Xəbər

ABB-nin tərəfdaşlığı ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsində yarışacaq sahibkarlar məlum oldu

ABB-nin baş sponsorluğu, bp-nin maliyyə tərəfdaşlığı ilə EY Azərbaycan şirkətinin təşkil etdiyi “EY İlin İş Adamı” müsabiqəsinə müraciətlərin qəbulu artıq başa çatıb. Müsabiqənin milli mərhələsinin qalibi, habelə nominasiyalar üzrə qaliblər 13 fevral 2026-cı tarixində təşkil olunacaq qala tədbirində elan olunacaqlar. Bu müsabiqə Azərbaycanda 7 ildir keçirilir və ABB 7-ci ildir ki, ardıcıl olaraq bu müsabiqəyə dəstək verir. “EY İlin İş Adamı” müsabiqəsi yenilikçi düşüncə tərzi, uğur qazanmaq iradəsi və cəmiyyətə müsbət təsir göstərmək məqsədi ilə fəaliyyət göstərən sahibkarları bir araya gətirən nüfuzlu, unikal proqramdır. Ötən 7 ildə bu müsabiqə Azərbaycanda 70-dən çox sahibkarı birləşdirən geniş icmaya çevrilib. Bu il “EY İlin İş Adamı” adı uğrunda alternativ enerji, reklam, elektrik avadanlıqlarının istehsalı, maliyyə, turizm, kənd təsərrüfatı, təhsil, İT, rəqəmsal marketinq və digər sahələri təmsil edən iştirakçılar yarışacaqlar. İştirakçıların adlarını təqdim edirik: Bəxtiyar Hüseynov (“Eel Electric” elektrik avadanlıqları istehsalçısı); Ceyhun İmanov (“Jeykhun Imanov Studio” rəqəmsal marketinq, brendinq və dizayn agentliyi); Elqar Bağırov (“Times Consulting” reklam agentliyi) Elmira İsmayılova (“Best Place Restaurant & Jazz Club”, ictimai iaşə və əyləncə xidmətləri); Elşad Abbasov (“Embafinans”, bank olmayan kredit təşkilatı); Fəhri Məmmədli (“Fahri Travel” səyahət agentliyi); Günay Mustafayeva (“MedLife Hospital” tibb müəssisəsi); İlyas Əhmədov və Mehri Əhmədova (“We grow” mavigilə istehsalçısı); Könül Quliyeva (“Safavy” onlayn təhsil platforması); Orxan Məmmədov (“Green Life Engineering” alternativ enerji həlləri); Murad Həsənov (“Clopos” İT həlləri təminatçısı); Müşfiq Hüseynov (“AZSAFFRON” zəfəran və zəfəran tərkibli məhsul istehsalçısı); Novruz İsmayılov (“Manqal kömürü № 1” fındıq qabığı əsaslı kömür istehsalçısı); Rəşad Abbasov (“Neutron” Radiasiya təhlükəsizliyi/konsaltinq); Rüfət Babakişiyev (“Crocusoft”, proqram təminatı, mobil tətbiqlər və İT həllər təminatçısı); Samir Kərimov (“APAR” velosiped kirayəsi xidməti); Seymur Allahverdiyev (“Amazon Travel”, turizm agentliyi); Ülvi Aslanov (“Code Academy” təhsil müəssisəsi); Vüqar Babayev (“Lider Development” CRM/ERP həlləri təminatçısı/yaşayış binalarını idarəetmə platforması). Müsabiqənin qalibi müstəqil münsiflər heyəti tərəfindən sahibkarlıq ruhu, məqsəd, təsir və inkişaf meyarları əsasında qiymətləndirilərək müəyyən ediləcək. Münsiflər heyəti işgüzar aləmin tanınmış və nüfuzlu nümayəndələrindən ibarətdir: Aliyə Əzimova – Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəriƏfqan İsayev – SOCAR-ın vitse-prezidentiMir Camal Paşayev – “Paşa Holding”in Direktorlar Şurasının sədr müaviniQustaf Nobel – "Conversus" şirkətinin Baş icraçı direktoruTeybə Quliyeva – "Societe Generale” Korporativ və İnvestisiya Bankının regional nümayəndəsi Proqramın tərəfdaşları sırasında APFM, “Finansist” jurnalı, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və EKVITA da var. Milli mərhələnin qalibi may ayında Monakoda keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində ölkəmizi təmsil etmək hüququnu qazanacaq. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB-dən sahibkarlar üçün fürsətlər

