Bakı hava limanında sürətləndirilmiş reys qeydiyyatı və pasport nəzarətindən növbəsiz keçid;
Beynəlxalq hava limanlarında təhlükəsizlik və pasport nəzarətindən sürətli keçid.
Bakı üzrə Fast Line və beynəlxalq Fast Track keçidləri vahid Visa Fast Track xidməti çərçivəsində təqdim olunur və ümumi istifadə limiti tətbiq edilir.
Bu üstünlük istənilən aviaşirkət ilə həyata keçirilən uçuşlar zamanı keçərlidir.
Xidmətdən istifadə etmək üçün Visa Konsyerj xidmətində “Visa Travel” bölməsinə daxil olaraq “Airport Services” hissəsindən sifariş vermək lazımdır.
Sifariş xidmət vaxtından ən azı 12 saat əvvəl edilməlidir.
Xidmətdən yararlanmaq üçün son 35 gün ərzində (son 5 gün nəzərə alınmamaq şərti ilə) Apple Pay və ya Google Pay vasitəsilə Travel Card Visa Signature kartı ilə minimum 500 AZN məbləğində ödəniş həyata keçirilməlidir.
Visa Konsyerj vasitəsilə xidmət haqqında ətraflı məlumat əldə edə və sifariş yarada bilərsiniz. Telegram çatbotu: https://mssg.me/concierge_service_az