Lounge zalları uçuş öncəsi vaxtınızı daha komfortlu keçirməyə imkan yaradır. Rahat gözləmə məkanları, yüksək sürətli internet, qəlyanaltılar, içkilər, duş kabinləri və digər xidmətlər sərnişinlərin istifadəsinə təqdim olunur.
Kart sahibini müşayiət edən şəxslər də lounge zallarından istifadə edə bilərlər. Əksər lounge zallarında 2-4 yaşlı uşaqlar üçün giriş ödənişsizdir. Digər qonaqlar üçün giriş haqqı 32 ABŞ dollarıdır və məbləğ kart hesabından avtomatik tutulur.
Xidmətdən istifadə etmək üçün Visa Konsyerj tətbiqində “Visa Travel” bölməsinə daxil olaraq “Airport Services” hissəsində yerləşən “Airport Lounges” xidmətini seçmək lazımdır.
Sifarişi tamamladıqdan sonra sizə QR kod təqdim olunacaq. Lounge zalına giriş zamanı həmin QR kodu təqdim etməyiniz kifayətdir. Xidmətdən yararlanmaq üçün son 35 gün ərzində (son 5 gün nəzərə alınmamaq şərti ilə) Apple Pay və ya Google Pay vasitəsilə Travel Card Visa
Signature kartı ilə minimum 500 AZN məbləğində ödəniş həyata keçirilməlidir.
Ətraflı məlumat: https://www.visa.com.az/az_AZ/pay-with-visa/promotions/airport-lounge-access.html
Telegram çatbotu: https://mssg.me/concierge_service_az