"ABB Play - Qollar qazandırır" kampaniyası

ABB mobile-da "ABB Play - Qollar qazandırır" oynayın, hədiyyələr toplayın!

ABB mobile-da "Qollar qazandırır" oynayın, hədiyyələr toplayın!

11.06.2026 - 19.07.2026

Futbol üzrə Dünya Çempionatı münasibətilə ABB mobile-da keçirilən gamification kampaniyasıdır. Müştərilər oyun nəticələrini taparaq və müxtəlif bank əməliyyatları həyata keçirərək qol toplayırlar. Toplanmış qollara əsasən dinamik reytinq cədvəlində sıralanır və kampaniya sonunda ən yüksək qol toplamış 6,100 müştəri mükafatlarla təltif olunur.

Kampaniyanın şərtləri:

- Kampaniya müddəti: 11.06.2026 (saat 11:00) – 19.07.2026 (39 gün)

- İştirakçılar: ABB mobile tətbiqi olan və onboarding prosesini tamamlamış bütün müştərilər

- Tətbiq versiyası tələbi: Android 10.4.0 və ya yuxarı, iOS 10.4.1 və ya yuxarı

Qol qazanma mexanizmi ("Qoşul" düyməsindən sonra):

A) Oyun Təxminləri:

- Tam dəqiq nəticə: 50,000 qol

- Fərqli hesabla yalnız qalib/heç-heçə: 20,000 qol

- Səhv təxmin: 0 qol

- Qrup mərhələsi bitdikdən sonra (1/8 final, 1/4 final, yarımfinal, final) qollar 2 qat hesablanır: tam dəqiq → 100,000 qol, qalib/heç-heçə → 40,000 qol

- Yalnız əsas 90 dəqiqəlik oyun vaxtı nəzərə alınır

B) Birdəfəlik Boosterlər (kampaniya ərzində yalnız 1 dəfə):

- İstehlak krediti: 100,000 qol

- İndi al, sonra ödə (BNPL): 100,000 qol

- TamKart krediti limiti açmaq: 90,000 qol

- Premium debit kart sifarişi: 50,000 qol

- DigiDeposit açmaq: 50,000 qol

- DigiTravel aviabilet alınması: 20,000 qol

- İlk dəfə DigiHesab Max açmaq: 20,000 qol

- Sadə debit kart sifarişi: 20,000 qol

- Open Banking-ə ilk dəfə digər bank hesabı əlavə etmək: 10,000 qol

- İlk dəfə Dama-dama hədəfi yaratmaq: 10,000 qol

C) Təkrarlanan Boosterlər:

- Riteyl ödəniş: 1 AZN = 1 qol (limit: 100,000 AZN)

- QR ödəniş (ABB POS): 1 AZN = 2 qol (limit: 50,000 AZN)

- TamKart taksit: hər taksit 10,000 qol (maks. 5 dəfə)

 

Boosterlərdən qol qazanmaq imkanı Finalın rəsmi başlama saatına qədər keçərlidir.

 

İstisna şərtlər (Riteyl):

- Biznes kartları

- Taksit əməliyyatları (ayrıca booster)

- Top up əməliyyatları

- Merchant name "PULZ%", "Loto%", "Casino%", "Gambling%" olan əməliyyatlar

- İstisna MCC-lər: 1100, 4814, 4816, 4829, 4900, 6012, 6050, 6051, 6211, 6300, 6513, 6534, 6538, 6540, 7273, 7800, 7801, 7802, 7995, 8398, 8651, 8661, 9211, 9222, 9223, 9311, 9399, 9754

- İstisna Merchant: 5999 MCC-də Merchant_name = 'APUS PAYMENT'

Reytinq: Eyni qol toplayan müştərilər eyni sıranı paylaşır, həmin sıraya aid mükafat hər birinə ayrıca təqdim olunur.

 

Mükafatlar (6,100 qalib):

- 1-ci yer: 10,000 AZN Səyahət Kuponu

- 2-ci yer: 7,500 AZN Səyahət Kuponu

- 3-cü yer: 5,000 AZN Səyahət Kuponu

- 4-8-ci yer: iPhone 17 Pro Max 256GB (5 ədəd)

- 9-15-ci yer: MacBook Air 13 M4 (7 ədəd)

- 16-30-cu yer: iPad Air 13-inch M4 (15 ədəd)

- 31-50-ci yer: Apple Watch Series 11 42MM (20 ədəd)

- 51-100-cü yer: Apple AirPods 4 (50 ədəd)

- 101-1,100-cü yer: 10 AZN Keşbek (1,000 nəfər)

- 1,101-6,100-cü yer: 5 AZN Keşbek (5,000 nəfər)

 

 

TƏZ-TƏZ VERİLƏN SUALLAR (FAQ)

Kampaniya nə vaxt başlayır və bitir?

