Gələcək üçün maliyyə sabitliyinə nail olmaq hər kəsin arzusudur. Bu məqsədə çatmaq üçün yığım vərdişi formalaşdırmaq və artıq vəsaiti düzgün istiqamətə yönəltmək vacibdir. Uğurlu yığım prosesi yalnız pul toplamaq deyil, həm də maliyyə intizamı və kiçik addımlarla böyük nəticələr əldə etmək deməkdir.
ABB-nin təqdim etdiyi yığım məhsulları bu prosesdə sizin ən yaxşı köməkçiniz ola bilər. Məsələn, Dama-dama yığım hesabı gündəlik alış-verişdən sonra artıq qalan xırda məbləğləri avtomatik şəkildə yığıma çevirməyə imkan verir. Bu, yığımı vərdişə çevirir və hər dəfə kiçik məbləğlərin toplanması ilə nəticədə böyük bir məbləğ əldə etmək mümkün olur.
Digər bir seçim olan DigiHesab Max hesabı isə əsas balansda istifadə edilməyən vəsaitin dəyərini qorumaq və artırmaq üçün idealdır. Burada vəsaitiniz hər an əlçatan olur və əlavə gəlir əldə etmək imkanınız yaranır.
Uzunmüddətli yığım planı olanlar üçün isə DigiDepozit məhsulu əlverişli həll yoludur. Müxtəlif müddətlər və fərqli şərtlər əsasında bu hesab vasitəsilə məqsədləriniz üçün planlı şəkildə vəsait toplaya bilərsiniz.
Bütün bu məhsullar ABB mobile tətbiqi vasitəsilə rahatlıqla əldə oluna və idarə oluna bilər. Yığım vərdişini bu gündən formalaşdırın, maliyyə imkanlarınızı daha səmərəli idarə edin və gələcəyinizi etibarlı şəkildə planlaşdırın. Hər bir kiçik addım, sabahınız üçün böyük nəticələrə çevrilə bilər.
