Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış “Qollar qazandırır!” kampaniyasının ardınca ABB yeni kampaniyaya start verir. “ABB Play – Master Liqa” adlanan kampaniya 9 sentyabr 2026-cı il tarixində başlayacaq və 5 iyun 2027-ci ilədək davam edəcək.
“ABB Play – Master Liqa” ABB mobile istifadəçiləri üçün futbol oyunlarının nəticələrini tapmağı gündəlik bank əməliyyatları ilə “gamification” mexanizmində birləşdirir.
Kampaniyaya qoşulan ABB mobile istifadəçiləri futbol oyunlarının nəticələrini taparaq, eyni zamanda ABB-nin müxtəlif məhsul və xidmətlərindən istifadə etməklə qollar toplayacaq və hədiyyələr qazanmaq imkanı əldə edəcəklər. Kredit, kart, ipoteka alışı, DigiTravel, ABB İnvest, Açıq Bankçılıq, DigiDeposit, ödənişlər və digər seçilmiş bank əməliyyatları istifadəçilərə əlavə qollar qazandıracaq.
Kampaniya 4 mərhələdən ibarətdir:
Mərhələ 1: 09.09.2026 – 29.10.2026
Mərhələ 2: 30.10.2026 – 28.12.2026
Mərhələ 3: 29.12.2026 – 01.03.2027
Final: 02.03.2027 – 05.06.2027
Futbol oyunlarının nəticələrini düzgün tapan iştirakçılar da əlavə qollar qazanacaqlar. Dəqiq hesabı tapan istifadəçiyə 10 000 qol, qalibi və ya heç-heçəni düzgün müəyyən edən iştirakçıya isə 4 000 qol veriləcək. Xüsusi seçilmiş oyunlarda, eləcə də final mərhələsində qollar 2 qat hesablanacaq.
Kampaniyada ABB mobile tətbiqinin istifadəçiləri iştirak edə bilərlər. Qol toplamağa başlamaq üçün əvvəlcə ABB mobile-da kampaniyaya qoşulmaq tələb olunur. Bank əməliyyatlarına görə qollar məhsul və əməliyyat növündən asılı olaraq birdəfəlik, hər mərhələdə yenidən və ya əməliyyat həcminə uyğun hesablanacaq.
Minlərlə qalib, böyük hədiyyələr Kampaniyanın ilk üç mərhələsinin mükafatları arasında səyahət kuponları, iPhone 17 Pro Max, MacBook Air M5, iPad Air M4, Apple Watch 11, AirPods 4 və keşbeklər yer alır.
Final mərhələsində isə 10 000 qalib mükafatlandırılacaq.
Əsas hədiyyələr sırasında Sea Breeze-də mənzil, avtomobil, 10 000 AZN dəyərində səyahət kuponu, “Apple” cihazları və keşbeklər var.
Beləliklə, “ABB Play – Master Liqa” futbol həyəcanını gündəlik bankçılıq təcrübəsi ilə birləşdirərək istifadəçilərə kampaniya boyunca qol toplamaq, liderlər sırasında yüksəlmək və böyük hədiyyələr qazanmaq imkanı yaradır.
TEZ-TEZ VERİLƏN SUALLAR (FAQ)
Kampaniya nə vaxt başlayır və bitir?
Kampaniya 09 sentyabr 2026-cı il tarixində başlayır və 05 iyun 2027-ci il tarixli UEFA Çempionlar Liqasının Final oyunu sonlandıqdan sonra başa çatır.
Kampaniyanın hansı mərhələləri var?
Kampaniya 4 ardıcıl mərhələdən ibarətdir və cəmi 450 oyunu əhatə edir:
• Mərhələ 1: 09.09.2026 – 29.10.2026 (100 oyun, 20-si xüsusi olmaqla)
• Mərhələ 2: 30.10.2026 – 28.12.2026 (100 oyun, 20-si xüsusi olmaqla)
• Mərhələ 3: 29.12.2026 – 01.03.2027 (100 oyun, 20-si xüsusi olmaqla)
• Final mərhələsi: 02.03.2027 – 05.06.2027 (150 oyun, hamısı xüsusi olmaqla)
Kampaniyaya necə qoşula bilərəm?
ABB mobile tətbiqini açın, "Kəşf et" bölməsində "ABB Play – Master Liqa" bannerinə toxunun, qaydalarla tanış olun və "Qoşulun" düyməsinə basın. Avatarınızı seçdikdən sonra kampaniyaya rəsmi qoşulursunuz və həmin andan etibarən qollar qazanmağa başlaya bilərsiniz.
Kampaniyada kimlər iştirak edə bilər?
Kampaniyada 18 yaşına çatmış, ABB mobile tətbiqinə malik və onboarding prosesini tamamlamış, Azərbaycan Respublikasının vətəndaşı olan müştərilər iştirak edə bilər.
Kampaniyaya qoşulmaq üçün tətbiqi yeniləmək lazımdırmı?
Bəli, kampaniyasında iştirak üçün ABB mobile tətbiqini aşağıdakı versiyalara yeniləməlisiniz:
• Android: 10.9.0 və ya daha yüksək versiya
• iOS: 10.9.0 və ya daha yüksək versiya
İştirakla bağlı məhdudiyyət varmı (Kimlər hədiyyə qazana bilməz)?
