarının 82%-i ölkəmizdə və xaricdə qabaqcıl şirkətlərdə çalışmaqdadırlar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB 200 000 000 dollarlıq sindikativ kredit cəlb etdi!

ABB xarici maliyyə bazarlarında iştirakını genişləndirən uğurlu bir anlaşma əldə edib. 21 aprel 2025-ci il tarixində Bank Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, Mashreqbank-ın ofisində 200 000 000 ABŞ dolları dəyərində sindikativ kredit müqaviləsi imzalayıb. Sindikativ kredit Masreqbank-ın təşkilatçılığı, Abu-Dabi Kommersiya Bankının agent bank rolu ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan cəlb edilib. Əqdin müddəti gələcəkdə uzadılma imkanı ilə 12 aydır. Bu, ABB-nin uzun illər sonra beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışıdır. İmzalanma tədbirində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Mashreqbank-ın Baş İcraçı direktoru (CEO) Ahmed Abdelaal və hər iki bankın digər rəhbər şəxsləri, eləcə də sindikasiyaya qoşulmuş müvafiq maliyyə institutlarının rəhbər təmsilçiləri iştirak edib. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu anlaşma ölkəmizə, Azərbaycanın bank sektoruna, o cümlədən ABB-yə olan inamın göstəricisidir. Sindikativ kredit ABB-nin strateji inkişaf planına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlü iri layihələrin maliyyələşdirilməsini dəstəkləyəcək. Əlverişli maliyyə şərtləri ilə belə iri məbləğdə vəsaitin cəlbi ABB-nin imkanlarını daha da genişləndirəcək, maliyyə vəsaitləri bizneslər üçün daha da əlçatan olacaq”. ABB-nin bir neçə illik fasilədən sonra xarici maliyyə bazarlarına qayıdışı Bankın biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-də mediatorlar üçün təlim

ABB-nin təşəbbüsü və təşkilatçılığı ilə mediatorlar üçün təlim təşkil olunub. Təlimə Ədliyyə Akademiyası, Mediasiya Şurası və Azərbaycan Banklar Assosiasiyası da dəstək verib. Mövzu “Bankla müştəri arasında yaranan kommersiya mübahisələrinin əsasları” olub. Təlimdə 27 mediator iştirak edib. Təqdimatlarda müştərilərlə bağlanmış müqavilələrdən irəli gələn mübahisələrə diqqət yönəlib. Hesablaşmalar, kart əməliyyatları, İnternet Bankdan istifadə və s. xidmətlərlə bağlı yarana biləcək mübahisələrin spesifikliyi nəzərdən keçirilib. Müxtəlif məqamlara aydınlıq gətirilib. İştirakçıların sualları cavablandırılıb. ABB-nin İdarə Heyəti sədrinin müavini Vasif Əhmədov bildirib ki, Bank cəmiyyətdə maliyyə savadlılığının yüksəldilməsi istiqamətində tədbirləri davam etdirir: “Bu gün bank əməliyyatları həyatımızın bir hissəsinə çevrilib. Əməliyyatlar genişləndikcə, proseslər rəqəmsallaşdıqca müəyyən suallar da artır. Mediasiya prosesləri bu cür sualların cavablandırılması, mümkün mübahisələrin vaxtında və düzgün həlli baxımından çox önəmlidir. Ümid edirik ki, belə təlimlər faydalı olacaq”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdi

ABB-nin “Faydalı keşbek” loyallıq proqramı üzrə 1-15 noyabr tarixləri arasında elan etdiyi kampaniya böyük maraqla qarşılanıb. Bankın kampaniya çərçivəsində təklif etdiyi “Zəfər paketi”ni 54 770 müştəri seçib. Bank onların qazandıqları keşbek məbləği qədər vəsaiti YAŞAT Fonduna ianə edib. Yəni, həm qazandıqları keşbek məbləği müştərilərin kart hesablarında qalıb, həm də ABB öz hesabına bu qədər məbləği YAŞAT Fonduna ianə olaraq köçürüb. İanələr 1 – 15 noyabr tarixləri arasında yığılmış keşbeklər üzrə həyata keçirilib. Bir nəfər üçün maksimum ianə məbləği 10 manat olub. Qeyd edək ki, YAŞAT Fondu 2020-ci ilin dekabrında yaradılıb. Fondun məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstəkdir. YAŞAT Fondu yeni yaradılarkən ABB Fonda ilk ianə göstərən kommersiya qurumlarından olub. Bank YAŞAT Fonduna 1 milyon manat məbləğində ianə edib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!