Vətəndaşlar üçün yeni investisiya və gəlir imkanları yaradan ABB istiqrazlarına abunə yazılışının 4-cü mərhələsi uğurla başa çatıb. Ümumi həcmi 5 milyon manat olan, illik 10% gəlirlilik təklif edən 2 illik istiqraz buraxılışı investorlar tərəfindən böyük maraqla qarşılanıb. Buraxılış üzrə daxil olan sifarişlərin ümumi həcmi 14 947 000 manat təşkil edib ki, bu da təklif olunan emissiya həcmindən təxminən 3 dəfə çoxdur.
Abunə yazılışında ümumilikdə 573 investor iştirak edib və 866 sifariş təqdim olunub. Onlardan 862-si icra edilib, nəticədə 569 investorun sifarişi təmin olunub.
Nominal dəyəri 100 manat olan istiqrazlar hər buraxılış üzrə 50 min ədəd həcmində emissiya edilib. İstiqrazlar adlı, faizli, təmin edilməmiş və sənədsiz formada buraxılıb. İnvestorlara faiz ödənişləri hər ay həyata keçiriləcək. Fiziki şəxslər üçün istiqrazlardan əldə olunan faiz gəlirləri vergidən azaddır.
ABB istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif (abunə yazılışı) üsulu ilə həyata keçirilib. Eyni zamanda, istiqrazların təkrar bazarda alqı-satqısı üçün də imkan yaradılıb.
ABB istiqrazları investorlara etibarlı və sabit gəlir əldə etmək imkanı təqdim etməklə yanaşı, ölkənin kapital bazarının inkişafına da mühüm töhfə verir.
ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyalarının cədvəli ilə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan olunduqca dəqiq tarixlər də həmin səhifədə paylaşılacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri haqqında ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, eləcə də Bankın rəsmi sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.