Kampaniya 11 iyun 2026-da başlayır və 19 iyul 2026 tarixli final oyunu sonlandıqdan sonra bitir.

Kampaniyaya necə qoşula bilərəm?

ABB mobile tətbiqini açın, kəşf et bölməsində "Qollar Qazandırır" bannerinə toxunun, qaydalarla tanış olun və "Qoşul" düyməsinə basın. Avatar seçdikdən sonra kampaniyaya qoşulursunuz, həmin andan etibarən artıq qollar qazana bilərsiniz.

Kampaniyaya kim iştirak edə bilər?

ABB mobile tətbiqi olan və "Qollar Qazandırır" bannerində yarışmanın qeydiyyatını tamamlayan müştərilər.

Kampaniyaya qoşulmaq üçün tətbiqi yeniləmək lazımdırmı?

"Qollar Qazandırır" kampaniyasında iştirak üçün ABB mobile tətbiqini aşağıdakı versiyalara yeniləməlisiniz:

• Android: 10.4.0 və ya daha yüksək versiya

• iOS: 10.4.1 və ya daha yüksək versiya

Tətbiqi Google Play Store (Android) və ya App Store (iOS) vasitəsilə yeniləyə bilərsiniz.

İştirakla bağlı məhdudiyyət varmı?

Kampaniyada 18 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları, ABB-nin əməkdaşları, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABB-yə aidiyyəti olan şəxs kimi müəyyən edilən şəxslər hədiyyə əldə edə bilməzlər. Bununla belə, onların oyunda iştirakları mümkün olacaq, lakin hesablanan xallar Liderlər cədvəlində və müsabiqədə nəzərə alınmayacaqdır.

 

 

⚽ OYUN TƏXMİNLƏRİ

Oyun təxminləri necə işləyir?

Futbol üzrə Dünya Çempionatı oyunlarının nəticələrini təxmin edirsiniz. Tam dəqiq təxmin 50,000 qol, fərqli hesabla yalnız qalibi/heç-heçəni düzgün təxmin isə 20,000 qol qazandırır.

Təxminimi dəyişə bilərəmmi?

Oyunların rəsmi başlama saatına qədər təxmin dəyişdirilə bilər.

Neçə oyun təxmin edə bilərəm?

Futbol üzrə Dünya Çempionatının bütün oyunlarını təxmin edə bilərsiniz. Hər bir oyun üçün təxmin edilməsinin başlanması 48 saat öncədən başlayır və oyun başlama saatına qədər davam edir.

Oyun nəticəsi necə müəyyənləşdirilir?

Qolların hesablanmasında yalnız əsas vaxt olan 90 dəqiqəlik oyun vaxtının nəticəsi hesablanır. Əlavə vaxt (15+15) və penalti zərbələri nəticədə nəzərə alınmır.

Tam dəqiq nəticə — 50,000 qol

90 dəqiqəlik müddətdə oyunun hansı hesabla başa çatacağını dəqiq təxmin etmək. Həm qalib/heç-heçə, həm də hesab tam uyğun olmalıdır.

Fərqli hesabla qalibi və ya heç-heçəni düzgün tapmaq — 20,000 qol

Qalibi və ya heç-heçəni düzgün təxmin etmək, lakin hesab fərqli olması.

Tamamilə səhv — 0 qol

Nə qalibi, nə də nəticəni düzgün təxmin etməmək.

Pley-off mərhələsində qollar fərqli hesablanırmı?

Bəli! Qrup mərhələsi başa çatdıqdan sonra (1/16 final, 1/8 final, 1/4 final, yarımfinal və final) oyun təxminlərindən qazanılan qollar 2 qat hesablanır:

• Tam dəqiq nəticə → 100,000 qol (50,000 × 2)

• Fərqli hesabla yalnız qalib/heç-heçə → 40,000 qol (20,000 × 2)

📌 Qrup mərhələsində standart qollar (50,000 / 20,000) keçərlidir. Pley-off mərhələsindən etibarən 2x bonusu avtomatik tətbiq olunur.

