Bankın partnyorlarında yeni nəsil POS terminalları vasitəsilə indi ödənişləri nağd pul və bank kartı olmadan da aparmaq mümkündür. Ödəniş POS terminaldakı QR kod vasitəsilə birbaşa müştərinin hesabından aparılır. Bu imkan Azərbaycan Respublikası Mərkəzi Bankının Ani Ödənişlər Sistemi çərçivəsində təmin edilib.
Necə istifadə etməli?
- Ödəniş zamanı satıcıdan ABB POS terminalını və ya ABB Biz QR kodunu tələb edin;
- ABB mobile tətbiqindəki AniPay QR oxuducusu ilə kodu oxudun;
- Ödənişi edəcəyiniz kartı seçin və təsdiq edin;
- Üstəlik, “Faydalı keşbek” paketlərində QR ödənişlərdən 2%-dək keşbek qazanın.