Səhifəni dəyərləndirin
Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!
ABB-nin "İndi al, sonra ödə" xidməti tur paketlərinin ödənişini daha rahat ödəməyə imkan yaradır.


Xidmətin üstünlükləri
Məhsul və ya xidməti dərhal əldə etmək
Bank məbləği birbaşa partnyor mağazanın hesabına köçürür.


Sürətli rəsmiləşdirmə
Seçdiyiniz məhsulu sürətli rəsmiləşdirmə ilə yerindəcə əldə edə bilirsiniz.


Faizsiz
Məbləğə əlavə illik faiz xərci tətbiq olunmur.


Hissəli ödəniş imkanı
2 həftəlik və ya aylıq ödəniş planı ilə məbləği hissəli ödəmək imkanınız var.


Səyahət planlarını maliyyə səbəbindən təxirə salmaq artıq zəruri deyil. Müasir maliyyə həlləri sayəsində arzuladığınız tur paketini indi alıb, ödənişini isə tam faizsiz, zaminsiz, rəsmi gəlir tələbi olmadan hissəli şəkildə daha sonra həyata keçirə bilərsiniz. ABB-nin "İndi al, sonra ödə" xidməti tur paketlərinin ödənişini daha rahat ödəməyə imkan yaradır. Beləliklə, istər ailəvi istirahət, istər romantik bal ayı, istərsə də xarici ölkələrə səyahət üçün seçdiyiniz tur paketini dərhal əldə etmək mümkündür.
Xarici ölkələrə səyahət etmək istəyən insanların qarşılaşdığı əsas məsələlərdən biri birdəfəlik yüksək ödəniş yüküdür. Xüsusilə yay mövsümündə və bayram günlərində tur paketlərinin qiyməti daha yüksək ola bilər. Bu səbəbdən bir çox insan səyahət planlarını ertələməyə məcbur qalır.
ABB-nin "İndi al, sonra ödə" xidməti vasitəsilə partnyorlar turizm şirkətləri tərəfindən təqdim olunan xidmətlərin ödənişini hissələrə bölmək mümkündür. Qiymət 5000 AZN-dək ola bilər və ödəniş müddəti turizm şirkətindən asılı olaraq 24 ayadək uzadıla bilər. Bu da həm Avropa şəhərlərinə, həm Türkiyəyə, həm Dubaya, həm də digər məşhur istiqamətlərə səyahət planlaşdıran şəxslər üçün rahat həll yaradır.
Xarici səyahətlər üçün büdcəni uzun müddət toplamaq əvəzinə, tur paketini dərhal əldə edib ödənişi mərhələli şəkildə etmək maliyyə planlamasını daha çevik edir.
Bal ayı hər bir cütlüyün həyatında xüsusi yer tutur. Bu səbəbdən yeni ailə quran insanlar istirahətlərinin yaddaqalan və komfortlu keçməsini istəyirlər. Lakin yüksək səviyyəli hotellər, aviabiletlər və əlavə xidmətlər ümumi büdcəni əhəmiyyətli dərəcədə artıra bilər.
Kreditlə bal ayı tur paketləri sayəsində cütlüklər arzularındakı istiqaməti seçərək ödənişi hissəli formada həyata keçirə bilərlər. Maldiv adaları, Bali, Dubay, Antalya və digər məşhur istiqamətlər “İndi al, sonra ödə” ilə daha əlçatan olur.
ABB-nin "İndi al, sonra ödə" xidməti çərçivəsində 2 fərqli ödəniş planı seçmək mümkündür: 14 gündən bir və ya ayda 1 dəfə ödəniş. Bu isə yeni ailələrin ilkin dövrdə böyük məbləğ ödəmədən səyahət arzularını reallaşdırmasına kömək edir.
Bu paketlər adətən aviabilet, hotel və bəzi hallarda transfer xidmətləri, viza dəstəyini də əhatə edir. Ödənişin hissələrə bölünməsi isə ümumi maliyyə yükünü azaltmağa kömək edir. Nəticədə cütlüklər böyük məbləği birdəfəlik ödəmədən istirahət imkanından yararlana bilirlər.
İlk olaraq ABB-nin partnyor turizm şirkətlərindən istədiyiniz tur paketini seçirsiniz. Seçim zamanı səyahət istiqaməti, tarixlər və paketə daxil olan xidmətlər (aviabilet, hotel, transfer və s.) nəzərə alınır. Şirkət nümayəndəsinə səyahət paketini ABB-nin “İndi al, sonra ödə” xidməti ilə almaq istədiyinizi bildirirsiniz. Təsdiq və rəsmiləşdirmə prosesi birbaşa ABB mobile tətbiqi üzərindən icra olunur. Müraciət təsdiqləndikdən sonra tur paketi dərhal sizin adınıza rezervasiya edilmiş olur, ödənişi isə tam faizsiz 24 ayadək hissələrə bölünür.
Bu xidmət çərçivəsində 100 AZN-dən 5000 AZN-dək məbləğ üzrə istifadə imkanı mövcuddur və ödəniş müddəti 24 ayadək seçilə bilər. “İndi al, sonra ödə” faizsiz, zaminsiz və girovsuz təqdim olunur. Həmçinin, müraciət üçün rəsmi gəlir tələbi yoxdur.
Ödəniş planı istifadəçinin büdcəsinə uyğun şəkildə formalaşdırılır, beləliklə həm səyahətdən zövq almaq, həm də maliyyə öhdəliklərini rahat idarə etmək mümkün olur.