Kampaniyanın şərtləri:
- Kampaniya müddəti: 20 aprel 2026 (saat 18:00) – 18 may 2026
- Yalnız xarici ölkələrdə fiziki POS terminal vasitəsilə edilən əməliyyatlar keşbek qazandırır (Merchant country ≠ AZ)
- Xarici e-commerce əməliyyatları kampaniyaya daxil deyil — yalnız fiziki POS
- Faydalı keşbek dəstəkləyən ABB Visa kartları kampaniyaya daxildir (istənilən valyuta — AZN, USD, EUR və s.)
- Biznes, Miles və Azercell Co-Brand kartlar istisnadır
- Hər əməliyyata 4% keşbek hesablanır — keşbek əməliyyat valyutasında hesablanıb real-time məzənnə ilə AZN-ə çevrilir
- Kampaniya müddəti ərzində toplam maksimum keşbek: 20 AZN
- Minimum əməliyyat məbləği şərti yoxdur
- Limit dolmağa yaxın əməliyyatlarda yalnız limitə qədər olan hissə verilir
- Qazanılan keşbek 0.5 AZN-dən az olduqda PUSH bildiriş göndərilmir
- Keşbek real-time olaraq dərhal Faydalı keşbek balansına köçürülür
- Əməliyyat reverse olduqda keşbek də reverse edilir.
- ABB mobile tətbiqi olan və ən azı bir ABB VISA kartı (biznes kartı istisna) olan öncədən seçilmiş müştərilər iştirak edə bilər.
Keşbek qazandırmayan hallar:
- Azərbaycanda edilən əməliyyatlar
- Xarici e-commerce əməliyyatları
- Biznes, Miles, Azercell Co-Brand kartlar
- 20 AZN limit dolduqdan sonra edilən əməliyyatlar
- İstisna MCC kodları (pul köçürmələri, sığorta, vergi, qumar, xeyriyyə, dövlət ödənişləri və s.)
*Qeyd: 20 aprel – 4 may 2026 tarixləri ərzində maksimal keşbek limitindən yararlanmış müştərilər istisna olmaqla, kampaniya digər müştərilər üçün 5–18 may 2026 tarixləri arasında uzadıldı.
FAQ
1. ÜMUMİ MƏLUMAT
Bu kampaniya nədir?
Xaricdə ABB Visa kartı ilə POS terminal vasitəsilə ödəniş edən müştərilər hər əməliyyata 4% keşbek qazanır. Kampaniya müddəti ərzində toplam maksimum 20 AZN keşbek qazanmaq mümkündür.
Kampaniya hansı tarixlər arasında keçərlidir?
Kampaniya 20 aprel 2026 (saat 18:00) – 18 may 2026 tarixlərini (hər iki tarix daxil) əhatə edir.
Qeyd: 18 may 2026 tarixindən sonra edilən əməliyyatlar keşbek qazandırmır.
Kampaniyada kim iştirak edə bilər?
Faydalı keşbek dəstəkləyən ABB Visa kartı olan və ABB mobile tətbiqi aktiv olan seçilmiş müştərilər kampaniyada iştirak edə bilər.
Aşağıdakı kart növləri kampaniyadan istisnadır:
• Biznes kartlar
• Miles kartlar
• Azercell Co-Brand kartlar
Kampaniyadan necə yararlana bilərəm?
1. Xarici ölkədə olduğunuz zaman ABB Visa kartınızla POS terminaldə ödəniş edin.
2. 4% keşbek real-time olaraq dərhal Faydalı keşbek balansınıza köçürüləcək.
3. Kampaniya müddətində maksimum 20 AZN keşbek qazana bilərsiniz.
2. KART VƏ ÖDƏNİŞ ŞƏRTLƏRİ
Hansı ABB Visa kartları kampaniyaya daxildir?
Faydalı keşbek dəstəkləyən istənilən valyutalı ABB Visa kartları kampaniyaya daxildir — AZN, USD, EUR və digər valyutalı kartlar.
Biznes, Miles və Azercell Co-Brand kartlar kampaniyaya daxil deyil.
Ödənişi mütləq fiziki POS terminaldə etməliyəm?
Bəli. Yalnız fiziki POS terminal vasitəsilə edilən ödənişlər keşbek qazandırır.
Xarici saytlarda edilən onlayn (e-commerce) ödənişlər kampaniyaya daxil deyil.
Apple Pay və ya Google Pay ilə ödəniş keşbek qazandırırmı?
Bəli. Apple Pay və ya Google Pay vasitəsilə fiziki POS terminaldə edilən ödənişlər keşbek qazandırır, çünki bu halda ödəniş fiziki terminal üzərindən həyata keçirilir.
Azərbaycanda edilən əməliyyatlar keşbek qazandırırmı?