Aşağıdakı şəxslər oyun təxmini yaza bilsələr də, fərdi və ya komanda reytinqində nəzərə alına və kampaniya üzrə mükafat əldə edə bilməzlər:
• Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər;
• ABB əməkdaşları;
• Qanunvericiliyə əsasən Banka aidiyyəti olan şəxslər;
• 18 yaşına çatmamış şəxslər.
Kampaniya müddəti ərzində istənilən vaxt müştərinin statusu qeyd olunan kateqoriyalardan birinə uyğun gələrsə kampaniya üzrə mükafat hüququ itirilir.
Oyun nəticələri üzrə qollar necə hesablanır?
Futbol oyunlarının nəticələrini qeyd edərək aşağıdakı qaydada qollar qazanırsınız:
• Tam dəqiq hesabı tapmaq → 10 000 qol (həm qalib/heç-heçə, həm də hesab tam uyğun olduqda)
• Fərqli hesabla yalnız qalibi və ya heç-heçəni tapmaq → 4 000 qol (nəticə düzgün, lakin hesab fərqli olduqda)
• Səhv nəticə → 0 qol
Qolların hesablanmasında yalnız oyunun əsas vaxtın nəticəsi nəzərə alınır. Əlavə vaxt (15+15) və penalti seriyası nəticəyə daxil edilmir.
Nümunə: Real Madrid – Bayern oyununa 2-1 yazdınız, oyun 2-1 bitdi → 10 000 qol
Nümunə: 2-1 yazdınız, oyun 3-1 bitdi (qalib düz, hesab fərqli) → 4 000 qol
Nümunə: 2-1 yazdınız, oyun 0-2 bitdi → 0 qol
Xüsusi oyunlar( 2x qol rejimi) necə işləyir?
Xüsusi oyunlar zamanı qazanılan qollar 2 qat hesablanır:
• Mərhələ 1, 2 və 3 dövründə: Hər mərhələ üzrə Bank tərəfindən seçilən 20 "Xüsusi" oyunda qollar 2 qat hesablanır (Tam dəqiq hesab: 20 000 qol, Düzgün qalib: 8 000 qol);
• Final mərhələsində: Bütün 150 oyunda qollar avtomatik 2 qat (2x) hesablanır!
Xüsusi oyunlar ABB mobile tətbiqində təxmin pəncərəsində xüsusi işarə ilə göstərilir.
Xüsusi oyun elan edildikdən sonra, oyunun təxirə salınması və ya ləğvi halları istisna olmaqla, dəyişdirilmir.
Oyun nəticəsini nə vaxta qədər daxil edə və dəyişə bilərəm?
Nəticə daxiletmə pəncərəsi oyunun başlamasına 108(yüz səkkiz) saat qalmış açılır. Oyunun rəsmi başlama saatına qədər seçiminizi istənilən sayda dəyişə bilərsiniz. Oyun başladıqda sistemdə qeydə alınmış ən son nəticə əsas götürülür.
Hər oyun üçün hesab nəticəsini daxil etdikdən sonra mobil klaviaturada təsdiq düyməsinə ("Hazırdır" — iOS, "✔️" / "Edildi" — Android) toxunmalısınız. Təxmininiz yalnız bu düymə basıldıqdan sonra sistemdə qeydə alınır.
Qeyd etdiyim oyun təxirə salınarsa və ya ləğv edilərsə nə olur?
Rəsmi olaraq ləğv edilmiş və ya təxirə salınmış oyunlar üzrə 0 qol hesablanır.
Texniki səbəbdən (internet kəsilməsi, tətbiq problemi və s.) banner görünməzsə nə olur?
Hər hansı texniki səbəbdən kampaniya banneri görünməzsə, sistemdə ən son yadda saxlanılmış təxmininiz yekun sayılır.
Birdəfəlik əlavə qol qazanma imkanları nədir?
Bütün kampaniya dövründə yalnız 1 dəfə qol qazandıran xüsusi bank məhsulları və əməliyyatlarıdır.
"Qoşulun düyməsini basdıqdan sonra" şərti nə deməkdir?
Kampaniyaya qoşulmazdan əvvəl edəcəyiniz əməliyyatlara qol hesablanmayacaq. Mütləq əvvəlcədən kampaniyaya qoşulmalı, daha sonra əməliyyat etməlisiniz.
Səhv: 1 sentyabr – Kredit əldə etdim → 15 sentyabr – Kampaniyaya qoşuldum → 0 qol
Düzgün: 15 sentyabr – Kampaniyaya qoşuldum → 16 sentyabr – Kredit əldə etdim → 20 000 qol
Bütün mərhələlər üzrə (Final mərhələsi daxil) bank məhsulları və bank əməliyyatları ilə həmin mərhələnin son gününün sonunadək, oyun nəticələri isə hər bir matçın rəsmi başlama anınadək qəbul edilir.
1. Sea Breeze – ev ipotekası nə qədər qol qazandırır?
Sea Breeze üzrə ev ipotekası əldə edən müştərilər kampaniya boyu 1 dəfə 100 000 qol qazanır.
Müştəri kampaniyaya qoşuldu → Sea Breeze ipotekası rəsmiləşdirdi → 100 000 qol
Kampaniyadan əvvəl rəsmiləşdirilmiş kreditlərə qol verilmir.
