

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!
Nağdsız ödənişləri hər kanalda qəbul edin, müştərilərinizə daha rahat, sürətli və müasir ödəniş təcrübəsi təqdim edin.


Fiziki satış nöqtələrində kartla nağdsız ödənişləri qəbul edin. Portativ və inteqrasiya olunan terminallarla biznesinizə uyğun ödəniş həllindən yararlanın.


Müştəriləriniz QR kodu mobil tətbiqləri ilə skan edərək kart və ya cari hesab vasitəsilə ödəniş edə bilərlər. Vəsait birbaşa cari hesabınıza köçürülür.


Veb-sayt və mobil tətbiqlərinizdə bank kartları ilə onlayn ödəniş qəbul edin. Apple Pay, Google Pay, taksit və təkrarlanan ödəniş imkanlarından yararlanın.


Ödəniş linki yaradaraq SMS, WhatsApp və ya e-mail vasitəsilə müştərilərinizə göndərin. Veb-sayt və əlavə texniki inteqrasiya olmadan onlayn ödəniş qəbul edin.


Müştərilərinizə partnyor mağaza və saytlardan məhsul və xidmətləri indi əldə edib, ödənişi hissə-hissə həyata keçirmək imkanı təqdim edin. Müraciət ABB mobile vasitəsilə rəsmiləşdirilir.


Fiziki satış nöqtələrində portativ və inteqrasiya olunan terminallarla kartla nağdsız ödənişlər qəbul edin.
Müştəriləriniz QR kodu mobil tətbiqlə skan edərək ödəniş etsin, vəsait birbaşa cari hesabınıza köçürülsün.
Veb-sayt, mobil tətbiq və ya SMS/WhatsApp üzərindən göndərilən ödəniş linkləri ilə məsafədən onlayn ödəniş qəbul edin.
Müştərilərinizə ABB mobile vasitəsilə rəsmiləşdirilən hissə-hissə ödəniş imkanı təqdim edin.