Təxmin etdiyim oyun ləğv edilərsə nə olur?

Ləğv edilmiş oyunlar üçün təxmin 0 qol hesablanır.

 

💎 BİRDƏFƏLİK ƏLAVƏ QOL QAZANMA İMKANLARI

Birdəfəlik əlavə qol qazanma imkanı nədir?

Kampaniya ərzində yalnız 1 dəfə qol qazandıran bank əməliyyatları və məhsullarıdır.

"Qoşul düyməsini vurduqdan sonra" nə deməkdir?

Kampaniyaya qoşulmazdan əvvəl edəcəyiniz əməliyyatlara qol hesablanmayacaq. Mütləq əvvəlcədən kampaniyaya qoşulmalı, daha sonra əməliyyat etməlisiniz.

❌ Səhv: 10 iyun – Kredit əldə etdim → 11 iyun – Kampaniyaya qoşuldum → 0 qol

✅ Düzgün: 11 iyun – Kampaniyaya qoşuldum → 12 iyun – Kredit əldə etdim → 100,000 qol

 

Hansı birdəfəlik əlavə qol qazanma imkanları mövcuddur?

• İstehlak krediti — 100,000 qol: ABB-dən (filial və ya ABB mobile vasitəsilə) nağd istehlak krediti əldə etmək nəzərdə tutulur.

• İndi al, sonra ödə — 100,000 qol: Partnyor mağazalardan istədiyiniz məhsulu indi alıb, hissə-hissə ödəməyə sonra başlamağa imkan verən məhsuldur.

• TamKart krediti limit açmaq — 90,000 qol: Kampaniya zamanı yeni TamKart kredit kartı sifariş edən və ya mövcud TamKart kredit kartının limiti 0 AZN olan müştərilər yeni limit açdıqda qol qazanır.

• Premium debit kart — 50,000 qol: ABB-AZAL Miles, Travel Card, Qarabağ Premium, bütün növ Sea Breeze kartları, həmçinin Premium, Platinum və ya Gold tipli TamKart, AMEX, VISA, MasterCard, UnionPay debit kartlarından birinin sifarişi nəzərdə tutulur.

• DigiDeposit — 50,000 qol: ABB mobile vasitəsilə birbaşa tətbiq üzərindən əmanət hesabı yaratmaq nəzərdə tutulur.

• DigiTravel aviabilet — 20,000 qol: ABB mobile tətbiqi ilə DigiTravel bölməsindən aviabilet sifarişi nəzərdə tutulur.

• DigiHesab Max (ilk dəfə) — 20,000 qol: ABB-də ilk dəfə DigiHesab Max açan müştərilər nəzərdə tutulur.

• Classic/Standart debit kart — 20,000 qol: Classic və ya standart tipli TamKart, UnionPay, VISA və MasterCard debit kartlarından birinin sifarişi nəzərdə tutulur.

• Open Banking (cari tarixdə ilk dəfə hesab əlavə) — 10,000 qol: Kampaniyaya qoşulduğunuz anda Open Banking bölməsində digər bank hesabı olmayan müştərilər nəzərdə tutulur.

• Dama-dama (ilk dəfə) — 10,000 qol: ABB-də ilk dəfə Dama-dama hədəfi yaradan müştərilər nəzərdə tutulur.

 

Bir imkandan neçə dəfə istifadə edə bilərəm?

Hər birdəfəlik imkandan kampaniya ərzində yalnız 1 dəfə istifadə edə bilərsiniz. Məsələn, 2 dəfə kredit götürsəniz, yalnız biri qol qazandıracaq.

 

💎 ƏLAVƏ QOL QAZANMA İMKANLARI ƏTRAFLI

1. İstehlak krediti nə qədər qol qazandırır?

ABB-dən (filial və ya ABB mobile vasitəsilə) nağd istehlak krediti götürən müştərilər 100,000 qol qazanır.

✅ Müştəri kampaniyaya qoşuldu → filialda 5,000 AZN istehlak krediti götürdü → 100,000 qol

✅ Müştəri kampaniyaya qoşuldu → ABB mobile-dan kredit müraciəti etdi və kredit əldə etdi → 100,000 qol

❌ Müştəri 5 iyun – kredit əldə etdi → 11 iyun – kampaniyaya qoşuldu → 0 qol (kampaniyadan əvvəl götürülüb)

📌 Kampaniya ərzində yalnız 1 dəfə qol verilir. 2-ci kredit götürülsə əlavə qol qazanılmır.

