İnternet Banking
İnternet Banking ilə bank əməliyyatlarınızı istənilən yerdən, istənilən vaxt rahat və təhlükəsiz şəkildə idarə edə bilərsiniz. Filiala getmədən hesab qalığını yoxlamaq, köçürmələr etmək, ödənişləri həyata keçirmək, çıxarışları əldə etmək və digər bank xidmətlərindən onlayn istifadə etmək mümkündür. Bütün proseslər bir neçə kliklə tamamlanır və vaxtınıza qənaət edir. ABB-nin internet bankçılıq xidməti həm fərdi, həm də biznes müştərilər üçün geniş funksionallıq təqdim edir.
İnternet Banking və onun üstünlükləri nələrdir, gəlin baxaq:
-
Hesablar arasında köçürmə,
-
Əməkhaqqı ödənişləri,
-
Valyuta mübadiləsi,
-
Kommunal və digər ödənişlər,
-
Eləcə də kredit və depozit əməliyyatları rahatlıqla yerinə yetirilə bilər.
Əməliyyatların təsdiqi isə əlavə təhlükəsizlik mexanizmləri ilə qorunur. İnternet Banking sayəsində maliyyə idarəçiliyi daha çevik və nəzarətli olur. 24/7 əlçatanlıq, sürətli icra və rəqəmsal rahatlıq bank xidmətlərini sizin üçün daha sadə və əlverişli edir. Bank işlərinizi indi daha asan şəkildə onlayn həll edin.