Müştəri Sea Breeze ipotekası ilə 100 000 qol qazandı → kampaniyada ikinci ipoteka götürdü → 0 qol
Kampaniya ərzində yalnız 1 dəfə qol hesablanır.
2. Dövlət və daxili ipoteka nə qədər qol qazandırır?
Dövlət və ya daxili ipoteka krediti əldə edən müştərilər kampaniya boyu 1 dəfə 50 000 qol qazanır.
Qeyd: Sea Breeze – ev ipotekası bu bənddən istisnadır.
Müştəri kampaniyaya qoşuldu → daxili ipoteka rəsmiləşdirdi → 50 000 qol
Kampaniyadan əvvəl rəsmiləşdirilmiş ipoteka üzrə qol verilmir.
Kampaniya ərzində yalnız 1 dəfə qol hesablanır.
3. TamKart Kredit kartı limit açmaq nə qədər qol qazandırır?
Kampaniyaya qoşulduqdan sonra TamKart kredit kartlarında yeni kredit limiti açıldıqda 20 000 qol qazanılır.
Nümunə 1: Müştərinin kredit kartı yoxdur → kampaniyaya qoşulur → TamKart limiti açır → 20 000 qol
Nümunə 2: Müştərinin 1 000 AZN limiti var → kampaniya zamanı limiti 2 000 AZN edir → 0 qol (limit artımı qol vermir)
Nümunə 3: Müştəri mövcud TamKart limitini bağlayıb yenidən TamKart limiti açır → 0 qol (eyni məhsul təkrar qol vermir)
Qol müraciət anında deyil, limitin faktiki aktivləşdiyi anda hesablanır.
Qeyd: Kampaniya ərzində Bank tərəfindən yeni kredit kartı məhsulu yaradılarsa, mövcud kartını həmin yeni məhsula dəyişən (yeni limit açan) müştərilərə 20 000 qol təqdim ediləcəkdir.
4. Fayda Max abunəliyi nə qədər qol qazandırır?
Kampaniyaya qoşulduqdan sonra ilk dəfə Fayda Max abunəliyi aktiv edən müştərilər 5 000 qol qazanır.
Müştəri qoşulduqdan sonra Fayda Max abunəliyi aktiv etdi → 5 000 qol
Müştərinin kampaniyaya qoşulmazdan əvvəl aktiv Fayda Max abunəliyi var idi → 0 qol
Kampaniya ərzində yalnız 1 dəfə qol verilir. Abunəliyin səviyyəsindən asılı olmayaraq eyni qol hesablanır.
Mərhələ üzrə əlavə qol qazanma imkanları nədir və neçə dəfə istifadə oluna bilər?
Hər mərhələdə (Mərhələ 1, 2, 3 və Final) 1 dəfə qol qazandırır. Yeni mərhələ başlayan kimi bu imkanlar yenidən aktivləşir və kampaniya boyu cəmi 4 dəfə qol qazana bilərsiniz.
5. Master Card World Elite (ABB AZAL Miles və ya Qarabağ FK) nə qədər qol qazandırır?
Hər mərhələdə bu kartlardan birini sifariş edən müştərilər hər mərhələdə 30 000 qol (4 mərhələ üzrə cəmi 120 000 qol) qazanır.
Mərhələ 1-də Qarabağ FK Master Card World Elite kartı sifariş etdi → 30 000 qol
Mərhələ 2-də ABB AZAL Miles Master Card World Elite sifariş etdi → 30 000 qol
Eyni mərhələdə hər iki kartı sifariş etdi → yalnız 30 000 qol (mərhələdə 1 dəfə)
Hər mərhələdə yalnız 1 dəfə qol verilir.
6. İstehlak krediti nə qədər qol qazandırır?
Hər mərhələdə istehlak krediti götürən müştərilər hər mərhələdə 20 000 qol (cəmi 80 000 qol) qazanır. Qol müraciət anında deyil, vəsait hesaba köçdüyü anda hesablanır.
Müştəri Mərhələ 1-də istehlak krediti götürdü → vəsait hesaba köçdü → 20 000 qol
Həmin müştəri Mərhələ 2-də yenidən istehlak krediti götürdü → 20 000 qol
Kredit müraciəti təsdiqlənməzsə və ya vəsait köçməzsə → 0 qol
Müraciət Mərhələ 1-də edilib, vəsait Mərhələ 2-də köçübsə, qol Mərhələ 2-yə aid edilir.
7. "İndi al, sonra ödə" (BNPL) nə qədər qol qazandırır?
Tərəfdaş mağazalardan BNPL ilə alış edən müştərilər hər mərhələdə 20 000 qol (cəmi 80 000 qol) qazanır. Qol satış rəsmi təsdiqləndiyi anda hesablanır.
Mərhələ 1-də partnyor mağazadan BNPL ilə alış etdi → 20 000 qol
Həmin müştəri Mərhələ 2-də yenidən BNPL ilə alış etdi → 20 000 qol
Müştəri məhsulu geri qaytardı → 20 000 qol geri çəkilir.
8. ABB AZAL Miles Visa Infinite nə qədər qol qazandırır?
Hər mərhələdə Visa Infinite kartı sifariş edən müştərilər hər mərhələdə 15 000 qol (cəmi 60 000 qol) qazanır.
