Transfer xidməti hava limanına gediş və hava limanından qayıdış üçün nəzərdə tutulub və istənilən aviaşirkət ilə həyata keçirilən uçuşlar zamanı keçərlidir. Hər transfer sifarişi üzrə maksimum 4 nəfərin daşınması nəzərdə tutulur. Qeyri-standart yüklər istisna olmaqla, sərnişinlər öz baqajlarını da transfer zamanı daşıya bilərlər.
Xidmətdən istifadə etmək üçün Visa Konsyerj tətbiqində “Visa Travel” bölməsinə daxil olaraq “Airport Services” hissəsində yerləşən “Hava limanlarına transfer” xidmətini seçməlisiniz.
Transfer sifarişi xidmət vaxtından ən azı 12 saat əvvəl edilməlidir.
Xidmətdən yararlanmaq üçün son 35 gün ərzində (son 5 gün nəzərə alınmamaq şərti ilə) Apple Pay və ya Google Pay vasitəsilə Travel Card Visa Signature kartı ilə minimum 500 AZN məbləğində ödəniş həyata keçirilməlidir.
Visa Konsyerj vasitəsilə xidmət haqqında ətraflı məlumat əldə edə və transfer sifarişi verə bilərsiniz. Telegram çatbotu: https://mssg.me/concierge_service_az