Bank tərəfindən “Oracle Exadata Engineering System” avadanlığının satın alınması

24 Oktyabr, 2025

lot - 1 Lot üzrə 500 (beş yüz) manat

“ABB” Açıq Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Tenderin adı: “ABB” ASC tərəfindən “Oracle Exadata Engineering System” avadanlığının satın alınması

Tenderin elan tarixi: 24.10.2025

Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına bildirilir ki, öz tender təkliflərini elektron platforma vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən və təsdiqlənmiş ödəniş tapşırığını [email protected] elektron poçt ünvanına göndərdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı:

Lot – 1 üzrə 500 (beş yüz) manat

BANKIN ADI:        ABB

VÖEN:                 9900001881

KOD:                    805250

SWIFT:                 IBAZAZ2X

M/h:                      AZ03NABZ01350100000000002944

H/h:                      AZ12IBAZ34501019440000100100   AZN

H/h:                      AZ33IBAZ34511018400000100100   USD  

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Şəbnəm Əliyeva telefon: 012 493-00-91, daxili 8212, elektron poçt ünvanı: [email protected]

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər (Elektron platforma vasitəsilə):

·        tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

·        tender təklifi (tender zərflərinin açıldığı tarixdən (18 noyabr 2025-ci il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı 08 yanvar 2026-cı il tarixinədək) qüvvədə olmalıdır;

·        Tender təklifinin 1%-i dəyərində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 19 fevral 2026-cı il tarixinədək qüvvədə olmalıdır);

·        iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış; rəsmi formada təqdim edilməlidir (imzalı, möhürlü və ya notarial qaydada təsdiq edilmiş)

·        iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; rəsmi formada təqdim edilməlidir (imzalı, möhürlü və ya notarial qaydada təsdiq edilmiş)

·        iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

·        iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (notarial qaydada təsdiq edilmiş) və bank rekvizitləri;

·        iddiaçının öz mülahizəsinə uyğun digər sənədlər;

·        iddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslər vergi rezidentliyini təsdiq edən sənədi (sertifikatı) təqdim etməlidir.

İddiaçıların təkliflərini təqdim etmələri üçün son tarix 18 noyabr 2025-ci il saat 15:00- a qədərdir

İddiaçıların təklifləri 18 noyabr 2025-ci il saat 15:00-dan saat 16:00-dək, elan edilmiş müsabiqələrin ardıcıllığına uyğun olaraq elektron platforma vasitəsilə açılacaqdır.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!