2. "İndi al, sonra ödə" nə qədər qol qazandırır?

Partnyor mağazalardan istədiyiniz məhsulu indi alıb, hissə-hissə ödəməyə sonra başlamağa imkan verən məhsuldur. Kampaniyaya qoşulduqdan sonra bu məhsul ilə alış edən müştərilər 100,000 qol qazanır.

✅ Müştəri kampaniyaya qoşuldu → partnyor mağazadan "İndi al, sonra ödə" ilə 800 AZN telefon aldı → 100,000 qol

❌ Müştəri kampaniyaya qoşuldu → telefon aldı → 100,000 qol qazandı → telefonu geri qaytardı → 100,000 qol ləğv olundu

❌ Müştəri kampaniyadan əvvəl əməliyyatı etdi → kampaniyaya qoşuldu → 0 qol

📌 Aldığınız məhsulu geri qaytardığınız halda qazandığınız qol ləğv olunacaq.

3. TamKart krediti limit açmaq nə qədər qol qazandırır?

Kampaniya zamanı yeni TamKart kredit kartı sifariş edən və ya mövcud TamKart kredit kartının limiti 0 AZN olan müştərilər yeni limit açdıqda 90,000 qol qazanır. Mövcud limiti olan müştərilər limiti artırılması halında qol qazanmayacaqlar.

✅ Nümunə 1: TamKart yoxdur → kampaniya zamanı TamKart sifariş edir → 90,000 qol

✅ Nümunə 2: TamKart var, limit 0 AZN → kampaniya zamanı limit 500 AZN olur → 90,000 qol

❌ Nümunə 3: TamKart var, limit 1,000 AZN → kampaniya zamanı limit 2,000 AZN olur → 0 qol (limit artıb, amma 0-dan yox)

4. Premium debit kart sifarişi nə qədər qol qazandırır?

Kampaniya zamanı ABB-AZAL Miles, Travel Card, Qarabağ Premium, bütün növ Sea Breeze kartları, həmçinin Premium, Platinum və ya Gold tipli TamKart, AMEX, VISA, MasterCard, UnionPay debit kartlarından hər hansı birini sifariş edən müştərilər 50,000 qol qazanır.

✅ Müştərinin heç kartı yox → kampaniya zamanı ABB-AZAL Miles debit kartı sifariş etdi → 50,000 qol

✅ Müştərinin artıq Platinum debit kartı var → kampaniya zamanı Qarabağ Premium debit kartı sifariş etdi → 50,000 qol

❌ Müştəri ABB-AZAL Miles debit kartı sifariş etdi → 50,000 qol qazandı → eyni kampaniyada Gold debit kart da sifariş etdi → 0 qol

📌 Yalnız debit kart sifarişi qol qazandırır. Kredit kartı sifarişi bu imkana daxil deyil.

5. DigiDeposit nə qədər qol qazandırır?

DigiDeposit nə qədər qol qazandırır?

ABB mobile istifadəçilərinə əmanət hesablarını birbaşa tətbiq üzərindən yaratmağa imkan verən məhsuldur. Kampaniya zamanı DigiDeposit açan müştərilər 50,000 qol qazanır.

Müştəri kampaniyaya qoşuldu → ABB mobile-dan DigiDeposit açdı → 50,000 qol

Müştəri kampaniyaya qoşulmazdan əvvəl DigiDepozit açmışdı → kampaniya zamanı yeni DigiDeposit açdı → 50,000 qol

Müştəri kampaniya zamanı DigiDeposit açdı → 50,000 qol qazandı → yenidən DigiDepozit açdı → 0 qol

📌 Kampaniya ərzində yalnız 1 dəfə qol verilir.

 

6. DigiTravel aviabilet nə qədər qol qazandırır?

Bankın təqdim etdiyi DigiTravel bölməsi aviabiletləri ABB mobile tətbiqindən almaq imkanı yaradır. Kampaniya zamanı DigiTravel vasitəsilə aviabilet alan müştərilər 20,000 qol qazanır.

