Pulsuz Debet Kart – Rahat və Komissiyasız Gündəlik İstifadə Üçün İdeal Seçim
Müasir bankçılıqda pulsuz debet kart gündəlik ödənişlər, təhlükəsiz alış-veriş və vəsaitlərin idarə olunması üçün ən sərfəli vasitələrdən biridir. ABB bank belə imkanı təqdim edir ki, bu da istifadəçilərə əlavə komissiya ödəmədən kart əldə etmək rahatlığı verir.
Pulsuz debet kart həm onlayn ödənişlərdə, həm də fiziki mağazalarda sürətli əməliyyat imkanı yaradır. Komissiyasız xidmət və istifadənin sadəliyi səbəbilə geniş auditoriya üçün əlverişlidir. Bu cür kartlar gündəlik xərcləri idarə etmək, ödənişləri daha rahat şəkildə həyata keçirmək və maliyyə intizamı yaratmaq istəyən istifadəçilər üçün uyğundur.
Pulsuz Kart Sifarisi - Rahat və Sürətli
Tam DigiCard-ı ABB filiallarından əldə etdikdə 10 AZN ödəniş tətbiq olunur, lakin kartı abb-bank.az və ya ABB Mobile üzərindən pulsuz sifariş edə bilərsiniz. Rahat və sürətli şəkildə pulsuz kart sifarisi üçün aşağıdakı qısa məlumatları doldurmağınız kifayətdir.