Müştəri Mərhələ 1-də ABB AZAL Miles Visa Infinite sifariş etdi → 15 000 qol
Həmin müştəri Mərhələ 3-də yenidən bu kartdan sifariş etdi → 15 000 qol
Eyni mərhələdə 2 ədəd sifariş etdi → yalnız 15 000 qol
9. ABB İnvest (ABŞ səhm alışı) nə qədər qol qazandırır?
ABB İnvest vasitəsilə ABŞ birjasında minimum birdəfəlik 100 USD dəyərində səhm alan müştərilər hər mərhələdə 15 000 qol (cəmi 60 000 qol) qazanır.
Müştəri 120 USD dəyərində Apple səhmi aldı → 15 000 qol
Müştəri 50 USD dəyərində səhm aldı → 0 qol (minimum 100 USD tələbi ödənməyib)
Müştəri 2 dəfə 60 USD-lik ayrı-ayrı alış etdi → 0 qol (birdəfəlik alış minimum 100 USD olmalıdır)
10. DigiTravel (aviabilet alışı) nə qədər qol qazandırır?
ABB Mobile-da DigiTravel bölməsindən aviabilet alan müştərilər hər mərhələdə 15 000 qol (cəmi 60 000 qol) qazanır.
Müştəri Mərhələ 1-də DigiTravel ilə Bakı–İstanbul bileti aldı → 15 000 qol
Həmin müştəri Mərhələ 2-də yenidən bilet aldı → 15 000 qol
Bilet ABB mobile xaricindən (başqa saytdan) alındı → 0 qol
Müştəri bileti geri qaytardı (reverse) → 15 000 qol geri çəkilir.
11. Digər Premium debet kartlar nə qədər qol qazandırır?
Mərhələ ərzində Travel Card, Premium/Platinum/Gold debet kartlarından birini sifariş edən müştərilər hər mərhələdə 5 000 qol (cəmi 20 000 qol) qazanır.
Müştəri Mərhələ 1-də Travel Card sifariş etdi → 5 000 qol
Müştəri Mərhələ 2-də Platinum debet kart sifariş etdi → 5 000 qol
Eyni mərhələdə həm Travel Card, həm Gold kart sifariş etdi → yalnız 5 000 qol
Qeyd: ABB AZAL Miles Master Card World Elite və Qarabağ FK Master Card World Elite kartları bu qrupdan istisnadır
12. Mastercard Classic/Standart debit kart sifarişi nə qədər qol qazandırır?
Hər mərhələdə Mastercard Classic/Standart debet kart sifarişi 3 000 qol (cəmi 12 000 qol) qazandırır.
Müştəri Mərhələ 1-də Mastercard Standart debet kart sifariş etdi → 3 000 qol
Müştəri Visa Classic debet kart sifariş etdi → 3 000 qol yox, 1 000 qol (Mastercard olmayan kateqoriya)
13. Açıq bankçılıq nə qədər qol qazandırır?
ABB mobile-da digər bank hesabını əlavə edən müştərilər hər mərhələdə 3 000 qol (cəmi 12 000 qol) qazanır.
Müştəri Mərhələ 1-də digər bankdakı hesabını ABB mobile-a əlavə etdi → 3 000 qol
Həmin müştəri Mərhələ 2-də başqa bir bank hesabını əlavə etdi → 3 000 qol
Eyni mərhələdə 2 hesab əlavə etdi → yalnız 3 000 qol
14. Sadə debit kart (Master Card olmayan) sifarişi nə qədər qol qazandırır?
Mastercard olmayan digər sadə debet kart sifarişi hər mərhələdə 1 000 qol (cəmi 4 000 qol) qazandırır.
Müştəri Mərhələ 1-də Visa Classic debet kart sifariş etdi → 1 000 qol
Kredit kartı sifarişi bu imkana daxil deyil.
Gündəlik əlavə qol qazanma imkanları necə işləyir?
Gündəlik əlavə qol qazanma imkanları üzrə qollar hər günün sonunda hesabınızdakı qalığa və ya depozit statusunuza əsasən gündəlik olaraq qeydə alınır.
Hər 3 imkan bir-birindən müstəqildir. Hər üç şərti eyni gündə ödəyən müştəri gündə cəmi 350 qol qazana bilər.
15. DigiDeposit gündəlik qolları necə hesablanır?
DigiDeposit üzrə gündəlik 150 qol yalnız aşağıdakı 3 haldan biri baş verdikdə aktiv günlər üzrə verilir (Flat — məbləğdən asılı olaraq artmır):
• YENİ DigiDeposit — Kampaniyaya qoşulduqdan sonra ABB mobile-da ONLİNE açılıb (filialdan yox);
• ƏVVƏLDƏN VAR İDİ — Kampaniyaya qoşulduqdan sonra həmin depozit avtomatik uzanır (prolonqasiya olur);
• ƏVVƏLDƏN VAR İDİ — Kampaniyaya qoşulduqdan sonra depozitin məbləği artırılır (məsələn, 10 000 AZN idi, 11 000 AZN oldu).
