3 iyul - 31 iyul 2026-cı il tarixlərində (hər iki tarix daxil) müştərilər ABB mobile-da BakıKart QR ilə ictimai nəqliyyat ödənişlərində 100% keşbek qazanacaqlar. Hər müştəri maksimum 10 gediş limiti daxilində kampaniyadan yararlana bilər.
- Kampaniyadan yalnız ABB mobile-da yaradılmış QR ilə yararlanmaq olar;
- Fiziki kartla, Apple Pay və ya Google Pay və ya digər ödəniş üsulları ilə edilən əməliyyatlara keşbek hesablanmır;
- Hər bir müştəri kampaniyadan yalnız ilk 10 gedişdə yararlana bilər;
- 10-cu uğurlu əməliyyatdan sonra növbəti gedişlər üzrə keşbek hesablanmır;
- Keşbek müştərinin Faydalı keşbek balansına yüklənir;
- Limit müştərinin CIF kodu əsasında hesablanır;
- Faktiki silinən məbləğ qədər keşbek hesablanır (100%). Fərqli marşrutlarda fərqli tariflər ola bilər (0.60 AZN - 1.30 AZN).
- Kampaniya müddəti: 03 iyul 2026 - 31 iyul 2026
- ABB mobile versiyası 10.5.0-dan etibarən
