Bank tərəfindən yeni açılacaq və cari MXS-lər üçün videonəzarət sistemi avadanlıqlarının satınalınması (Hikvision)

27 Fevral, 2026

“ABB” Açıq Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Tenderin adı: “ABB” ASC tərəfindən yeni açılacaq və cari MXS-lər  üçün videonəzarət sistemi avadanlıqlarının satınalınması (Hikvision)

Tenderin elan tarixi: 27.02.2026

Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına bildirilir ki, öz tender təkliflərini elektron platforma vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 1 (bir) il iş fəaliyyəti olması tələb olunur.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən və təsdiqlənmiş ödəniş tapşırığını [email protected] elektron poçt ünvanına göndərdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə bilərlər.

 

İştirak haqqı:

 

Lot – 1 üzrə 150 (bir yüz əlli) manat

 

BANKIN ADI:        ABB

VÖEN:                 9900001881

KOD:                    805250

SWIFT:                 IBAZAZ2X

M/h:                      AZ03NABZ01350100000000002944

H/h:                      AZ12IBAZ34501019440000100100   AZN

H/h:                      AZ33IBAZ34511018400000100100   USD  

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Ülkər Ələkbərli telefon: 012 493-00-91, daxili 8220, elektron poçt ünvanı: [email protected] 

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər (Elektron platforma vasitəsilə):

  • tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi (tender zərflərinin açıldığı tarixdən (01 aprel 2026-cı il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı 14 may 2026-cı il tarixinədək) qüvvədə olmalıdır;
  • Tender təklifinin 1%-i həcmində (ƏDV daxil) manat məbləğində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 01 iyul  2026-ci il tarixinədək qüvvədə olmalıdır);
  • iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış; rəsmi formada təqdim edilməlidir (imzalı, möhürlü və ya notarial qaydada təsdiq edilmiş)
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; rəsmi formada təqdim edilməlidir (imzalı, möhürlü və ya notarial qaydada təsdiq edilmiş)
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (notarial qaydada təsdiq edilmiş) və bank rekvizitləri;
  • iddiaçının öz mülahizəsinə uyğun digər sənədlər;
  • iddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslər vergi rezidentliyini təsdiq edən sənədi (sertifikatı) təqdim etməlidir.

İddiaçıların təkliflərini təqdim etmələri üçün son tarix 01 aprel 2026-cı il saat 15:00- a qədərdir

İddiaçıların təklifləri 01 aprel 2026-cı il saat 15:00-dan saat 16:00-dək, elan edilmiş müsabiqələrin ardıcıllığına uyğun olaraq elektron platforma vasitəsilə açılacaqdır.

 

Satınalma Komissiyası

                      

                      

“ABB” ASC tərəfindən təchizatçıların fəaliyyətinə dair tələblər

 

Etibarsız təchizatçı siyahısının meyarları

1.1. ABB ilə əməkdaşlıq dövründə podratçının fəaliyyətində qanunvericiliyin pozulması, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi/lazımınca yerinə yetirilməməsi və ya ABB ilə əməkdaşlığa mənfi təsir edəcək bu kimi digər hallar aşkar olunduqda, pozuntuların ağırlığından, mahiyyətindən və digər meyarlardan asılı olaraq podratçının (malgöndərənin) adı ABB tərəfindən “Etibarsız təhcizatçılar siyahısı”na salına bilər.

1.2. Etibarsız təchizatçılar siyahısı pozuntuların ağırlığından, mahiyyətindən və təchizatçının müəyyən meyarlarından asılı olaraq tərtib edilir.

1.2.1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması;

1.2.2. terrorçuluğun maliyyələşdirilməsi;

1.2.3. transmilli mütəşəkkil cinayətkarlıq;

1.2.4. silahlı separatizmin, ekstremizmin və muzdluluğun dəstəkləməsi;

1.2.5. narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsində iştirak ehtimalı;

1.2.6. təchizatçının maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısında yer alması;

1.2.7. təchizatçının ümumdünya təşkilatlar və qurumlar tərəfindən qadağalar və sanksiyalara məruz qalması (bu qərar eyni qurumlar tərəfindən ləğv olunmayana qədər);

1.2.8. təchizatçının iqtisadi fəaliyyət sahəsində olan cinayət(lər)ə görə məhkum olunması və ya barəsində cinayət-hüquqi tədbirlərin tətbiq olunması;