✅ Müştəri kampaniyaya qoşuldu → ABB mobile-dan DigiTravel ilə Bakı-İstanbul bileti aldı → 20,000 qol

❌ Müştəri kampaniyaya qoşulmadan DigiTravel ilə bilet aldı → kampaniyaya qoşuldu → 0 qol

❌ Müştəri kampaniyaya qoşuldu → DigiTravel ilə bilet aldı → 20,000 qol qazandı → yenidən bilet aldı → 0 qol

📌 Kampaniya ərzində yalnız 1 dəfə qol verilir.

7. DigiHesab Max (ilk dəfə) nə qədər qol qazandırır?

ABB-də ilk dəfə DigiHesab Max açan müştərilər 20,000 qol qazanır.

✅ Müştərinin heç vaxt DigiHesab Max-ı olmayıb → kampaniya zamanı açır → 20,000 qol

❌ Müştərinin kampaniyadan əvvəl DigiHesab Max-ı olub → kampaniya zamanı yeni açır → 0 qol

📌 Əvvəl DigiHesab Max açmış müştərilər bu imkandan qol qazana bilməz.

8. Classic/Standart debit kart sifarişi nə qədər qol qazandırır?

Kampaniya zamanı classic və ya standart tipli TamKart, UnionPay, VISA və MasterCard debit kartlardan hər hansı birini sifariş edən (bütün kanallar ilə) müştərilər 20,000 qol qazanır.

✅ Müştərinin heç kartı yox → kampaniya zamanı Classic debit kart sifariş etdi → 20,000 qol

✅ Müştərinin artıq Classic kartı var → kampaniya zamanı standart debit kart sifariş etdi → 20,000 qol

❌ Müştəri Classic kart sifariş etdi → 20,000 qol qazandı → eyni kampaniyada standart kart da sifariş etdi → 0 qol

📌 Yalnız debit kart sifarişi qol qazandırır. Kredit kartı sifarişi bu imkana daxil deyil.

9. Open Banking nə qədər qol qazandırır?

Kampaniyaya qoşulduğunuz anda Open Banking bölməsində digər bank hesabı olmayan müştərilər, kampaniya zamanı digər bank hesabı əlavə etdikdə 10,000 qol qazanır.

✅ Müştərinin qoşulduğu anda Open Banking-də hesabı yox → kampaniya zamanı digər bank hesabı əlavə edir → 10,000 qol

❌ Müştəri kampaniyaya qoşulmazdan əvvəl Open Banking-də artıq digər bank hesabı var → yeni hesab əlavə edir → 0 qol

📌 Şərt 'qoşulduğu anda hesabı olmaması'dır.

10. Dama-dama (ilk dəfə) nə qədər qol qazandırır?

ABB-də ilk dəfə Dama-dama hədəfi yaradan müştərilər 10,000 qol qazanır.

✅ Müştərinin heç vaxt Dama-dama hədəfi olmayıb → kampaniya zamanı ilk hədəfini yaradır → 10,000 qol

❌ Müştərinin kampaniyadan əvvəl 1 Dama-dama hədəfi var → kampaniya zamanı yeni hədəf yaradır → 0 qol

📌 Əvvəl Dama-dama yaratmış müştərilər bu imkandan qol qazana bilməz.

 

🔄 TƏKRARLANAN ƏLAVƏ QOL QAZANMA İMKANLARI

Təkrarlanan əlavə qol qazanma imkanı nədir?

Kampaniya ərzində dəfələrlə qol qazandıra bilən əməliyyatlardır: Nağdsız ödənişlər, Kartlarla ödənilən QR ödənişlər, TamKart-la taksitlə məhsul almaq.

Nağdsız ödənişlər hansı tip əməliyyatlardır?

POS terminal, online alış-veriş saytlarından olan ödənişlər.

Nağdsız ödənişlər necə qol qazandırır?

Hər 1 AZN = 1 qol (Minimum məbləğ 0.01 AZN = 0.01 qol). Məsələn, 50 AZN ödəniş etsəniz, 50 qol qazanırsınız.

📌 Kampaniya dövründə maksimum əməliyyat limiti: 100,000 AZN = 100,000 qol

QR ödənişləri necə qol qazandırır?

Hər 1 AZN = 2 qol (Minimum məbləğ 0.01 AZN = 0.02 qol). Məsələn, 50 AZN QR ödəniş etsəniz, 100 qol qazanırsınız.

