Premium kartlarla etdiyiniz hər NFC ödənişi sizi beynəlxalq kino dünyasının qırmızı xalçasına yaxınlaşdıra bilər.
Kampaniya dövrü: 22 yanvar – 22 fevral 2026
Tiraj: 27 fevral 2026, saat 17:00 (canlı yayımda)
Kampaniya müddətində etdiyiniz əməliyyatlara görə şanslar toplanır və limit tətbiq olunmur:
- Hər 50 AZN-lik uğurlu NFC ödəniş - 1 şans;
- ABB-AZAL Miles MC Black Edition kart sifarişi - 50 şans;
- ABB-AZAL Miles MC World Elite kart sifarişi - 100 şans.
- Şanslar kampaniya müddətində cəmlənir. Bir müştəri maksimum 1 dəfə qalib ola bilər.
- Kampaniya çərçivəsində ümumilikdə 10 qalib müəyyən ediləcək:
- 9 nəfər - 9 000 AZAL Mili
- 1 nəfər - “Kann Film Festivalı”na 2 nəfərlik səfər qazanacaq (mükafata festival bileti, 2 gecə hoteldə yerləşdirmə, səhər yeməyi və gediş-gəliş aviabilet daxildir).
Kampaniyada 18 yaşdan yuxarı, Azərbaycan Respublikası vətəndaşı olan müştərilər iştirak edə bilərlər.
• Geri qaytarılan (refund edilən) ödənişlər üzrə hesablanmış şanslar ləğv olunur və lotereyada nəzərə alınmır.
• Aşağıdakı ödəniş və əməliyyatlar lotereya çərçivəsində şans qazandırmır:
vergilər və gömrük rüsumları, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına və kreditlər üzrə ödənişlər, KartTransfer, Unique Cash, Quasi Cash əməliyyatları və nağdlaşdırma.
• Viza alınması prosesi və bu proseslə bağlı yarana biləcək bütün xərclər iştirakçının öz məsuliyyətindədir. ABB bu mövzu üzrə öhdəlik daşımır.
• Qaliblər ABB-yə məxsus “ABB Lottery” informasiya sistemi vasitəsilə təsadüfi (random) üsulla seçilir. ABB əməkdaşları və qanunvericiliyə əsasən ABB ilə əlaqəli hesab edilən şəxslər lotereyada iştirak edə bilməz.
ABB-AZAL Miles MC Black Edition / Visa Platinum kartını sifariş edin
ABB-AZAL Miles MC World Elite / Visa Infinite kartını sifariş edin
