ABB-AZAL Miles kartı ilə alış-veriş etməyin indi tam vaxtıdır. 31 oktyabr-2 noyabr tarixlərində seçilmiş ödənişlərdən 2 qat mil qazanmaq imkanınız var.
Qeyd edilən tarixlərdə etdiyiniz seçilmiş mil hesablanan əməliyyatlardan 2 qat mil qazana biləcəksiniz. Həm gündəlik xərclərinizdə, həm də xüsusi alış-verişlərdə daha çox mil toplayın və növbəti səyahətinizi daha tez planlaşdırın.
Kimlər iştirak edə bilər? Bütün ABB-AZAL Miles kart sahibləri (Visa və Mastercard növləri daxil olmaqla) kampaniyadan yararlana bilər.
Kampaniya şərtləri:
- ABB-AZAL Miles kartınızla seçilmiş əməliyyatlar üzrə hər hansı POS terminal və ya onlayn (e-commerce) ödənişi edin;
- Həmin əməliyyatlardan qazanacağınız millər 2 qat hesablanacaq;
- Qazanılmış millər dərhal balansınıza əlavə olunacaq və 14 gün gözləmə müddətini tamamladıqdan sonra istifadəyə yararlı olacaq.
- ABB mobile və digər ödəniş tətbiqləri vasitəsilə edilən ödənişlər uyğun kateqoriyada olsa belə kampaniyaya daxil deyil.
- Etdiyiniz əməliyyatlar aşağıdakı MCC-lərdən birində olmalıdır:
o 5300 – Topdansatış mağazaları (üzvlük əsaslı satış şəbəkələri)
o 5311 – Böyük universal mağazalar
o 5411 – Ərzaq mağazaları və supermarketlər
o 5541 – Benzin doldurma məntəqələri
o 5542 – Avtomat yanacaq terminalları
o 5651 – Geyim mağazaları
o 5655 – İdman və atçılıq geyimləri mağazaları
o 5699 – Digər geyim və aksesuar mağazaları
o 5732 – Elektronika mağazaları
o 5735 – Video, musiqi və media mağazaları
o 5812 – Restoranlar və yemək məkanları
o 5813 – Kafelər və içki məkanları
o 5814 – Fast-food restoranları
o 5912 – Apteklər və dərman mağazaları
o 5921 – Spirtli içkilər mağazaları
o 5941 – İdman, kitab və hobbi mağazaları
o 5970 – Bədii və kosmetik məhsullar mağazaları
o 5977 – Kosmetika və gözəllik məhsulları mağazaları
o 5999 – Müxtəlif və xüsusi ticarət mağazaları
o 7298 – Sağlamlıq və spa mərkəzləri
o 7991 – Turistik məkanlar və sərgilər
Vacib: Ödəniş etdiyiniz ticarət subyekti yanlış MCC kod altında fəaliyyət göstərirsə, ikiqat mil hesablanmayacaq və bank hesablanmayan millərə görə məsuliyyət daşımır.
Onlayn sifariş edin - Kartınızı elə indi ABB mobile tətbiqindən, abb-bank.az veb-saytından və ya ABB filiallarından sifariş edə bilərsiniz.
