Xəbər

ABB-də “Yaz fürsəti” yenidən başladı!

ABB Novruz bayramı ərəfəsində yeni fürsətlər yaradır. Bankın bu gündən elan etdiyi kampaniya çərçivəsində müştərilər nağd pul kreditini ABB-dən 14%-dən başlanan faiz dərəcəsi ilə əldə edə bilərlər. Kredit 30 000 manatadək məbləğdə, 60 ayadək verilir. Rəsmiləşdirmə komissiyası sıfırlanıb. Üstəlik, kredit alan müştəriyə minimum 500 manatlıq TamKart kredit kartı hədiyyə edilir. Bundan başqa, kampaniya çərçivəsində TamKartla 100 manat və daha çox ödəniş müştəriyə 10 manat keşbək qazandırır. Kampaniya dövründə müştəri 5 əməliyyata görə maksimum 50 manat keşbək qazana bilər. “Yaz fürsəti” səyahətsevərlərə də aiddir. Belə ki, kampaniya zamanı ABB Miles Premium kartını ilk dəfə alan müştərilərə 30 000 mil qazanmaq imkanı yaradılır. Sadə ABB Miles kartını ilk dəfə alan müştərilərinsə 15 000 mil qazanmaq imkanı olur. Bu imkandan faydalanmaq üçün kart sahibi ABB mobile tətbiqinin “Kampaniyalar” bölməsində bu kampaniyaya qoşulmalıdır. Yeni ABB Miles Premium kartı ilə 30 000 mil qazanmaqdan ötrü 3 ay boyunca aylıq minimum 1500 AZN - mil hesablanan dövriyyə etməlidir. Yeni ABB Miles kartı sahiblərindən isə 15 000 mil qazanmaq üçün 3 ay boyunca minimum 800 AZN mil hesablanan dövriyyə etmək tələb olunur. Onu da qeyd edək ki, 30 000 mil 480 AZN-ə, 15 000 mil 240 AZN-ə bərabərdir. Hər bir kampaniya təklifinin şərtləri və qüvvədə olma müddətləri haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi!

Azərbaycanda artıq altıncı ildir keçirilən “EY İlin İş Adamı” müsabiqəsi başa çatıb. 20 fevralda JW Marriott Absheron otelində təşkil edilmiş təntənəli mərasimdə qalib elan edilib. Müsabiqənin əsas qalibi Princeps Legem şirkətinin rəhbəri Gülbəniz Məmmədova olub. O, Azərbaycanı “Dünya Üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək. Qalib biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 12 iştirakçı arasından seçilib. Bundan başqa, Spektr Group şirkətinin rəhbəri Kamran Salayev “Sənaye lideri”, Upsystems şirkətinin rəhbəri Bəhruz Rüstəmov “İnnovasiyalar”, Regional Hospitalın rəhbəri Elçin Əliyev “Regional inkişaf”, SDA Consulting şirkətinin rəhbəri Səbinə Qazizadə “Qadın sahibkarlığında mükəmməllik” nominasiyası üzrə qalib olub. ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli müsabiqənin qala gecəsindəki çıxışında Bankın artıq altıncı ildir ki, bu müsabiqəyə dəstək verdiyini xatırladıb: “Biznes mühiti hər keçən gün dəyişir, texnologiyalar sahibkarlığın yeni inkişaf mərhələsinə keçidini sürətləndirir. ABB olaraq, sahibkarlarımızın bu yeni dövrdə daha güclü və rəqabətədavamlı olması üçün hər zaman onların yanındayıq. ABB-nin yeni ABB Biz tətbiqi, rəqəmsal maliyyə həlləri və süni intellekt əsaslı xidmətlər sahibkarların daha sürətli qərarlar verməsinə, maliyyə axınlarını daha effektiv idarə etməsinə imkan yaradır”. EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda 60-dan çox ölkədə təşkil olunur və dünyanın ən nüfuzlu işgüzar mükafatlarından sayılır. "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir. ABB ilə yanaşı, bp şirkəti də müsabiqəyə sponsorluq dəstəyi göstərir. Proqramın partnyorları sırasında Ekvita konsaltinq şirkəti, Azpromo (Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi), Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası ) var. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Ən çox bankçılıq mükafatını ABB qazandı!