Müştəri qoşuldu → ABB mobile-da yeni DigiDeposit açdı → depozit 100 gün aktiv qaldı → 15 000 qol
Müştərinin 3 aylıq depoziti var idi, avtomatik uzanma seçilmişdi → uzanma tarixi qoşulmadan sonraya düşdü → həmin gündən qol hesablanmağa başladı
Depozit filialda açılıb (ABB mobile-da yox) → 0 qol
Birdən çox aktiv depoziti olan müştəri üçün gündəlik qol yalnız 1 dəfə (150 qol) hesablanır.
16. DigiHesab Max gündəlik qolu necə hesablanır?
Gün sonu qalığı minimum 500 AZN olan müştərilər hər gün 150 qol qazanır (500 AZN və ya 50 000 AZN olmasından asılı olmayaraq sabit 150 qol/gün).
Gün sonu qalıq 600 AZN → 150 qol
Gün sonu qalıq 50 000 AZN → yenə 150 qol (məbləğ artdıqca qol artmır)
Gün sonu qalıq 400 AZN → 0 qol
Müştərinin bir neçə DigiHesab Max hesabı olduqda, gün sonu qalıq şərti bütün hesablarının qalıqlarının cəminə əsasən qiymətləndirilir.
17. Dama-Dama gündəlik qolu necə hesablanır?
Dama-Dama balansında gün sonu minimum 100 AZN qalıq saxlayan müştərilər hər gün 50 qol qazanır (Flat — sabit 50 qol/gün).
Gün sonu Dama-Dama qalığı 150 AZN → 50 qol
Gün sonu qalıq 80 AZN → 0 qol
Müştərinin bir neçə Dama-Dama hesabı olduqda, gün sonu qalıq şərti bütün hesablarının qalıqlarının cəminə əsasən qiymətləndirilir.
Təkrarlanan əlavə qol qazanma imkanları nədir?
Kampaniya dövründə dəfələrlə qol qazandıra bilən nağdsız ödəniş növləridir. Hər imkanın öz qol nisbəti və hər mərhələ üçün ayrıca dövriyyə limiti var.
18. TamKart kredit limitindən retail/taksit nə qədər qol qazandırır?
TamKart kredit limitindən edilən həm adi (retail), həm də taksitli alış-verişlər 1 AZN = 3 qol nisbəti ilə hesablanır. Mərhələ limiti 10 000 AZN-dir (max 30 000 qol/mərhələ).
Nümunə: TamKart kredit limiti ilə 100 AZN-lik retail alış → 300 qol
Nümunə: TamKart kredit limiti ilə 500 AZN-lik məhsulu 6 aylıq taksitlə aldı → 1 500 qol (taksit və retail eyni nisbətlə hesablanır)
Mərhələdə artıq 10 000 AZN dövriyyə edilib (30 000 qol qazanılıb) → əlavə əməliyyatlara qol verilmir
Taksit üçün ayrıca imkan yoxdur — retail ilə eyni nisbətdə, birbaşa məbləğə görə hesablanır.
19. Mastercard debet kart retail nə qədər qol qazandırır?
Mastercard debet kartla edilən retail alış-verişlər 1 AZN = 2 qol nisbəti ilə hesablanır. Mərhələ limiti 20 000 AZN-dir (max 40 000 qol/mərhələ).
Nümunə: Mastercard debet kartı ilə 50 AZN market ödənişi → 100 qol
Digər ödəniş sisteminə bağlı debet kartla ödəniş → bu imkana aid deyil
20. QR ödəniş (ABB POS) nə qədər qol qazandırır?
ABB mobile-da "QR ödəniş" bölməsindən mağaza və ya iaşə obyektindəki ABB POS terminalında edilən QR ödənişlər 1 AZN = 2 qol nisbəti ilə hesablanır. Mərhələ limiti 10 000 AZN-dir (max 20 000 qol/mərhələ).
Nümunə: ABB POS-da QR ilə 40 AZN ödəniş → 80 qol
Digər bankın POS terminalında edilən QR ödəniş → qol qazandırmır (yalnız ABB POS keçərlidir)
21. ABB mobile avtoödəniş nə qədər qol qazandırır?
ABB mobile-da seçilmiş avtoödəniş (təkrarlanan) rejimdə qurulmuş ödənişlər 1 AZN = 3 qol nisbəti ilə hesablanır. Mərhələ limiti 1 000 AZN-dir (max 3 000 qol/mərhələ).
Seçilmiş ödəniş dedikdə bunlar nəzərdə tutulur: mobil operator ödənişləri, kommunal ödənişlər (elektrik, su, qaz və s.), internet abunəliyi ödənişləri, televiziya abunəliyi ödənişləri, stasionar telefon ödənişləri.
Nümunə: Tətbiqdə avtoödəniş-də qurulmuş kommunal ödəniş (50 AZN) → 150 qol
Eyni ödənişi avtoödəniş olmadan etdiniz → qol qazandırmır
Yalnız avtoödəniş olan ödənişlər hesablanır — adi ödənişlər daxil deyil.
22. Debet kart retail (Mastercard olmayan) nə qədər qol qazandırır?
Mastercard olmayan debet kartlarla edilən retail alış-verişlər 1 AZN = 1 qol nisbəti ilə hesablanır. Mərhələ limiti 10 000 AZN-dir (max 10 000 qol/mərhələ).
