"Taksit sayı qədər keşbek" kampaniyası

"Taksit sayı qədər keşbek" kampaniyası

Taksit sayı qədər keşbek qazan!

Kampaniya müddətində TamKart partnyorlarında kredit kartları ilə taksit əməliyyatı edin, taksit ayının sayı qədər keşbek qazanın!

28.11.2025 - 30.11.2025

Aktiv deyil

Kampaniyanın şərtləri:

  • Əməliyyatlar yalnız TamKart kredit kartı ilə və TamKart partnyoru olan mağazalarda mümkündür.
  • Minimum əməliyyat məbləği 100 AZN olmalıdır. 100 AZN-dən az məbləğdə əməliyyatlar üçün keşbek əldə etmək mümkün deyil.
  • Birdəfəlik ödənişlər kampaniyaya daxil deyil. Yalnız taksitə bölünmüş əməliyyatlar keşbek qazandırır.
  • Keşbek məbləği əməliyyat məbləğinə və taksit müddətinə görə dəyişir:
    • 100-299.99 AZN arası əməliyyat: yalnız 2 və ya 3 aylıq taksit keşbek qazandırır (müvafiq olaraq 2 AZN və ya 3 AZN).
    • 300-499.99 AZN arası əməliyyat: 2, 3, 6, 9 və ya 12 aylıq taksit keşbek qazandırır (müvafiq olaraq 2, 3, 6, 9 və ya 12 AZN).
    • 500 AZN və yuxarı əməliyyat: 2, 3, 6, 9, 12, 18 və ya 24 aylıq taksit keşbek qazandırır (müvafiq olaraq 2, 3, 6, 9, 12, 18 və ya 24 AZN).
  • Yuxarıda qeyd olunan şərtlərə uyğun olmayan taksit müddətləri keşbek qazandırmır. Məsələn: 200 AZN-lik əməliyyatı 6 aya bölsəniz, keşbek əldə etmək mümkün deyil.
  • Hər müştəri kampaniyadan yalnız 1 dəfə yararlana bilər. İlk şərtə uyğun əməliyyatdan sonra növbəti əməliyyatlar keşbek qazandırmır.
  • Müştərinin ABB Mobile tətbiqi olmalıdır.
  • Keşbek məbləği əməliyyat baş verən anda real-time müştərinin Faydalı keşbek balansına köçürülür.
  • Əgər müştəri əməliyyatı geri qaytararsa (refund), keşbek məbləği avtomatik olaraq geri alınacaq.
  • Kampaniya 28-30 noyabr 2025-ci il tarixlərini əhatə edir.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!