ABB mobile-da yeni funksiya: Uşaq profili

ABB mobile ilə maliyyə öyrənmək uşaq işidir!

Maliyyə savadlılığı kiçik yaşlardan başlayır.

20.07.2026 - 20.06.2036

Maliyyə savadlılığı kiçik yaşlardan başlayır

ABB mobile-ın yeni “Uşaq profili” ilə övladınız pulun dəyərini öyrənir, siz isə onun maliyyə vərdişlərini təhlükəsiz və rahat şəkildə idarə edirsiniz.

Övladınız üçün Uşaq profili yaradın

Övladınızın Uşaq profilindən istifadəyə başlaması üçün ABB mobile-da:

Övladınızın Alpha kartına daxil olun;

“İcazə ver” seçimini edin;

Övladınıza aid telefon nömrəsi, doğum tarixi və FİN məlumatlarını daxil edin;

SİMA İmza vasitəsilə “Razılıq Ərizəsi”ni imzalayın;

Qeydiyyat linkini övladınızla paylaşın.

Bundan sonra övladınız ABB mobile tətbiqini yükləyərək qeydiyyatdan keçir və Uşaq profilinə daxil olur.
Qeyd: Hər bir övlad və hər bir kart üçün ayrıca icazə prosesi tələb olunur. Valideynin şəxsiyyət vəsiqəsi yeni nəsil şəxsiyyət vəsiqəsi olmalıdır.

Tapşırıqları oyuna çevirin

Məsuliyyət qazanmaq indi daha motivasiyalıdır. Övladınıza gündəlik tapşırıqlar təyin edin, hər tapşırıq üçün mükafat məbləği müəyyənləşdirin və tapşırıq tamamlandıqdan sonra vəsaiti bir toxunuşla göndərin.

Cib xərcliyini asanlıqla göndərin

Övladınız ehtiyac olduqda tətbiq vasitəsilə sizə pul istəyi sorğusu göndərə bilər. Sorğunu təsdiqləyin və cib xərcliyini saniyələr ərzində köçürün.

Nəzarət həmişə sizdədir

Balansı izləyin, gündəlik xərcləmə limitlərini təyin edin və bütün əməliyyatları rahatlıqla nəzarətdə saxlayın. Övladınız maliyyəni öyrənərkən siz də onun xərclərini təhlükəsiz şəkildə idarə edin.

Gələcəyin maliyyə vərdişləri bu gündən başlayır. Uşaq profili övladınıza pulu düzgün idarə etməyi, məsuliyyətli qərarlar verməyi və maliyyə savadlılığını gündəlik həyatın bir hissəsinə çevirməyi öyrədir.

Qeyd edək ki, valideynin və övladın şəxsiyyət vəsiqələri yeni nəsil şəxsiyyət vəsiqələri olmalıdır. Uşaqlar ABB mobile-dan qeydiyyatdan keçən zaman köhnə nəsil şəxsiyyət vəsiqələri olduqda və üzərində şəkil olmadıqda Sima biometriyadan keçə bilməyəcəklər.
ABB mobile ilə maliyyə öyrənmək uşaq işidir!

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!