Xeyr. Kampaniya yalnız xarici ölkələrdə edilən əməliyyatlara şamil olunur. Azərbaycanda edilən əməliyyatlar keşbek qazandırmır.
3. KEŞBEK HESABLAMA VƏ VALYUTA
Keşbek necə hesablanır?
Hər şərtə uyğun əməliyyatın 4%-i keşbek olaraq hesablanır.
Keşbek əməliyyat valyutasında (USD, EUR, GBP və s.) hesablanır, sonra real-time məzənnə ilə AZN-ə çevrilir.
Minimum əməliyyat məbləği şərti yoxdur.
Nümunə hesablama:
|
Əməliyyat |
Lokasiya |
Növ |
Keşbek (4%) |
Məzənnə |
Keşbek AZN |
Qeyd |
|
100 USD |
Türkiyə |
POS |
4 USD |
1.7 |
6.8 AZN |
✅ Tam verilir |
|
200 EUR |
Almaniya |
Apple Pay (POS) |
8 EUR |
2.0 |
16 AZN |
✅ Tam verilir |
|
100 AZN |
Azərbaycan |
POS |
— |
— |
0 AZN |
❌ Xarici deyil |
|
150 USD |
ABŞ |
E-commerce |
— |
— |
0 AZN |
❌ E-com istisna |
20 AZN limitə yaxınlaşdıqda nə olur?
Əgər növbəti əməliyyatın keşbeki 20 AZN limitini aşarsa, yalnız limitə qədər olan hissə verilir.
Nümunə: 18 AZN toplanıbsa, növbəti əməliyyatdan 4 AZN keşbek gəlir → yalnız 2 AZN verilir (20 - 18 = 2).
Limitə çatdıqdan sonra PUSH 2 bildirişi göndərilir.
Keşbek nə vaxt hesabıma köçürüləcək?
Keşbek real-time olaraq — əməliyyat tamamlandığı anda dərhal Faydalı keşbek balansınıza köçürülür.
4. GERİ QAYTARMA (REVERSE) HALLAR
Əməliyyatı geri qaytarsam keşbek nə olacaq?
Tam geri qaytarma (full reverse): Həmin əməliyyata görə verilmiş keşbek məbləği Faydalı keşbek balansınızdan avtomatik silinir. Limit azalır və yenidən keşbek qazana bilərsiniz.
Qismən geri qaytarma (partial reverse): Reverse edilən məbləğə proporsional keşbek hissəsi silinir.
Nümunə: 300 USD əməliyyatdan 20.4 AZN keşbek qazanılıb, 150 USD reverse olub → 10.2 AZN keşbek silinəcək (150/300 × 20.4 = 10.2).
Balansımda kifayət qədər məbləğ yoxdursa reverse nə olur?
Əgər keşbek geri alınarkən Faydalı keşbek balansınızda kifayət qədər məbləğ yoxdursa, balans mənfi ola bilər.
5. BİLDİRİŞLƏR
Keşbek qazandıqda bildiriş alacağammı?
Bəli. İki növ PUSH bildirişi göndəriləcək:
PUSH 1 (real-time): Hər uğurlu əməliyyatdan sonra qazandığınız keşbek məbləği dinamik göstəriləcək. Qazanılan keşbek 0.5 AZN-dən az olduqda PUSH göndərilmir.
PUSH 2 (limit bildirişi): 20 AZN maksimum limitə çatdıqda göndəriləcək.
6. KEŞBEK QAZANDIRMAYAN HALLAR
Hansı hallarda keşbek verilmir?
• Azərbaycanda edilən əməliyyatlar — yalnız xarici ölkələr
• Xarici e-commerce əməliyyatları — yalnız fiziki POS terminal
• Biznes, Miles və Azercell Co-Brand kartlar
• Faydalı keşbek dəstəkləməyən kartlar
• 20 AZN total limit dolduqdan sonra edilən əməliyyatlar
• ABB mobile tətbiqi olmayan müştərilər
• 20 aprel 2026-dan əvvəl və 18 may 2026-dan sonra edilən əməliyyatlar
• İstisna MCC kodlarındakı əməliyyatlar
Hansı əməliyyatlar istisna MCC-lərə daxildir?
Aşağıdakı kateqoriyalardakı əməliyyatlar keşbek qazandırmır:
• Pul köçürmələri və maliyyə əməliyyatları
• Sığorta ödənişləri
• Qiymətli kağızlar və broker əməliyyatları
• Qumar, mərc və lotereya əməliyyatları
• Dövlət və vergi ödənişləri
• Məhkəmə, cərimə və girov ödənişləri
• Xeyriyyə, siyasi və dini təşkilatlara ödənişlər
• Daşınmaz əmlak icarəsi
• Tanışlıq xidmətləri
• Quasi cash və saxlanılan dəyər kartı yükləmələri
• Asan Payments, HOP/APUS ödənişləri