1.2.9. təchizatçının yetkinlik yaşına çatmayan uşaqların əməyindən istifadə etməsi;

1.2.10. təchizatçının müasir formada olan qul əməyindən istifadə etməsi;

1.2.11. təchizatçının müflis elan olunması;

1.2.12. təchizatçının məhkəmənin qərarına əsasən müvafiq fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi;

1.2.13. təchizatçı tərəfindən satınalma prosedurlarında güzəştlərin əldə edilməsi üçün korrupsiyaya səbəb olan stimullaşdırıcı hədiyyələrin, maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq məsul şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin məsul şəxslərin ələ alınması.

1.2.14. müqavilədə göstərilən əsas şərtlərin (ödəniş şərtləri, çatdırılma şərtləri, zəmanət şərtləri və s.) təchizatçı tərəfindən pozulması;

1.2.15. təchizatçının Bankın seçiminə və ya hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədilə saxtakarlıqla məşğul olmasının müəyyənləşdirilməsi və bunun SK tərəfindən təsdiq edilməsi;

1.2.16. təchizatçının vergi borcu ilə bağlı cinayət işinə cəlb olunması;

1.2.17. təchizatçının ətraf mühitə zərər verməsi haqqında aidiyyəti dövlət orqanları tərəfindən verilən müvafiq qərarların olması;

1.2.18. təchizatçının Bank üçün görüləcək işlər zamanı əmək mühafizəsi qaydalarına riayət etməməsi nəticəsində Bankın və ya təchizatçının əməkdaşının ölümü və ya xəsarət alması;

1.2.19. Bankın imicinə təchizatçı tərəfindən xələl gətirilməsi;

1.2.20. təchizatçı tərəfindən konfidensial məlumatların qorunmaması və üçüncü tərəflərə ötürülməsi;

1.2.21. təchizatçı tərəfindən maraqların toqquşması halının gizlədilməsi;

1.2.22. təchizatçının əmlakı üzərinə həbs qoyulması (əmlak həbsdən çıxarılana qədər);

1.2.23. təchizatçının ödənişə yönəlmiş girovunun olması;

1.2.24. təchizatçıların performansının ölçülməsi anketi üzrə nəticənin 20 (iyirmi) baldan aşağı olması.

 

Performans dəyərləndirilməsi prosesi

1.3  ABB ilə müqavilə bağlamış təchizatçının müqavilə öhdəlikləri bitdikdən sonra müqavilə predmeti üzrə ABB tərəfindən performans dəyərləndirilməsi həyata keçirilir. Performans dəyərləndirilməsi prosesi müvafiq satınalma üzrə təhlil və müqavilə imzalanma mərhələsində, o cümlədən müqavilə imzalandıqdan sonrakı mərhələdə şirkətin fəaliyyəti, əməkdaşlıq və müqavilə öhdəliklərini icra etmə səviyyəsi nəzərə alınmaqla icra edilir.

1.4         Müqavilə imzalandıqdan sonrakı mərhələ üzrə dəyərləndirmə

1.4.1.1 Malın/işin/xidmətin tələb olunan spesifikasiyaya və keyfiyyətə uyğunluğu

1.4.1.2 Şərtlərə uyğun çatdırılma müddəti

1.4.1.3 Müqavilə üzrə öhdəliklərin icrası

1.4.1.4 İşə məsuliyyətli yanaşma və operativlik

1.4.1.5 Yaranan problemlərin çevik şəkildə həll edilməsi

1.5         Satınalmanın təhlili və müqavilə imzalanma mərhələsi üzrə dəyərləndirmə

1.5.1.1 Sorğuların operativ cavablandırılması (iddiaçı sənədləri, nümunə, müqavilə)

1.5.1.2 Əməkdaşlıq münasibətləri (güzəştlər, hesab açılması)

1.5.1.3 Müştəri yönümlü yanaşma (istəklərin qarşılanması)

1.5.1.4 Vaxtında təchizat imkanları (təklif təqdim edildiyi zaman)

1.5.1.5 Ödəniş şərtləri

1.6 Performans dəyərləndirilməsinin nəticəsi tələb olunan baldan aşağı olduqda, podratçının (malgöndərənın) adı “Etibarsız təchizatçılar siyahısı”na daxil edilə bilər.

 

 

Satınalma Komissiyası

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!