Nümunə: Visa debet kartı ilə 80 AZN ödəniş → 80 qol
Mastercard debet kart eyni əməliyyata görə daha yüksək nisbətlə hesablanır.
23. BakuKart QR (nəqliyyatda oxutma) nə qədər qol qazandırır?
ABB mobile-da yaradılmış BakuKart QR-ın ictimai nəqliyyatda oxudulması 1 oxutma = 100 qol nisbəti ilə hesablanır. Mərhələ limiti 60 oxutmadır (max 6 000 qol/mərhələ).
Nümunə: Avtobusda BakuKart QR ilə 10 dəfə oxutma → 1 000 qol
Mərhələdə artıq 60 oxutma edilib → əlavə oxutmalara qol verilmir
Kredit və ya debet kartımla QR ödəniş etsəm, qollar necə hesablanacaq?
QR ödənişlər zamanı hansı kart növünün seçilməsindən asılı olmayaraq, əməliyyat "QR ödəniş (ABB POS)" əlavə qol qazanma imkanı üzrə hesablanacaq və hər 1 AZN üçün 2 qol qazandıracaqdır.
Bütün əlavə qol qazanma imkanları kampaniyanın başlanğıcından mövcud olacaqmı?
Əksər əlavə qol qazanma imkanları kampaniyanın ilk günündən aktivdir. Bəzi əlavə qol qazanma imkanları isə kampaniya gedişində əlavə oluna bilər — belə hallarda tətbiqdə həmin əlavə qol qazanma imkanları yanında "Tezliklə" işarəsi görünür. əlavə qol qazanma imkanları aktivləşdirildikdə, o, bütün istifadəçilər üçün eyni vaxtda əlçatan olur.
Mərhələ limiti nə deməkdir?
Hər əlavə qol qazanma imkanları üzrə mərhələdə qol qazana biləcəyiniz maksimum dövriyyə məbləği müəyyən edilib. Dövriyyəniz bu limitə çatana qədər qol nisbətə uyğun hesablanır; limit dolduqdan sonra həmin mərhələnin qalan hissəsində eyni əlavə qol qazanma imkanları üzrə əlavə əməliyyatlara qol verilmir. Yeni mərhələ başladıqda limitlər sıfırlanır və yenidən tam limitə qədər qol qazana bilərsiniz.
Nümunə: Mərhələ 1-də Mastercard debet ilə 20 000 AZN dövriyyə etdiniz → 40 000 qol (limit doldu). Həmin mərhələdə növbəti ödənişlərə qol verilmir. Mərhələ 2 başlayanda yenidən 20 000 AZN-lik limit açılır.
Xarici valyuta ilə alış-verişdə qol necə hesablanır?
Xarici valyuta (USD, EUR və s.) ilə edilən ödənişlər əməliyyat anında rəsmi məzənnə ilə AZN-ə çevrilir və AZN ekvivalenti üzrə qol hesablanır:
• Mastercard debet ilə 10 USD: Məzənnə 1.70 AZN → 17 AZN × 2 = 34 qol
• TamKart kredit ilə 20 EUR: Məzənnə 1.85 AZN → 37 AZN × 3 = 111 qol
Xarici valyuta əməliyyatları da müvafiq kateqoriyanın mərhələ limitinə daxildir.
Hansı əməliyyatlar istisnadır (qol qazandırmır)?
Aşağıdakı əməliyyatlar kampaniya çərçivəsində istisnadır və qol verilmir:
• Biznes və korporativ kartlarla ödənişlər;
• ABB mobile xaricində edilən kommunal və vergi ödənişləri;
• Nağdlaşdırma, pul köçürmələri və kartdan-karta (C2C, Card-to-Card, AFT) əməliyyatları;
• Qumar, mərc, lotereya və balans artırma (top-up) əməliyyatları;
• Əməliyyat adında (Merchant Name) "PULZ", "Loto", "Casino" və ya "Gambling" tipli əməliyyatlar;
• Digər bankların kartları ilə edilən ödənişlər;
• Ləğv/reverse/chargeback edilmiş əməliyyatlar;
• Süni dövriyyə məqsədli əməliyyatlar.
• Kredit, kredit kartı, istehlak krediti və ipoteka üzrə aylıq ödəniş/borc geri ödənişi əməliyyatları;
Hansı MCC kodları ilə edilən əməliyyatlar istisnadır?
• MCC 1100 — Asan Payments
• MCC 4814 — Faks xidmətləri
• MCC 4816 — Kompüter şəbəkəsi/İnformasiya xidmətləri
• MCC 4829 — Pul köçürmə orderləri
• MCC 4900 — Kommunal xidmətlər (ABB mobile-da ödənilməyən elektrik, su, qaz və s.)