📌 Kampaniya dövründə maksimum əməliyyat limiti: 50,000 AZN = 100,000 qol

Xarici valyuta kartları ilə ödəniş etsəm, qol necə hesablanır?

Xarici valyuta (USD, EUR və s.) ilə edilən ödənişlər əməliyyat anında AZN-ə çevrilir (Biznes kartları istisna).

• USD kart ilə 10 USD: Məzənnə 1 USD = 1.70 AZN → 17 AZN = 17 qol

• EUR kart ilə 20 EUR: Məzənnə 1 EUR = 1.85 AZN → 37 AZN = 37 qol

📌 Xarici valyuta əməliyyatları da limitə daxildir.

0.50 AZN ödəniş etsəm, neçə qol qazanıram?

• Retail: 0.50 qol

• QR: 1.00 qol (0.50 × 2)

📌 Minimum məbləğ 0.01 AZN-dir.

Kampaniya limiti nə deməkdir?

• Retail: maksimum 100,000 AZN = 100,000 qol

• QR: maksimum 50,000 AZN = 100,000 qol

📌 Xarici valyuta AZN ekvivalentinə çevrilərək limitə daxil edilir.

Hansı əməliyyatlar istisnadır (qol qazandırmır)?

• Biznes kartları ilə ödənişlər

• Taksit əməliyyatları (ayrıca imkan mövcuddur)

• Kommunal ödənişlər (ABB mobile-da ödənilməyənlər)

• Vergi ödənişləri

• Qumar əməliyyatları

• Top up əməliyyatları

• Əməliyyat adında "PULZ", "Loto", "Casino" və ya "Gambling" tipli əməliyyatlar kampaniyadan istisnadır.

Aşağıdakı MCC kodları ilə edilən əməliyyatlar:

• MCC 1100 — Asan Payments

• MCC 4814 — Faks xidmətləri

• MCC 4816 — Kompüter şəbəkəsi/İnformasiya xidmətləri

• MCC 4829 — Pul köçürmə orderləri

• MCC 4900 — Kommunal xidmətlər (ABB mobile-da ödənilməyən elektrik, su, qaz və s.)

• MCC 6012 — Maliyyə institutları – Ticarət və xidmətlər

• MCC 6050 — Kvazi nağd pul – Maliyyə institutu üzvü

• MCC 6051 — Qeyri-maliyyə institutları – Xarici valyuta, pul orderləri və səyahət çekləri

• MCC 6211 — Qiymətli kağızlar – Brokerlər və dilerlər

• MCC 6300 — Sığorta satışı, anderraytinq və haqlar

• MCC 6513 — Daşınmaz əmlak agentlikləri – İcarə

• MCC 6534 — Pul köçürmə – Maliyyə institutu üzvü

• MCC 6538 — Moneysend köçürmə xidməti

• MCC 6540 — Qeyri-maliyyə institutları – Saxlanılan dəyər kartının alışı/yüklənməsi

• MCC 7273 — Tanışlıq və müşayiət xidmətləri

• MCC 7800 — Dövlət lotereyaları

• MCC 7801 — Lisenziyalı kazinoların onlayn qumarı

• MCC 7802 — Lisenziyalı at/it yarışları

• MCC 7995 — Mərc, lotereya, qumar biletləri

• MCC 8398 — Xeyriyyə və sosial xidmət təşkilatları

• MCC 8651 — Siyasi təşkilatlar

• MCC 8661 — Dini təşkilatlar

• MCC 9211 — Məhkəmə xərcləri, aliment və uşaq saxlama

• MCC 9222 — Cərimələr

• MCC 9223 — Girov ödənişləri

• MCC 9311 — Vergi ödənişləri

• MCC 9399 — Dövlət xidmətləri – Digər

• MCC 9754 — Qumar – At/it yarışları, dövlət lotereyası

• 5999 MCC kodu altında APUS PAYMENT ödənişləri kampaniyadan istisnadır.

Taksit imkanı necə işləyir?

TamKart kredit kartı ilə hər taksit əməliyyatına 10,000 qol qazanırsınız. Kampaniya ərzində maksimum 5 taksit (50,000 qol) əməliyyatına qol hesablanacaq.

Əlavə qol qazanma imkanlarından ən son nə vaxta qədər istifadə edə bilərəm?

Birdəfəlik və təkrarlanan bütün imkanlar üzrə qol qazanma müddəti kampaniyanın son oyunu olan Finalın rəsmi başlama saatına qədərdir. Final oyununun başlamasından sonra edilən əməliyyatlar artıq qol qazandırmır.

