Mavi Cümə: 7 500 “Xoşgəldin” mili və millərlə alınan aviabiletlərə 35% endirim

Mavi Cümə: 7 500 “Xoşgəldin” mili və millərlə alınan aviabiletlərə 35% endirim

Yeni kartla 7 500 “Xoşgəldin” mili qazanın!

25–29 noyabrda ABB-AZAL Miles kartı əldə edin və 7 500 “Xoşgəldin” mili qazanın. 25–30 noyabrda isə yeni və mövcud kart sahibləri millərlə aviabiletləri 35% endirimlə ala bilərlər.

25.11.2026 - 30.11.2026

Yeni kartla 7 500 “Xoşgəldin” mili qazanın

25-29 noyabr 2026-cı il tarixlərində 150 AZN-lik ABB-AZAL Miles kartı əldə etdikdə 2 000 mil əvəzinə 7 500 “Xoşgəldin” mili qazanacaqsınız. Millər 14 günlük gözləmə müddəti tətbiq edilmədən gün ərzində balansınıza köçürüləcək. Kartı təhvil almadan da həmin millərlə aviabilet ala bilərsiniz.

7 500 "Xoşgəldin" mili Bakı-İstanbul-Bakı, Bakı-Tbilisi-Bakı və bir çox digər istiqamətlərə gediş-gəliş büdcə biletinə bərabərdir.

Kartı ABB mobile tətbiqindən və ya ABB filiallarından əldə edə bilərsiniz.

Millərlə aviabiletinizi 35% endirimlə alın

25-30 noyabr 2026-cı il tarixlərində AZAL mobil tətbiqində millərlə aviabilet alarkən “Bluefriday” promokodunu daxil edin və 35% endirimdən yararlanın.

Endirim həm mövcud, həm də yeni ABB-AZAL Miles kart sahiblərinə şamil olunur. Kampaniya müddətində kart əldə etsəniz, qazandığınız “Xoşgəldin” millərindən də endirimli bilet almaq üçün istifadə edə bilərsiniz.

Aviabilet endiriminin şərtləri:

  • Endirim "Ekonom" (Büdcə və Klassik), "Premium Ekonom" və "Biznes" siniflərinə şamil olunur;
  • 25 dekabr–10 yanvar, 6–14 mart və 19–28 mart tarixlərində həyata keçirilən uçuşlara endirim tətbiq edilmir;
  • Çarter və tranzit reyslər kampaniyaya daxil deyil.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!