• MCC 6012 — Maliyyə institutları – Ticarət və xidmətlər
• MCC 6050 — Kvazi nağd pul – Maliyyə institutu üzvü
• MCC 6051 — Qeyri-maliyyə institutları – Xarici valyuta, pul orderləri və səyahət çekləri
• MCC 6211 — Qiymətli kağızlar – Brokerlər və dilerlər
• MCC 6300 — Sığorta satışı, anderraytinq və haqlar
• MCC 6513 — Daşınmaz əmlak agentlikləri – İcarə
• MCC 6534 — Pul köçürmə – Maliyyə institutu üzvü
• MCC 6538 — Moneysend köçürmə xidməti
• MCC 6540 — Qeyri-maliyyə institutları – Saxlanılan dəyər kartının alışı/yüklənməsi
• MCC 7273 — Tanışlıq və müşayiət xidmətləri
• MCC 7800 — Dövlət lotereyaları
• MCC 7801 — Lisenziyalı kazinoların onlayn qumarı
• MCC 7802 — Lisenziyalı at/it yarışları
• MCC 7995 — Mərc, lotereya, qumar biletləri
• MCC 8398 — Xeyriyyə və sosial xidmət təşkilatları
• MCC 8651 — Siyasi təşkilatlar
• MCC 8661 — Dini təşkilatlar
• MCC 9211 — Məhkəmə xərcləri, aliment və uşaq saxlama
• MCC 9222 — Cərimələr
• MCC 9223 — Girov ödənişləri
• MCC 9311 — Vergi ödənişləri
• MCC 9399 — Dövlət xidmətləri – Digər
• MCC 9754 — Qumar – At/it yarışları, dövlət lotereyası
• 5999 MCC kodu altında APUS PAYMENT ödənişləri kampaniyadan istisnadır.
Sıralama necə hesablanır və yenilənir?
Müştərilər topladıqları qol sayına əsasən real vaxt rejimində dinamik sıralanır. Qollar əməliyyatdan sonra 48 saat ərzində balansa əlavə edilir. Məxfilik məqsədilə digər iştirakçıların adları maskalanır (məsələn: A*** B***).
Hər mərhələnin tur reytinqi yalnız həmin mərhələ ərzində toplanan qolları əks etdirir və yeni mərhələ başladıqda sıfırdan formalaşır. Hər bir turda toplanan qollar isə Ümumi (Final) reytinqə əlavə olunmaqda davam edir və kampaniya sonuna qədər kumulyativ olaraq saxlanılır.
Sıralama cədvəlini harada görə bilərəm?
ABB mobile tətbiqində kampaniya səhifəsindəki "Sıralama" bölməsində.
Sıralamada eyni sayda qol toplayan müştərilər olduğu halda nə baş verir?
Eyni sayda qol toplayan müştərilər olduqda, ilk 100 fərdi yer üzrə qalibləri müəyyən etmək üçün rəsmi 3 pilləli mexanizm tətbiq edilir:
• Dəqiq nəticə (hesab) sayı ən çox olan müştəriyə üstünlük verilir;
• Bərabərlik davam edərsə, fərqli hesabla qalibi/heç-heçəni düzgün tapma sayı ən çox olan müştəriyə üstünlük verilir;
• Bərabərlik yenə də davam edərsə, 2x (Xüsusi) oyunlar üzrə düzgün nəticə sayı ən çox olan müştəriyə üstünlük verilir.
Yalnız bu 3 meyardan sonra da tam bərabərlik qalarsa, həmin iştirakçılar eyni sıranı bölüşür və sıraya aid mükafat hər birinə ayrıca təqdim olunur. İlk 100 yerdən sonrakı sıralarda eyni qol toplayan müştərilər birbaşa eyni sıranı paylaşır.
Nümunə: Müştəri A: 500 000 qol → 8-ci yer → iPhone 17 Pro Max
Nümunə: Müştəri B: 500 000 qol → 8-ci yer → iPhone 17 Pro Max
Nümunə: Müştəri C: 480 000 qol → 9-cu yer → MacBook Air M5
Mərhələ mükafatı qazansam, növbəti mərhələdə yenə qazana bilərəmmi?
Bir mərhələdə mərhələ (tur) mükafatını ilk 100 yeri tutaraq qazanan müştəri digər mərhələlərdə mərhələ mükafatı qazana bilmir. Lakin onun topladığı bütün qollar kumulyativ Final reytinqində qalır və o, böyük Final mükafatlarını qazanmaq hüququnu tam saxlayır.
Nümunə: Mərhələ 1-də 50-ci yer tutub iPhone qazandınız → Mərhələ 2-də yenə yüksək yer tutsanız da mərhələ mükafatı almırsınız, lakin bütün qollarınız Final sıralamasında qalır və Final mükafatı uğrunda yarışırsınız.
Hansı mükafatlar mövcuddur?
Mərhələ (Tur) Mükafatları — Mərhələ 1, 2 və 3-ün hər birində 6 100 qalib (cəmi 18 300 qalib):
• 1-ci yer: 10 000 AZN Səyahət Kuponu
• 2-ci yer: 5 000 AZN Səyahət Kuponu
• 3-cü yer: 3 500 AZN Səyahət Kuponu
• 4-8-ci yer: iPhone 17 Pro Max 256GB (5 ədəd)
• 9-14-cü yer: MacBook Air 13 M5 (6 ədəd)
• 15-21-ci yer: iPad Air 13-inch M4 (7 ədəd)
• 22-29-cu yer: Apple Watch Series 11 42MM (8 ədəd)
• 30-100-cü yer: Apple AirPods 4 (71 ədəd)
• 101-600-cü yer: 20 AZN Keşbek (500 nəfər)
• 601-6 100-cü yer: 10 AZN Keşbek (5 500 nəfər)
Final Mükafatları (10 000 qalib):
• 1-ci yer: Sea Breeze-də mənzil (1 ədəd)
• 2-ci yer: Avtomobil (1 ədəd)
• 3-cü yer: 10 000 AZN Səyahət Kuponu (1 ədəd)
• 4-15-ci yer: iPhone 17 Pro Max 256GB (12 ədəd)
• 16-30-cu yer: MacBook Air 13 M5 (15 ədəd)
• 31-55-ci yer: iPad Air 13-inch M4 (25 ədəd)
• 56-100-cü yer: Apple Watch Series 11 42MM (45 ədəd)
• 101-200-cü yer: Apple AirPods 4 (100 ədəd)
• 201-400-cü yer: 50 AZN Keşbek (200 nəfər)
• 401-1 000-ci yer: 20 AZN Keşbek (600 nəfər)
• 1 001-5 000-ci yer: 15 AZN Keşbek (4 000 nəfər)
• 5 001-10 000-ci yer: 10 AZN Keşbek (5 000 nəfər)
Mükafatımı necə və nə vaxt alacam?