 

🏆 SIRALAMA

Sıralama necə hesablanır?

Müştərilər kampaniya ərzində topladıqları ümumi qol sayına görə sıralanır. Daha çox qol = Daha yüksək yer.

Sıralama nə vaxt yenilənir?

Real-time, 48 saat ərzində qol balansınıza əlavə edilir və sıralama yenilənir.

Digər iştirakçıların adlarını görə bilərəmmi?

Xeyr, məxfilik üçün digər iştirakçılar A*** B*** kimi maskalanır. Öz mövqeyinizi siyahıda görə bilərsiniz.

Sıralama cədvəlini harada görə bilərəm?

ABB mobile tətbiqində kampaniya səhifəsində "Sıralama" bölməsində.

Sıralamada eyni sayda qol toplayan müştərilər olduğu halda nə baş verəcək?

Eyni sayda qol toplayan müştərilər liderlər cədvəlində eyni sıranı paylaşır, həmin sıraya aid mükafat hər birinə ayrıca təqdim olunur.

Nümunə:

✅ Müştəri A: 500,000 qol → 8-ci yer → iPhone 17 Pro Max

✅ Müştəri B: 500,000 qol → 8-ci yer → iPhone 17 Pro Max

     ✅Müştəri C: 480,000 qol → 9-cu yer → MacBook Air M4

 

🎁 MÜKAFATLAR

Hansı mükafatlar mövcuddur?

• 1-ci yer: 10,000 AZN Səyahət Kuponu

• 2-ci yer: 7,500 AZN Səyahət Kuponu

• 3-cü yer: 5,000 AZN Səyahət Kuponu

• 4-8-ci yer: iPhone 17 Pro Max 256GB (5 ədəd)

• 9-15-ci yer: MacBook Air 13 M4 (7 ədəd)

• 16-30-cu yer: iPad Air 13-inch M4 (15 ədəd)

• 31-50-ci yer: Apple Watch Series 11 42MM (20 ədəd)

• 51-100-cü yer: Apple AirPods 4 (50 ədəd)

• 101-1,100-cü yer: 10 AZN Keşbek (1,000 nəfər)

• 1,101-6,100-cü yer: 5 AZN Keşbek (5,000 nəfər)

Nə vaxt mükafat veriləcək?

Müştərilərə sıralama cədvəlinin kampaniya başa çatdıqdan sonra ən azı 14 iş günü sonra yekun cədvəl olması bildiriləcək. Daha sonra müştərilərlə əlaqə saxlanılaraq bu barədə məlumat veriləcək.

Mükafatımı necə alacam?

• Fiziki mükafatlar (iPhone, MacBook, iPad və s.): Sizinlə əlaqə saxlanılacaq və təhvil qaydası izah olunacaq.

• Keşbek (5 AZN və 10 AZN): Avtomatik olaraq faydalı balansınıza köçürüləcək.

• Səyahət kuponları: Kupon təqdim olunacaq, 1 il etibarlıdır.

Səyahət kuponu necə istifadə edə bilərəm?

Kupon göndərildikdən sonra 1 il ərzində istənilən vaxt səyahət üçün istifadə edə bilərsiniz. Şərtlər kuponda qeyd olunacaq.

 

🔄 QOL QAZANDIRAN ƏMƏLİYYATLARIN LƏĞVİ VƏ GERİ QAYTARMA HALLARI

Qol qazandıran əməliyyatların ləğvi və ya geri qaytarması hallarında nə olacaq?

Kampaniya daxilində qol qazandıran əməliyyatları ləğv etsəniz, qollar geri çəkilir və sıralamanız yenilənir. Kampaniya bitdikdən sonrakı 14 gün ərzində ləğv edilən əməliyyatlar üzrə qazanılan qollar təqib edilərək geri çəkilir.

Sui-istifadə və ya qayda pozuntusu nə deməkdir?

Süni qol toplama cəhdləri, sistemdən sui-istifadə, çoxlu saxta əməliyyatlar və s. hallar aşkarlanarsa diskvalifikasiya edilirsiniz və bütün qollarınız silinir.

Diskvalifikasiya edilsəm, mükafat ala bilərəmmi?

Xeyr, diskvalifikasiya halında bütün qollar silinir və mükafat hüququ ləğv edilir.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!