ABB kiçik və orta sahibkarlar üçün eyni vaxtda bir neçə fürsət yaradıb. 30 sentyabr tarixinə qədər Bankda hesab açmış fərdi sahibkar və hüquqi şəxslər ölkədaxili köçürmələri hesab açılandan sonra 3 ay müddətində komissiya haqqı ödəmədən aparacaqlar. POS terminal əməliyyatlarında isə 3 ay 50%-dək endirim olacaq. Bu müddətdə ABB-də hesab açmış fərdi sahibkar və hüquqi şəxslər işçi sayına uyğun əməkhaqqı kartlarını Bankdan pulsuz alacaqlar. Bundan başqa, yeni hesab açmış sahibkarlar 30 sentyabra qədər Bankdan aldıqları biznes kreditlərinə görə heç bir xidmət haqqı ödəməyəcəklər. ABB-nin POS terminallarının quraşdırılması və xidmətə qoşulması üçün də onlardan xidmət haqqı tələb olunmayacaq. Bu fürsətdən hər bir kiçik və orta sahibkarlıq subyekti faydalana bilər. Qeyd edək ki, korporativ müştərilər ABB-də hesabları indi filiallara gəlmədən məsafədən də aça bilərlər. Məsafədən bank hesabının açılması bu portal üzərindən həyata keçirilir. Elektron ticarətini inkişaf etdirmək istəyən sahibkarlar isə ABB Link xidmətindən istifadə edərək maksimum 2 gün müddətinə Bankın virtual POS terminalını əldə edə bilərlər. Müasir dövlət bankı olan ABB-nin sahibkarlar üçün onlayn bank xidmətləri barədə məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar. Sifariş et

Xəbər

Daha 84 gənc ABB Tech Akademiyasından məzun oldu

ABB-nin ABB Tech Akademiyasının növbəti buraxılışı olub. İkinci proqram üzrə Akademiyaya qəbul olunmuş tələbələr tam tədris kursunu uğurla başa vuraraq sertifikatlar əldə ediblər. Bu münasibətlə təşkil edilmiş “Məzun günü” mərasimi karantin səbəbindən onlayn formatda keçirilib. ABB Tech Akademiyasının ikinci proqramında ABB-nin dəstəyi ilə bu dəfə 84 tələbə təhsil alıb. Onlardan 41 nəfəri Mobil development, 43 nəfəri isə Backend üzrə intensiv kurs keçib. Yanvarda elan edilmiş proqram üzrə dərslər karantin dövrünə təsadüf etdiyindən bütün təlimlər distant qaydada aparılıb. Proqram 6 ay davam edib. Məzunların 52 nəfəri Akademiyanı fərqlənmə ilə bitirib. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov mərasimdəki çıxışı zamanı pandemiyanın ABB Tech Akademiyasında dərslərə mane olmadığını, innovativ həllər hesabına tədris prosesinin məsafədən tam şəkildə həyata keçirildiyini bildirib. O, ötən buraxılışda bu təhsil müəssisəsindən 90 nəfər gəncin məzun olduğunu xatırladıb. Onların böyük əksəriyyətinin ABB-də işlə təmin edildiyini, digər bir qisminin isə başqa qurumlarda karyera həyatına başladıqlarını diqqətə çatdırıb: “İnnovativ inkişaf layihələri genişləndikcə informasiya texnologiyaları mütəxəssislərinə tələbat daha da artacaq. Biz ABB Tech Akademiyasını bu tələbatı nəzərə alaraq yaratdıq. Ölkəmizin biznes sferasında bir ilk olan bu təşəbbüsümüzün uğuru bizi innovasiyalar sahəsində yeni layihələrə ruhlandırdı. Hazırda IBA İnnovasiya Mərkəzimiz fəaliyyətdədir və FinTech üzrə 12 startap layihəsi bu Mərkəzdə inkubasiya mərhələsindədir. Mərkəzin ilk rezidentləri sırasında Akademiyamızın ilk məzunlarından təşkil edilmiş komandalar da var. Ölkəmizdə innovasiyalar ekosisteminin inkişafına kompleks dəstək layihələrimiz isə bundan sonra da davam etdiriləcək”. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Ev almaq istəyənlər üçün sərfəli kredit imkanı

