ABB yeni nağd kredit kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər ABB-dən kredit alarkən illik faiz dərəcəsində 5%-dək endirim qazanacaqlar. Belə ki, digər banklardakı aktiv krediti bağlayaraq ABB-dən kredit əldə edən müştərilər faiz dərəcəsində 4%-dək endirim əldə edə bilərlər. ABB-də ilk dəfə kredit alan və ya son 90 gün ərzində aktiv krediti olmayan müştərilərə isə illik faiz dərəcəsində əlavə 1% endirim ediləcək. Beləliklə, rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan müştərilər bu fürsətdən yararlanaraq 5%-dək güzəşt əldə etmək imkanına sahib olacaqlar.
Kreditin şərtləri:
- Məbləğ – 50 000 manatadək
- Müddət – 60 ayadək
- Minimal illik faiz dərəcəsi – 10.9%
- Zaminsiz
Kampaniya müddəti: 7 noyabr – 7 dekabr 2025
Nağd krediti olduğunuz yerdən, tam onlayn şəkildə ABB mobile tətbiqindən və ya nagdkredit.az saytında sifariş edə bilərsiniz.
