“Şanslı Fərdi Sahibkar” lotereyası başladı!

Şansları toplayın, dəyərli hədiyyələr qazanın!

Bu bahar biznesinizi böyüdün, möhtəşəm mükafatlardan birini qazanan siz olun!

18.05.2026 - 18.08.2026

ABB Biz tətbiqi vasitəsilə fərdi sahibkarlar üçün nəzərdə tutulmuş rəqəmsal bankçılıq xidmətlərindən istifadə edin, həm işinizi asanlaşdırın, həm də möhtəşəm hədiyyələr qazanmaq fürsəti əldə edin. Daha çox əməliyyat, daha çox şans deməkdir!

Necə iştirak etməli?


•    ABB Biz tətbiqinə daxil olun;
•    Lotereya bölməsində lotereyada iştirakınızı aktiv edin.
•    Aşağıdakı şərtlərə uyğun əməliyyatlar edərək şanslarınızı toplayın.

Lotereyanın Şərtləri:


ABB Biz tətbiqi vasitəsilə həyata keçirdiyiniz hər aktivlik sizə yeni bir şans qazandıracaq:


•    Yeni qeydiyyat: Hər yeni qeydiyyat üçün – 1 şans
•    Uğurlu ödəniş və ya köçürmə (minimum 100 AZN): Hər əməliyyat üçün – 1 şans
•    Debet kart sifarişi: Hər sifariş üçün – 1 şans
•    QR ödəniş qəbulu: Hər uğurlu əməliyyat üçün – 1 şans (maksimum 20 şans limiti)
•    Mobil POS sifarişi: Hər uğurlu sifariş üçün – 1 şans (maksimum 5 şans limiti)
•    Kredit müraciəti: Hər uğurlu müraciət üçün – 1 şans (maksimum 3 şans limiti)
•    Vergi ödənişi: Hər uğurlu vergi borcu ödənişi üçün – 1 şans (maksimum 3 şans limiti)

Qazanmaq sırası sizdədir!

Hədiyyə fondu:

Ümumilikdə 10 şanslı fərdi sahibkar biznesinə dəyər qatacaq bu möhtəşəm mükafatlardan birinə sahib olacaq:


•    Apple AirPods 4 – 3 ədəd;
•    Apple Watch 10 42MM – 3 ədəd;
•    Apple iPhone 17 Pro 256GB – 3 ədəd;
•    Toyota Corolla Cross Hybrid avtomobili (2025 model) – 1 ədəd!

Lotereya müddəti: 18 may 2026 – 18 avqust 2026

Qaliblər lotereya qanunvericiliyinə uyğun olaraq, təsadüfi seçim əsasında şəffaf şəkildə müəyyən ediləcək və media vasitəsilə rəsmi olaraq elan olunacaqdır.

İndi ABB Biz mobil tətbiqinə daxil olun, rəqəmsal sahibkarlığın üstünlüklərindən yararlanın və "Şanslı Fərdi Sahibkar" lotereyasında iştirak edərək qalib olmaq şansını qaçırmayın!

Rəsmi şərtlər və məhdudiyyətlər:

  • Lotereyada yalnız ABB Biz tətbiqindən istifadə edən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən fərdi sahibkarlar iştirak edə bilərlər.
  • Qeyd olunan tarixlər (18.05.2026 – 18.08.2026) xaricində edilən əməliyyatlar lotereya şərtlərinə daxil edilməyəcəkdir.
  • Lotereyanın şərtlərinə və keçirilmə mexanizminə dair bütün hesabatlar və rəsmi məlumatlar "ABB" ASC-nin rəsmi media kanalları tərəfindən tənzimlənir.

Lotereyaya qoşulun və biznesinizi şansla böyüdün! 

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!