5000 AZN-dək məhsulu indi alın, faizsiz olaraq sonra ödəyin!

ABB-nin “İndi al, sonra ödə” xidməti alış-verişləri daha əlçatan edir

30 May, 2026

ABB-nin müştərilərə təqdim etdiyi “İndi al, sonra ödə” xidməti alış-veriş zamanı məhsulu dərhal əldə etməyə, ödənişi isə hissəli şəkildə daha sonra həyata keçirməyə imkan yaradır.

 Xidmət ABB-nin “İndi al, sonra ödə” üzrə partnyoru olan mağazalarda istifadə oluna bilər.
“İndi al, sonra ödə” ilə müştərilər elektronika, məişət texnikası, mebel, geyim, idman, səyahət paketləri, avtomobil xidmətləri və digər məhsulları partnyor mağazalarda yerindəcə rəsmiləşdirib əldə edə bilirlər. Alış zamanı müştəri mağaza əməkdaşına “İndi al, sonra ödə” ilə almaq istədiyini bildirir. Satıcı müştərini ABB mobile tətbiqinə yönləndirir. Müştəri tələb olunan məlumatları daxil etdikdən sonra müraciət prosesi tamamlanır.

Xidmətin əsas üstünlüklərindən biri ödəniş planının müştərinin seçiminə uyğun formalaşdırılmasıdır. Müştərilər məbləği banka geri ödəmək üçün 2 həftəlik və ya aylıq ödəniş planı seçə və alış-verişlərini hissəli şəkildə ödəyə bilərlər. Beləliklə, müştəri istədiyi məhsulu indi alır, ödənişini isə aylara bölərək daha sonra həyata keçirir.


•    “4 dəfəyə ödə” seçimi edilən zaman 8 həftə ərzində hər 14 gündən bir ödəniş edilməlidir.
•    “1-24 ay ərzində ödə” seçimi edildikdə seçilən ay müddətinə ayda 1 dəfə ödəniş edilməlidir.


İndi al, sonra ödə” xidmətindən istənilən bankdan əməkhaqqı və ya təqaüd alan Azərbaycan Respublikasının vətəndaşları yararlana bilərlər. Bununla yanaşı, aktiv ABB debet kart istifadəçiləri üçün müraciət zamanı rəsmi gəlir tələbi yoxdur.


Şərtlər:
•    Məbləğ: 100–5000 AZN 
•    Müddət: 24 ayadək 
•    Zaminsiz və girovsuz 
•    Müştəri üçün illik faiz dərəcəsi: 0% 
•    FİFD: min. 0% – maks. 30.23% 


“İndi al, sonra ödə” üzrə partnyor mağazaların siyahısı ilə ABB mobile tətbiqində tanış olmaq mümkündür.


ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, abb-bank.az rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!