Müştərilər üçün fərqli üstünlüklər yaradan ABB daha bir sərfəli məhsulu bazara təqdim edib. Ölkəmizdə bir ilk olan bu məhsul “Əmanətli ipoteka krediti” adlanır. Bu məhsul həm müştərilərin ölkənin etibarlı bankında sərfəli şərtlərlə yığım əmanəti yerləşdirməsinə və ipoteka kreditinin ilkin ödənişini toplamasına şərait yaradır, həm də güzəştli şərtlərlə mənzil almaq ehtiyacını təmin edir. Müştəri ABB-də “Əmanətli ipoteka krediti” hesabı açaraq ora hər ay müəyyən məbləğdə vəsait yerləşdirir. Hesaba mədaxil edilən aylıq yığım məbləği minimum 300 manat olmalıdır. Hesabda toplanmış vəsaitlərə əmanət şərtlərinə uyğun illik faizlər hesablanır. Əmanət müqaviləsi müştərinin istəyindən asılı olaraq 12, 24 və 36 ay müddətinə bağlanır. Müştəri bu müddətdə vəsaitlərini etibarlı bankda qoruyub eyni zamanda əmanət müddətinin sonunadək yığım məbləğini ödəmək imkanı ilə faiz gəlirləri əldə edir. Əmanət müddəti başa çatdıqdan sonra isə yığılmış əmanətlə istədiyi mənzilin dəyərinin bir hissəsini ilkin ödəniş qismində ödəmək imkanına malik olur. Üstəlik, ipoteka kreditini almaq üçün güzəştli şərtlərdən faydalanmaq imkanı da qazanır. Belə ki, bu məhsuldan faydalanan müştəri ipoteka kreditini 10%-dən başlayan ilkin ödənişlə və endirimli illik faiz dərəcəsi ilə (9%-dən başlayaraq) əldə edir. İpoteka kreditinin maksimum məbləği 300.000 manatdır. Kreditin rəsmiləşdirilməsi zamanı komissiya haqqı tutulmur. “Əmanətli ipoteka krediti”ndən əmək haqqı alan və aylıq yığım imkanına malik olan hər kəs faydalana bilər. Məhsul haqqında daha ətraflı məlumatı buradan əldə etmək və kalkulyator vasitəsilə hesablama aparmaq olar. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

“Global Finance” ABB İnnovasiya Mərkəzini ən yaxşılardan biri seçdi!

“Global Finance” jurnalı maliyyə innovasiyaları sahəsində ən yaxşı mərkəzlərlə bağlı seçimlərini elan edib. “Best Financial Innovation Labs” nominasiyasının qalibləri sırasında ABB-nin yaratdığı ABB İnnovasiya Mərkəzi də var. “Global Finance” maliyyə innovasiyaları sahəsindəki mərkəzlərlə bağlı belə bir hesabatı artıq dördüncü ildir ki, hazırlayır. Seçim prosesi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bankların, universitetlərin, dövlət və qeyri-hökumət qurumlarının və s. innovasiya mərkəzləri arasında aparılır və müxtəlif kateqoriyaları əhatə edir. Bura nağd vəsaitlərin idarə olunması, korporativ maliyyə, islam bankçılığı, ödənişlər, ticarətin maliyyələşdirilməsi və digər istiqamətlər aiddir. Belə bir hesabatın məqsədi FinTech sistemlərinin inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu sahədə yeni tendensiyalar, müasir trendlərlə bağlı mötəbər bir istinad mənbəyi yaratmaqdır. Builki qaliblər sırasında ABB İnnovasiya Mərkəzi ilə yanaşı, Commerzbank, Deutsche Bank, Deloitte, Barclays və digər aparıcı qurumların analoji mərkəzləri də var. Ayrı-ayrı regionlardan müxtəlif nominasiyalar üzrə qalib olmuş mərkəzlərin tam siyahısı ilə buradan tanış olmaq mümkündür. Xatırladaq ki, ABB İnnovasiya Mərkəzi ötən ilin iyunundan fəaliyyətə başlayıb. Belə bir mərkəzin formalaşdırılmasında məqsəd Azərbaycanda innovasiya ekosisteminin inkişafına kömək göstərmək, bütün maraqlı tərəfləri bu mühitdə bir araya gətirməkdir. Mərkəz müxtəlif stratap layihələrinə inkubasiya və akselerasiya mərhələlərində kömək göstərir. Açıq innovasiya ekosisteminə dəstək proqramları həyata keçirir. Eləcə də bankdaxili korporativ innovasiyaların təşviqinə dəstək verir. Artıq 12 startap layihəsi Mərkəzdə inkubasiya dövrünü uğurla başa vuraraq investorlara təqdim edilib. Mərkəzin fəaliyyəti haqqında daha ətraflı: https://ibainnovation.az/az ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

