ABB-AZAL Miles kart sahiblərinə xüsusi kampaniya

ABB-AZAL Miles kobrend kart sahibləri üçün xüsusi təklifimiz var.

31 may 2026-cı il tarixinədək millərlə aldığınız aviabileti 10% endirimlə əldə edə bilərsiniz.

11.03.2026 - 31.05.2026

Belə ki, 2 fevral 2026 tarixindən etibarən millərlə aldığınız ilk aviabiletdə 10% endirim əldə edəcəksiniz. Endirim yalnız ABB-AZAL Miles kart sahiblərinə şamil edilir.

Kampaniya şərtləri:

  • Endirim yalnız millərlə alınan aviabiletlərə şamil edilir;
  • Endirim yalnız qeyd olunan tarixlərdə alınan müxtəlif istiqamətlərə birtərəfli 1 bileti əhatə edir;
  • AZAL Miles loyallıq proqramında “Ailə hesabı” olan kart sahibi əgər hesab rəhbəridirsə, özü və ya “Ailə hesabı”na daxil olan 1 nəfər üçün 1 bilet alışını endirimli şərtlərlə edə bilər;
  • AZAL Miles loyallıq proqramının üzvü bir hesabda imtiyazdan yalnız 1 dəfə istifadə edə bilər;
  • AZAL tərəfindən keçirilən digər endirim kampaniyaları zamanı həmin kampaniyanın öz şərtləri tətbiq olunur.

ABB–AZAL Miles kart sahibləri AZAL-ın başqa kampaniyaları çərçivəsində aviabilet alıb-almamasından asılı olmayaraq, bu kampaniya üzrə imtiyazdan yalnız bir dəfə və daha əvvəl istifadə etməyiblərsə, kampaniya başa çatdıqdan sonra da yararlana bilərlər.

İmtiyazdan istifadə qaydası:

  • ABB-AZAL Miles kartına bağlı AZAL Miles loyallıq proqramı hesabınıza daxil olun;
  • AZAL-ın rəsmi onlayn satış kanallarında bilet axtarışı zamanı “Millərlə ödəniş” üsulunu seçərək biletlərin endirimli mil dəyərləri ilə tanış olun;
  • İmtiyazdan istifadə etmək üçün bütün mərhələləri tamamlayıb aviabileti əldə edin;
  •  Bu kampaniya çərçivəsində alınan biletlərə vergi və rüsumlar daxil deyil.

Onlayn sifariş edin

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!