Mərhələ və ya kampaniya bitdikdən sonra qaliblərin müəyyənləşdirilməsi və təhvili iki müstəqil mərhələdə həyata keçirilir:
• Yekun reytinqin formalaşdırılması: Mərhələ və ya bütöv kampaniya başa çatdıqdan sonra ən çoxu 21 iş günü ərzində bütün yoxlamalar tamamlanır və rəsmi qaliblər elan olunur;
• Mükafatların təhvili prosesi: Yekun nəticələr açıqlandıqdan sonra 14 iş günü ərzində təqdimat icra edilir.
Mükafat növləri üzrə təhvil qaydası:
• Faydalı keşbeklər: Qaliblərə mükafat təqdim edilərkən müştərinin Faydalı keşbek balansına yüklənir;
• Fiziki mükafatlar (Mənzil, Avtomobil, Apple): Qaliblərlə əlaqə saxlanılaraq rəsmi təhvil verilir;
• Səyahət kuponları: Təqdim edildiyi tarixdən etibarən 1 il müddətində etibarlıdır.
Səyahət kuponunu necə istifadə edə bilərəm?
Kupon təqdim edildikdən sonra 1 il ərzində istənilən vaxt səyahət üçün istifadə edə bilərsiniz. İstifadə şərtləri kuponun özündə qeyd olunacaq.
90 günlük mükafat itkisi qaydası nədir?
Qalib olan müştəri mükafatını qaliblərin rəsmi elan edildiyi tarixdən etibarən 90 (doxsan) təqvim günü ərzində Bankdan təhvil almazsa (və ya Bankla əlaqə saxlamazsa), mükafat almaq hüququ ləğv olunur və müvafiq mükafat Bankın balansına qaytarılır.
Mükafatlar üzərindən vergi ödəməli olacağammı?
Mükafatlar üzrə vergi öhdəlikləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir.
Qol qazandıran əməliyyat ləğv edilərsə (reverse) nə baş verir?
Kampaniya daxilində qol qazandıran əməliyyat ləğv edilərsə (reverse), həmin qollar dərhal geri çəkilir, sıralamanız yenilənir. Kampaniya bitdikdən sonrakı 14 iş günü ərzində ləğv edilən əməliyyatlar da təqib edilərək geri çəkilir.
Nümunə: BNPL ilə alış etdiniz → 20 000 qol qazandınız → məhsulu geri qaytardınız → 20 000 qol geri çəkilir
Sui-istifadə və ya saxtakarlıq aşkarlandıqda nə olur?
Süni qol toplama cəhdləri, sistemdən sui-istifadə və ya saxta əməliyyatlar aşkarlandıqda iştirakçı diskvalifikasiya olunur, bütün qolları silinir və mükafat hüququ ləğv edilir.
Diskvalifikasiya edilsəm, mükafat ala bilərəmmi?
Xeyr, diskvalifikasiya halında bütün qollar silinir və mükafat hüququ tam ləğv edilir.
Kampaniya vaxtından əvvəl dayandırılarsa nə olur?
Bank qanunvericiliyin tələbləri, səlahiyyətli dövlət orqanının qərarı, texniki və ya digər obyektiv hallardan irəli gələrək, yaxud öz təşəbbüsü ilə Kampaniya Qaydalarında dəyişiklik etmək və ya kampaniyanı vaxtından əvvəl dayandırmaq hüququna malikdir. Belə hallarda müştərilər ABB mobile tətbiqi və Bankın rəsmi kommunikasiya kanalları vasitəsilə məlumatlandırılır.
Kampaniya vaxtından əvvəl dayandırılarsa:
• Tam başa çatmış mərhələlər üzrə mükafatlar tam həcmdə veriləcək;
• Davam edən mərhələ üzrə mükafatlar dayandırılma tarixindəki reytinqə əsasən veriləcək;
• Final mərhələsi başladıqdan sonra dayandırılarsa, Final mükafatları dayandırılma səbəbi və mövcud reytinq nəzərə alınmaqla ayrıca müəyyənləşdiriləcək;
Kampaniya ilə bağlı mübahisə yaranarsa necə həll olunur?
Kampaniya ilə bağlı yaranan mübahisələr müştəri tərəfindən qəbul edilən Kampaniya Qaydaları və Şərtləri, habelə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında həll edilir.