AmEx ödəniş kartı əldə etmək üçün əla fürsət!

“American Express” beynəlxalq kart təşkilatının Azərbaycandakı yeganə tərəfdaşı olan ABB AmEx kartlarından istifadənin müştərilərə daha sərfəli olması üçün yeni kampaniyaya başlayıb. 30 dekabr tarixinə qədər davam edəcək kampaniya müddətində müştərilər AmEx kartı hesabına 100 manat, yaxud kartın valyutasından asılı olaraq 100 ABŞ dolları məbləğində vəsait mədaxil etdikdə 3 illik AmEx Green, 300 manat (yaxud 300 ABŞ dolları) vəsait mədaxil etdikdə isə 3 illik AmEx Gold kartı hədiyyə qazanacaqlar. Qeyd edək ki, hazırda Azərbaycan Beynəlxalq Bankı ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bank öz müştərilərinə "VISA", "MasterCard", "American Express" və Union Pay beynəlxalq ödəniş sistemlərinin müxtəlif kart çeşidlərini təklif edir. Xarici tərəfdaşları ilə birgə həyata keçirilən innovativ layihələri ilə ölkəmizdə ödəniş infrastrukturunun inkişafına töhfə verir. Azərbaycan Beynəlxalq Bankı müştərilərə "American Express" ödəniş kartlarını təklif edən ilk və yeganə Azərbaycan bankıdır. Azərbaycan Beynəlxalq Bankı həm də ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır. Hazırda Bankın Azərbaycanın müxtəlif regionlarını əhatə edən 850-ə yaxın ATM-i, ticarət və xidmət müəssisələrində isə 13 mindən çox POS terminalı var. Bank öz kart sahiblərinə müxtəlif ticarət və xidmət məkanlarında nağdsız ödənişlər zamanı kəşbək imkanları yaradır. Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məsafədən xidmət imkanları barədə məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!

ABB Mastercard beynəlxalq ödəniş sistemi ilə birlikdə möhtəşəm hədiyyə kampaniyasına start verib. 7 dekabrdan 10 yanvara qədər Bankın Mastercard kartları ilə minimal 10 manat olmaqla ən çox “NFC Token” (Apple Pay, Google Pay, ABB mobile, Garmin Pay) təmassız ödənişləri etmiş müştərilər qiymətli hədiyyələr qazanacaqlar. Kampaniyanın hədiyyələri bunlardır: İlk 3 yer: iPhone 13 4 – 8-ci yerlər: Apple Watch Series 7 9 – 15-ci yerlər: Samsung Watch Active 2 16 – 30-cu yerlər: Samsung Galaxy Buds Pro 31 – 50-ci yerlər: Xiaomi Mi Band Bu imkan ABB-nin bütün Mastercard sahiblərinə aiddir. Kampaniyadan faydalanmaq üçün https://gift.abb-bank.az/ saytında mobil nömrə və FİN-lə qeydiyyatdan keçmək lazımdır. Bir ticarət obyekti üzrə gün ərzində maksimal ilk 3 uğurlu əməliyyat nəzərə alınır. Eyni iştirakçı bir dəfə qalib ola bilər. Kampaniya ərzində ABB-nin Mastercard kartları ilə aparılan əməliyyatların sayı cəmlənəcək və qaliblərin seçimi zamanı müştərilərin əməliyyat sayı eyni olduqda ən çox dövriyyə etmiş müştərinin nəticəsinə üstünlük veriləcək. Kampaniya şərtləri ləğv edilmiş əməliyyatlara və biznes kartları ilə aparılan ödənişlərə aid edilmir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!