ABB mobile ilə ödəniş etməyin üstünlükləri
-
Geniş ödəniş şəbəkəsi: Tətbiq üzərindən kommunal (işıq, su, qaz), rabitə (mobil operatorlar), internet provayderləri, TV, cərimə, vergi, sığorta və digər dövlət ödənişlərini anında icra edə bilərsiniz.
-
Faydalı keşbek qazanın: ABB mobile-da seçdiyiniz keşbek kateqoriyalarına uyğun olaraq etdiyiniz ödənişlərdən anında keşbek əldə edin. Topladığınız vəsaitləri istədiyiniz zaman kart hesabınıza köçürə bilərsiniz.
-
Fayda Max proqramı: Ödəniş etdikcə yalnız keşbek deyil, həm də "Fayda" balları toplayırsınız. Qazandığınız bu faydalarla növbəti kommunal və ya digər xidmət ödənişlərinizi nağd pul xərcləmədən həyata keçirə bilərsiniz.
-
Sürətli QR ödənişlər: Kartınız yanınızda olmasa belə, tətbiqdəki QR kod oxuyucu vasitəsilə mağazalarda, kafelərdə və digər ticarət nöqtələrində sürətli nağdsız ödəniş etmək mümkündür.
-
Şablonlar və avtomatik ödənişlər: Hər ay təkrarlanan ödənişləriniz üçün şablonlar yaradın və ya avtomatik ödəniş funksiyasını aktivləşdirərək vaxtınıza qənaət edin.
Ödənişlərə necə başlamaq olar?
Çox sadə! Əgər hələ də tətbiqimiz yoxdursa, smartfonunuza ABB mobile tətbiqini yükləyin, qeydiyyatdan keçin və "Ödənişlər" bölməsinə daxil olaraq sizə lazım olan xidməti seçin.