ABB 2025-ci ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının (ABA) 8 mükafatına layiq görülüb. Bank bu nominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb: “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”, “Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank”. Bu, eyni bankın fərqli nominasiyalar üzrə qazandığı ən çox sayda bankçılıq mükafatıdır.2025-ci ildə ABB rəqəmsal ödənişlər sahəsində mühüm innovativ layihələr həyata keçirib. O cümlədən tətbiq etdiyi süni intellekt modellərinin sayını 176-a çatdırıb. Səsli süni intellekt köməkçilərini bütün müştərilərin istifadəsinə verib. Məhsul və xidmətlərin rəqəmsallaşdırılması sayəsində bank əməliyyatlarının 90%-nin kağızsızlaşdırılmasına nail olub. ABB 2025-ci ildə real sektora dəstəyini daha da gücləndirib. O cümlədən kiçik və orta sahibkarlara yeni fürsətlər yaradıb. Kiçik sahibkarlara geniş imkanlar yaradan ABB Biz tətbiqini yeni funksionallıqlarla daha da inkişaf etdirib. İl ərzində ABB əhalinin maliyyə savadlılığı, xüsusilə kibertəhlükəsizlik sahəsində məlumatlılıq səviyyəsinin artırılması üçün geniş kampaniyalar həyata keçirib. Bank 2025-ci ildə beynəlxalq əlaqələrini də genişləndirib. Beynəlxalq İqtisadi Forum (Davos Forumu) da daxil olmaqla bir çox beynəlxalq qurumlarla tərəfaşlıq əlaqələrini gücləndirib. Getdikcə artan qlobal nüfuzunun göstəricisi kimi, ABB ötən il Masreqbank-ın təşkilatçılığı ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan 200 000 000 dollarlıq sindikatlaşdırılmış kredit cəlb edib. ABB korporativ sosial məsuliyyət proqramı çərçivəsində idmana, ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək layihələrini də il ərzində uğurla davam etdirib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB Miles möhtəşəm yeniliklə gəlir!

İndi yay tətilini təxirə salmamaq üçün çox ciddi bir səbəbiniz də var. ABB müştərilərə artıq ABB Miles debet kartları ilə yanaşı, ABB Miles kredit kartlarını da təklif edir. MasterCard World və MasterCard Black Edition növündən olan ABB Miles kartlarını buradan onlayn sifariş etmək, yaxud Bankın bütün filial və şöbələrindən almaq olar. Kartların müddəti 3 illikdir. ABB Miles kartları müştərilərə hissə-hissə ödəniş imkanı verir. Bu kartlarla müştəriyə 60 günədək güzəşt imkanı yaradılır. ABB Miles kartları Bankla tərəfdaş məkanlarda müştəriyə alış-veriş zamanı daha çox mil qazandırır. Keşbek millər formasında toplanır. Müştəri toplanmış milləri sonra təyyarə biletlərinə və otel rezervasiyalarına dəyişə bilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Miles ilə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər. Millərin hesablanması qaydaları ilə buradan tanış olmaq mümkündür. Manatla olan ABB Miles kartı hesabındakı vəsait qalığına illik 3%-dək əlavə mil verilir. Mil qazancı hər günün sonuna kartda olan vəsaitə hesablanır və ayın sonunda müştərinin hesabına köçürülür. ABB Miles kartlarının bir çox başqa üstünlükləri də var. ABB-nin ATM-lərində ABB Miles kartları ilə nağdlaşdırma zamanı 15.000 manata qədər heç bir komissiya haqqı tutulmur. Kart SMS xəbərdarlıq sisteminə pulsuz qoşulur. Bankın mobil tətbiqində və şəxsi kabinetdə mil balansını yoxlamaq olur. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!