Kampaniya çərçivəsində mil hesablanan əməliyyatlar üzrə 5000 AZN-dən çox dövriyyə edən müştərilər arasından ən yüksək dövriyyə edən TOP 30 müştəri xüsusi güzəşt qazanacaq.
Siz nə əldə edirsiniz?
TOP 30 qalibə PASHA Travel tərəfindən vizaya müraciət zamanı istifadə edilə bilən promokod təqdim ediləcək. Bu promokod vasitəsilə müştərilər ABŞ, Birləşmiş Krallıq, Şengen vizaları üzrə peşəkar sənədləşmə dəstəyini cəmi 100 AZN franşiza ilə əldə edə bilərlər.
Kimlər iştirak edə bilər?
ABB-AZAL Miles Visa Platinum kartı ilə kampaniya müddətində mil hesablanan əməliyyatlarla 5000 AZN-dən çox dövriyyə edən müştərilər.
Qaliblər necə müəyyən olunur?
Ən yüksək dövriyyəyə sahib TOP 30 kart istifadəçisi qalib seçilir və “PASHA Travel”in promokodunu əldə edir.
Promokoddan necə istifadə olunur?
Telegram üzərindən Visa Concierge xidmətinə daxil olaraq aşağıdakı addımlar yerinə yetirin:
- Menyudakı “Gift” bölməsinə keçid edib promokodu daxil edin;
- Əsas menyudan Visa Travel → PASHA Travel seçimlərinə keçin;
- Concierge-in təqdim etdiyi məlumata əsasən addımları izləyərək xidməti sifariş edin.
Bu üstünlük çərçivəsində aşağıdakı xidmətləri əldə edirsiniz:
1. Növbəsiz viza müraciəti;
2. Sənədlərin və tibbi sığortanın hazırlanması;
3. Bəzi Şengen vizaları üçün VIP Lounge xidməti;
4. Hazır vizanın ünvana çatdırılması;
5. Bütün konsulluq və viza rüsumlarının qarşılanması.
Xüsusi qeydlər
- Kampaniya müddətində (16.12.2025-16.01.2026) hər müştəri yalnız bir dəfə qalib ola bilər;
- Promokodun etibarlılıq müddəti 16.04.2026-cı il tarixinə qədərdir;
- Promokod yalnız bir dəfə istifadə üçün keçərlidir;
- Mil hesablanmayan əməliyyatların MCC kodları barədə məlumatı Azal Miles - Yerdən göyə fürsətlər saytındakı FAQ bölməsindən əldə etmək mümkündür;
- ABB mobile vasitəsilə həyata keçirilən QR ödənişləri, köçürmələr və digər tətbiqlər üzərindən edilən əməliyyatlar üzrə mil hesablanmır və bu əməliyyatlar kampaniya dövriyyəsinə daxil edilmir.
Qaliblər 30 günlük kampaniya müddəti bitdikdən 16 gün sonra promokodlarını əldə edəcəklər.
