ABB səhm sifarişçilərinə özəl imtiyazlarını təqdim edir!
Elə indi ABB mobile vasitəsilə səhm sifariş edin, siz də aşağıdakı üstünlüklərdən faydalanmağa başlayın:
🔹 ABB səhmlərini sifariş etməklə siz yüksək dividend gəlirliliyi olan səhmlərə sahib olursunuz. Qeyd edək ki, keçən il üçün dividend gəliri 15.1% təşkil etmişdir. Əvvəlki illərdə isə ABB səhmlərinin qiyməti illik 10-12%-dən çox artmışdır.
🔹 Səhmlərimizi sifariş edərək məbləğin 7%-i dəyərində birdəfəlik illik gəlir qazana bilərsiniz. Qazancınız gün ərzində Faydalı keşbek balansınıza köçürüləcək. Qeyd edək ki, kampaniya yalnız birdəfəlik abunə yazılışı 1000 AZN və daha yuxarı məbləğdə olanlara şamil edilir. Kampaniya 31.08.2024 tarixinədək davam edəcək.
🔹 2024-cü ilin oktyabr ayınadək ABB Mastercard kartları ilə edilən beynəlxalq əməliyyatlara 3% keşbek qazanmaq fürsəti;
🔹 İl ərzində konsert və tədbirlərdə pulsuz iştirak etmək imkanı;
🔹 “Səhmdar” paketi ilə seçilmiş kateqoriyalar üzrə 7%-dək yüksək keşbekli tariflər;
🔹 İpoteka kreditlərinə endirimlər:
Kredit məbləğinin 3%-i həcmində səhm sifariş edən müştərilərə komissiyaya 50% endirim;
Kredit məbləğinin 6%-i həcmində səhm sifariş edən müştərilərə kreditin illik faiz dərəcəsinə 0.5% endirim.
🔹 Nağd kreditlərə 1% endirim: 1000 ədəd və ya daha çox səhm əldə etmək üçün sifariş yerləşdirən müştərilər ABB-də nağd kredit üçün müraciət etdikləri halda kreditin faiz dərəcəsinə 1% endirim əldə edəcəklər;
🔹 Lotereyamızda iştirak edərək yüksək uduşlar qazanma şansı (hər alınan səhmə görə 1 şans);
🔹 ABŞ bazarında səhm ticarət edən zaman tutulan komissiyalarda 100% keşbek.
ABB səhmlərini sifariş edərək imtiyazlardan yararlanmağa tələsin.
