Səhifəni dəyərləndirin
Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!
Kreditlə kondisioner alın və yay mövsümünə rahat hazır olun. Seçdiyiniz kondisioneri indi əldə edin, ödənişi isə sonradan 24 ayadək faizsiz olaraq hissə-hissə ödəyin.


Xidmətin üstünlükləri
Məhsul və ya xidməti dərhal əldə etmək
Bank məbləği birbaşa partnyor mağazanın hesabına köçürür.


Sürətli rəsmiləşdirmə
Seçdiyiniz məhsulu sürətli rəsmiləşdirmə ilə yerindəcə əldə edə bilirsiniz.


Faizsiz
Məbləğə əlavə illik faiz xərci tətbiq olunmur.


Hissəli ödəniş imkanı
2 həftəlik və ya aylıq ödəniş planı ilə məbləği hissəli ödəmək imkanınız var.


Kreditlə kondisioner almaq istəyənlərə ABB-dən daha yaxşı təklif mövcuddur! Kondisioner alarkən bütün məbləği bir anda ödəmədən faizsiz şəkildə almaq üçün “İndi al, sonra ödə” xidmətin yararlanın. Partnyorumuz olan elektronika mağazalarından istədiyiniz kondisioneri seçir, elə yerindəcə mağazada ABB mobile tətbiqi ilə məbləği rəsmiləşdirir və ödəniş müddətini özünüz müəyyənləşdirirsiniz. Kondisioneri yerindəcə əldə edir, ödənişi isə sonra sizə uyğun ödəniş planı ilə davam etdirirsiniz.
“İndi al, sonra ödə” xidmətinin əsas üstünlüyü tam faizsiz olması, nağd kredit müraciətinə və ya taksit kartına ehtiyac olmaması, yerində sürətli rəsmiləşdirmədir. Həmçinin əgər ABB debet kartlarından aktiv istifadə edirsinizsə, müraciət üçün rəsmi gəlir tələbi yoxdur. Beləliklə, seçdiyiniz kondisionerin bütün qiymətini bir dəfəyə ödəmədən əldə etmiş olursunuz.
Şərtlər sadədir: müraciət zaminsiz və girovsuzdur, aktiv ABB debet kartından istifadə edirsinizsə isə rəsmi gəlir tələb olunmur. Əlavə hər hansısa sənəd toplamağa ehtiyac yoxdur.
Alış məbləği 100 AZN-dən 5000 AZN-dək, ödəniş müddəti isə partnyor mağazadan asılı olaraq 24 ayadək seçilə bilər. Konkret limit və müddət seçdiyiniz kondisionerin dəyərinə və müraciət nəticəsinə uyğun müəyyənləşir.
Müraciət üç sadə addımdan ibarətdir: partnyor mağazaya yaxınlaşır, kondisioneri seçir, mağaza əməkdaşlarına kondisioneri “İndi al, sonra ödə” xidməti ilə almaq istədiyinizi bildirir və ABB mobile tətbiqi ilə məbləği rəsmiləşdirirsiniz. Bütün təsdiq prosesi yerində, mağazada tətbiq üzərindən aparıldığı üçün bank filiallarına getmək lazım olmur.
Müraciət təsdiqləndikdən sonra kondisioner dərhal sizin olur. Sürətli prosedur sayəsində alışı yerindəcə bağlayır, ödənişə isə razılaşdırılmış cədvəllə başlayırsınız.
“İndi al, sonra ödə” ilə aldığınızda bank kondisionerin ümumi dəyərini bərabər hissələrə bölür və böyük xərci birdəfəyə yox, hissəli şəkildə ödəmə imkanı yaradır. Ödənişi iki həftəlik və ya aylıq plan üzrə ödəməyi seçə bilərsiniz, beləcə hər ödəniş əvvəlcədən bəlli olur və büdcənizi planlaşdırmaq asanlaşır.
Hansı planı seçməyinizdən asılı olmayaraq, kondisioner sizə yerindəcə təhvil verilir, ödəniş isə rahat bölgü ilə davam edir.
ABB-nin “İndi Al, Sonra Ödə” xidməti kondisioner alışını partnyor mağazalarda daha əlçatan edir. Xidmət istədiyiniz cihazı faizsiz əldə etməyə imkan verir — məbləğə əlavə illik faiz tətbiq olunmur, müraciət isə zaminsiz və girovsuz aparılır.
Alışı tamamlamaq üçün partnyor mağazaya yaxınlaşmaq, kondisioneri seçmək və ABB mobile tətbiqi ilə məbləği rəsmiləşdirmək kifayətdir. Sürətli rəsmiləşdirmə sayəsində məhsulu yerindəcə əldə edir, ödənişi isə sizə uyğun planla sonradan davam etdirirsiniz.